Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR

capar.info Son günlər Ukrayna ilə Rusiya arasındakı gərginlik pik həddə çatıb. Kiyev və Moskva bir-birini təhdid etməklə məşğuldur. ABŞ Kiyevdəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb. NATO “açıq şəkildə kömək etməyəcəyik” deyə bəyanat verib. Britaniya isə durmadan Ukraynaya silah daşıyır.
Bəs, müharibə ehtimalı nə qədərdir? Azərbaycan və Türkiyə tandemi bu savaşda kimin yanında olacaq?
Suallarımıza politoloq Cümşüd Nuriyevlə cavab tapmağa çalışdıq.
C.Nuriyev Publika.az-a müsahibəsində bildirdi ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalı hazırda 60-70 faizdir.
– Cümşüd müəllim, Ukrayna ilə Rusiya arasında müharibə ehtimalı hazırkı durumda nə qədərdir?
– Hər iki tərəfin münasibətlərindən görünən odur ki, tərəflər bir-birini hədələyir. Amma Qərb-İngiltərə və ABŞ mətbuatı üçün artıq müharibə “başlayıb”. Yəni, iki qütb arasındakı məsələləri təqdim etməklə məşğuldurlar. Hətta Qərb mediası desant qüvvələrinin də şəkillərini paylaşıb ki, guya ruslar desant itlər alır. Amma fikrimcə, müharibə olması ehtimalı yüksəkdir. Çünki burada iki məsələ var. Birincisi, Ukraynanın başqa çıxış yolu qalmayıb. İkincisi, Rusiyada sosial gərginlik var və həmin gərginliyi hərbi müstəviyə keçirmək Prezident Vladimir Putinə sərf edir. Çünki Kremlin strategiyasında sosial qarşıdurmanın yeni inqilaba gətirib çıxarması kimi xarakterizə olunur. Ona görə də Ukrayna ilə Rusiya arasındakı müharibə ehtimalı hələ ki, çox yüksək qalır. Hazırkı duruma görə, müharibənin olma ehtimalı 60 faizdir. Hətta deyərdim ki, 60-70% arasındadır.

Ukrayna müharibə istəyirmi?
– İş orasındadır ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov, həm də Xarici İşlər naziri Dmitri Kulebanın bəyanatları, məsələlərə münasibətləri daha çox qorxaq uşaq statusundadır. Yəni, Ukrayna Rusiyanı hədələsə də, geri çəkilmək qorxusu ilə bəyanatlar verir. Bəlkə də onların bəyanatlarını ruslar bizə o cür təqdim edirlər. Amma bütün hallarda bəyanatlar ukrayn dilindədir, ona görə də onların nə dərəcədə dəqiq ifadə olunduğunu deyə bilmərəm. Ukraynanın bəyanatlarının rus dilindəki tərcüməsinə baxdım, görünən odur ki, Vladimir Zelenskinin hakimiyyətində çalışanlar bir növ siyasi cəhətdən təcrübəsizdir. Qarşı tərəfdə xisləti hiyləgər və xarakteri həddindən artıq mürəkkəb Sergey Lavrov var.
– Danışıqlar müstəvisində Sergey Lavrov amili nə dərəcədə təhlükəlidir?
– Sergey Lavrov dünən Dövlət Dumasında Ukrayna ilə münasibətləri gündəmə gətirdi. Həm kommunistlər, həm də Rusiya Liberal Demokrat Partiyasının (RLDP) təmsilçiləri xarici işlər nazirinin mövqeyini dəstəklədilər. Görünən odur ki, Rusiya qanunvericilik səviyyəsində də müharibə istəyir.
– NATO Ukraynanı Rusiya ilə savaş meydanında təkbaşına buraxdı, yoxsa başqa səbəblər var?
– Hətta Azərbaycanda bir çox siyasətçilər bəyan etmişdi ki, NATO Ukraynanı öz ordusu ilə dəstəkləməyəcək. Bu, birmənalıdır. Çünki bu, NATO nizamnaməsinin beşinci bəndində də öz əksini tapıb. Orada qeyd olunur ki, ancaq bu təşkilata üzv olan dövlətlərdən birinə kənar müdaxilə baş verərsə, canlı qüvvədən istifadə həmin vaxt mümkün ola bilər. Bu da mümkünsüzdür. Ona görə ki, Ukrayna NATO üzvü deyil. İndiki halda ən çox İngiltərə canfəşanlıq edir. Bir də Birləşmiş Ştatların canfəşanlığını görmək mümkündür. Çünki onların hərbi elitasının Rusiyada maraqları var. Nəzərə alaq ki, Rusiyada neftçıxarma sahəsi üzrə ingilis şirkətləri də var. Bunlar transmilli şirkətlərdir. Görünən odur ki, son hadisələrdə İngiltərə daha çox maraqlıdır. Təbii ki, NATO hazırda dişsiz siyasət yürüdür. Guya, bu vaxta qədər NATO Rusiyaya qarşı dayanmışdı. Amma görünən mənzərə fərqlidir. Bizdə belə bir misal var, sən vur, arxanda durmuşam və ya dayanmışam dağ kimi, əsirəm yarpaq kimi… Əslində, NATO heç nə etməyəcək. Hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya maliyyə yardımı göndərməklə məşğuldur. Bu yardımların həcmi o qədər də böyük deyil. Almaniya cəmi 5 milyon avro və səhra hospitalı verir. Fransa ümumiyyətlə, oyundan kənarda qalıb. Xorvatiya isə öz ordusunu geri çəkir. Əsas yaxacıran tərəflər Polşa və İngiltərədir. Amma Polşanın da maliyyə imkanları məhduddur. Ordu ilə savaşa girməsi isə hərbi müdaxilə deməkdir.
– O zaman Qərbin və NATO-nun Ukrayna məsələsində əsas maraqları nələrdir?
– NATO istəyir ki, Ukraynanın özü Rusiya ilə vuruşsun. Onların marağı qırılası da deyil. Onların Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, demokratikləşməsi kimi maraqları yoxdur. NATO-nun əsas marağı Rusiyanı zəiflətməkdir. Qərb Rusiyanı çökdürməyə çalışır. Beləliklə, Rusiyanın resurslarına sahiblənmək istəyirlər. Eyni zamanda, Rusiya və Çin duetini təkləməyə çalışırlar. Bu iki duet Qərb və NATO üçün çox təhlükəlidir. Qərbin və NATO-nun hərəkətləri Moskva-Pekin tandemini təkləməyə xidmət edir. NATO bundan başqa heç nə etməyəcək.
– Xarici ölkələr səfirlik əməkdaşlarını, ümumiyyətlə, vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb. Bu, nədən xəbər verir?
– Bu, Birləşmiş Ştatların çoxdan istifadə olunmuş taktikasıdır. Kissincerin əsərlərində də var; hər hansı bir ölkədə qorxu yaratmaq, başqa ölkələrlə həmin dövlətin münasibətlərini korlamaqdan ötrü belə bir diplomatik gedişdən istifadə edirlər. Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” əsərində də Amerikanın bu taktikası bəyənilir. ABŞ hazırda Ukraynada müharibə ehtimalını artırmaqla məşğuldur. Müharibənin baş verəcəyi yox, olma istəyi bunu gündəmə gətirir. 5-6 diplomatik heyəti geri çəkmək heç nəyi dəyişmir. Amma Kiyevdə 5-6 dövlətin konsulluğu, səfirliyi yoxdur. Bildiyimə görə, orada 70-dən çox ölkənin səfirliyi var. Bizdən fərqli olaraq Ukraynada başqa ölkələrin səfirlikləri çoxdur. Sual olunur, bəs niyə Asiya, Afrika, Cənubi Amerika ölkələri öz səfirliklərini geri çəkmir?! Bir neçə Qərb ölkəsi və ABŞ səfirliklərini Kiyevdən geri çəkir. Görünən odur ki, bu ssenarinin başında anqlo-sakslar dayanır. Rusiyaya qarşı gələnlər də onlardır. Əgər tarixə nəzər salsaq, görərik ki, nə vaxt anqlo-sakslar hansı dövlətin üzərinə gəliblərsə, mütləq oranı qarışdırıblar. Ən azından maraqlarını 70-80% təmin ediblər. Hazırda anqlo-saksların regionda əsas maraqları iqtisadi xarakterlidir. Çünki pandemiyadan sonra Çin çox sürətlə önə keçib. Obrazlı desək, ABŞ-ın tavanı ilə dabanı pandemiyadan sonra bərabər olub. Nə istehsal edə bilirsə, o qədər ümumi daxili məhsulu var. Üstəlik, bir o qədər də borcu mövcuddur. Söhbət 21 trilyonluq borcdan gedir. Ümumi daxili məhsulu da elə bu qədərdir.
– Almaniyanın Ukraynaya qarşı soyuq davranışı nədən xəbər verir?
– Bəli, burada Almaniya oyundankənar qalır. Berlin Moskva ilə münasibətlərini korlamaq istəmir. Almaniya başa düşür ki, bütün müharibələrin arxasında zaman-zaman İngiltərə olub. Birinci və İkinci Dünya müharibələrinə baxmaq kifayətdir. İngilis-bur müharibələrindən tutmuş, ingilis-fransız müharibələrinə qədər. Son 500 ildəki bütün müharibələrin hamısını ingilislər həyata keçirib. Bu müharibələrin hesabına heç bir resursu olmayan dövlət hazırda dünyada ən varlı ölkədir. Britaniya hazırda dünyada milli valyutası ən dəyərli olan dövlətdir. İngiltərəyə indi yeni ərazilər lazımdır ki, işğal olunmuş yerlərdən yeni təbii sərvətlər gətirilsin. Ötən əsrin əvvəllərində Azərbaycandan aparılan təbii sərvətlər indi-indi üzə çıxır. İndi dünyanın müxtəlif muzeylərində sərgilənir. Elə İraqdan, Suriyadan, Əfqanıstandan da o cür apardılar. İndi İngiltərəyə yeni bazar lazımdır. Bu, istila bazarıdır. Bu da ən yaxşı halda Rusiyadır. Çünki dünya resurslarının 21 faizi Rusiyada cəmlənib. Yəni, bütün müharibələr iqtisadi maraqlardan doğub. Hazırda yeni dünya düzənini formalaşdırmaq istəyən anqlo-sakslar həmin düzəndə Rusiyanı görmək istəmirlər. Ona görə də çalışacaqlar ki, müharibə olsun.
– Əgər müharibə başlayarsa, Azərbaycanın və Türkiyənin mövqeyi necə olacaq?
– Azərbaycan Prezidenti yanvarın 14-də Kiyevə səfər etdi. Bundan da əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutmuşdu. Hətta Ərdoğanın fevral ayında da Ukraynaya səfəri gözlənilir. Bakı və Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Ukraynanın halal ərazisi olduğunu həm Bakı, həm də Ankara qəbul edib. Ona görə də müharibə olarsa, Azərbaycan və Türkiyə Ukraynaya diplomatik dəstək verəcək. Bundan artıq addım atılacağına inanmıram.
22-01-2022, 12:17
Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb - Ekspert danışır
20-01-2022, 14:47
"ABŞ Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır" - İNCƏLƏMƏ...
29-12-2021, 15:49
Bayden və Putin arasında kritik görüş: - Gözləntilər nələrdir?
29-12-2021, 10:43
Gələn ilə virtual səyahət: nikbin və bədbin gözləntilər toqquşur - NƏLƏR OLACAQ?
22-09-2021, 19:03
Böhranın sonu üçün: Krım Türkiyəyə qaytarıla bilər? - HƏQİQƏTƏN DƏ...
1-09-2021, 10:50
Azərbaycana qarşı təhlükəli plan: ölkəmizi yeni müharibəyə təhrik edirlər - NƏ ETMƏLİ?
Bugün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Bugün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Bugün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Bugün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Bugün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Bugün, 11:48
Yağış yağacaq – Bu günün havası
Bugün, 11:39
Salah seçimini etdi
Bugün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU