Paşinyan YOLA GƏLİR? - Yoxsa ənənəvi erməni hoqqabazlığı...

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə çıxış edən baş nazir hökumətin gündəliyində olan məsələlərdən danışıb: “Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.
Paşinyan çıxışı zamanı onu “torpaq itirilməsinə” görə tənqid edən müxaliflərə də cavab verib. O, parlamentin “Ermənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının “Sanasar” olduğunu deməmələrini tələb edib: “Əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”. capar.info -nın məlumatına görə, Ermənistan baş nazirinin açıqlamaları ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın izolyasiya olunması və Ukraynada hərbi uğursuzluğu Paşinyanın sülh müqaviləsini ortaya atmasına gətirib çıxarıb. Analitikə görə, baş nazir ilk növbədə 10 noyabr və sonrakı danışıqlarda əldə olunan razılaşmalara əməl etməlidir ki, sülh müqaviləsi bağlansın:
“Ermənistan tərəfi sülh deyə bilər. Amma əsas sual odur ki, İrəvan hansı təkliflər əsasında sülh müqaviləsində maraqlıdır? Ermənistan Azərbaycanın konstruktiv təkliflərini qəbul etməlidir. Azərbaycanın bütün təklifləri beynəlxalq hüquqa söykənir. Biz Ermənistana ərazi iddiaları irəli sürmürük. Ümumən, Paşinyanın sülhdə maraqlı olduğu görünür. Amma Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməlidir. Sülh müqaviləsinin bağlanmasında maraqlıdırsa və şərtlərimizi qəbul edirsə, bunu açıq-aşkar etiraf etməli, ən azından humanist davranış sərgiləyərək Novruz bayramında Azərbaycan xalqını və prezidentini təbrik etməlidir”.
Siyasi şərhçi Samir Hümbətov da “Şərq”ə deyib ki, Rusiyanın başının Ukraynada işğala qarışdığı vaxtda Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı açıqlamaları heç də təsadüfi deyil:
“Paşinyan digər erməni siyasətçilərindən fərqli olaraq yeni reallığı dərk edir. Onun müxaliflərə Azərbaycan ərazisinə “Sanasar” deyil, Qubadlı deyin” söyləməsi, “sülh müqaviləsi bağlamalıyıq” deməsi və kommunikasiyalardan danışması buna dəlalət edir. Paşinyan uduzmuş Rusiyanın deyil, hər vəziyyətdə qalib olmağı bacaran Qərbin fikirlərinə qulaq asmağı üstün tutur. Qərb və yeni dünya reallıqları isə Ermənistanı Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur edir”.
20-05-2021, 09:55
Paşinyan Rusiyanın sərhədin demarkasiyası barədə təklifini yersiz hesab edib
12-12-2021, 19:40
“Paşinyan açıq dedi ki, Qarabağı Azərbaycana qaytaracaq” - Nairi Hoxikyan
2-03-2021, 10:32
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
25-01-2022, 10:23
Paşinyan İlham Əliyevin Ermənistana qarşı bəyanatlarını əsaslandırdı... - Ermənistan KİV
14-08-2020, 16:22
Paşinyan BBC-nin efirində pis vəziyyətə düşüb
30-08-2021, 15:12
Türkiyə-Ermənistan münasibətləri normallaşır? - ŞƏRH
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı