Saxta “Qarabağ rus icması”ndan Bakıya qarşı növbəti təxribat - Moskva Bəyannaməsini oxuyublarmı?
Gündəm / Siyasət
Oxunub: 661
19 Mrt 2022 | 13:23
Saxta “Qarabağ rus icması”ndan Bakıya qarşı növbəti təxribat - Moskva Bəyannaməsini oxuyublarmı?
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazimizdə erməni-separatçı ünsürlərin əli ilə Azərbaycan əleyhinə təxribatlar və hoqqabazlıqlar davam edir. Onlardan biri də az öncə Rusiyanın “dobro”su ilə, süni şəkildə yaradılmış və Qarabağdakı çoxəsrlik demoqrafik reallığa heç bir dəxli olmayan qondarma “rus icması” ilə bağlıdır.

Bu haqda indiyədək bir neçə dəfə yazmış, SOS siqnalı vermişik. Təbii ki, bu uydurma təsisat heç də ölkəmizə münasibətdə xoş məramdan qaynaqlanmır və daha çox gələcəkdə Bakıya hansısa əlavə təzyiq rıçaqı yaratmaq niyyəti güdür. Bəlli olduğu kimi, həmin “icma”nın rəhbəri Rusiya xüsusi xidmət orqanlarına bağlı olan, rus soyadlı, lakin erməni kökənli Aleksandr Bordovdur. Onun özü Rusiyada yaşayır.

Erməni mediasının yazdığına görə, Bordov bu günlərdə təzədən Xankəndində peyda olub və onun “təşəbbüsü” ilə martın 15-də “Dağlıq Qarabağda xristian ruhaniləri ilə islam dini nümayəndəsinin görüşü olub”. Tədbirə Rusiya sülhməramlı kontingentin tərkibində xidmət edən və müxtəlif dini konfessiyaların, o cümlədən islam inancına malik hərbçilərin də qatıldığı deyilir.

Məlumatda daha sonra bildirilir ki, Bordov öz çıxışında tarixi rus-erməni dostluğundan və pravoslav-müsəlman birliyindən (?!) dəm vurub.

Absurddur, deyilmi? Əlbəttə ki, köklü müsəlman-türk əhalinin qovulduğu, 1992-ci ildən bu yana bircə müsəlmanın yaşamadığı Azərbaycanın bu qədim torpağında belə bir üzdəniraq, təxribatçı, eyni zamanda karikatur tədbirin keçirilməsi dinə, imana, İslama, dinlərarası münasibətlərə, insaniyyətə təhqirdir. Aydındır ki, geydirmə tədbir sırf siyasi məram güdür. Anklavdakı kriminal xunta rejimini ayaqda saxlamağa, orada guya dini tolerantlığın hökm sürdüyü barədə görüntü yaratmağa xidmət edir.

Bu eyni zamanda, Rusiyanın ölkəmizə qarşı ikili və təzyiq siyasətinin yeni təzahürüdür. Olayın Ukraynadakı müharibə fonunda baş verməsi də diqqət çəkməyə bilməz. Halbuki Rusiya və Azərbaycan liderləri ötən ay Moskva Bəyannaməsi imzalayıblar. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, separatçılığa, digər təhlükələrə qarşı birgə mübarizə haqda konkret bəndlər də var.

Altında prezident Putinin də imzası duran həmin sənədin müvafiq bəndlərini bir daha Rusiya sülhməramlı kontingentin rəhbərliyinin yadına salırıq:

Bənd 1. “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bənd 18: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Sual yaranır: görəsən, Qarabağdakı sülhməramlı kontingentin komandanlığı Moskva Bəyannaməsini heç olmasa, bir dəfə oxuyubmu? Oxuyubsa, niyə əməl eləmir? Oxumayıbsa, daha pis, demək, öz dövlətinin rəsmi mövqeyindən bixəbərdir. Əslində isə “rus icması”nın sülhməramlı kontingent təmsilçilərini də cəlb eləməklə düzənlədiyi bu üzdəniraq tədbir bir daha Moskvanın iki xalq arasında barışıqda nə dərəcədə maraqlı olmadığını göstərir...

Üzdəniraq “dini tolerantlıq tədbiri”ndə erməni qaynağının “müsəlman din xadimi” kimi təqdim elədiyi Umaxan Saygitov ad-soyadlı bir tipin də iştirak və çıxış elədiyi bildirilir (Yəqin o da dostu Bordov kimi Rusiya xüsusi xidmətinə bağlıdır və hətta gizli hərbi rütbəsi də var).

Sitat: “Öz növbəsində İslam ruhani din xadimi, imam Umaxan Saygitov çıxışı zamanı qeyd edib: ”Mən bu lazımlı və faydalı görüşə görə, müsəlmanlara qarşı xeyirxah münasibətinə (?! - red.) görə rus icmasının rəhbərinə minnətdaram. Biz gerçəkdən də tarixən çox yaxınıq. Əzabkeş Qarabağ torpağında davamlı sülh üçün hər şeyi etmək lazımdır".

Bəs bu “imam” Umaxan Saygitov kimdir və onun Qarabağda nə iti azıb? O necə müsəlman din xadimidir ki, müsəlman-azərbaycanlıların axırıncı nəfərinədək erməni faşist-dinsizlər tərəfindən qovulduğu, etnik təmizlənməyə və soyqırımına məruz qaldığı, məscidlərin yerlə-yeksan edildiyi bir bölgəyə gəlir və bu barədə bircə kəlmə danışmır. Əksinə, separatçı elementlərlə şəkil çəkdirir, onların şəninə tərif deyir, müsəlman-türklər əleyhinə məkrli, iyrənc oyunlarında yer alır? Allahdan qorxmurmu?..

Təbii ki, heç kim çörəyi qulağına yemir. Azərbaycana qarşı belə çirkin oyunlar və təxribatlar keçməz. Bura nə Ukraynanın Donbasıdır, nə də Gürcüstanın Abxaziya və Cənubi Osetiyası. Bura - Azərbaycandır. Aranlı, dağlı Qarabağı ilə birgə! Yanında qardaş Türkiyəsi ilə birgə! Şuşa Bəyannaməsi ilə birgə! Odur ki, Bakının səbrini təzədən sınağa çəkməyi kimsəyə məsləhət görməzdik. “Dəmir yumruq” heç yerə getməyib, lap yaxındadır. Cəmi bir neçə kilometrlikdə...
“Yeni Müsavat”
9-12-2021, 13:15
Qarabağdakı RUS İCMASI HOQQASI: Kimin marağındadır? - Kremlin xəbəri yoxdur?
15-12-2021, 19:18
BU NƏDİ BELƏ: Qarabağda Donbass ssenarisi? – Ya erməni təxribatıdır, ya da...
28-01-2022, 18:56
Kreml Qarabağda “rus kartı”nı işə salır - GƏLİŞMƏ
13-01-2022, 11:02
 “Bu gün Qarabağda dəlilər yaşayır…” – Lusine Qaraxanyan
30-11-2021, 14:01
Vatikan lideri qondarma "erməni soyqırımı" haqda film çəkən erməniyə medal verdi... - Papa guya Azərbaycanı da çox sevir...
2-05-2021, 13:51
Bu birliyin buraxılması yeni reallıqla bağlıdır - Deputat
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı