Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb - Ekspert danışır

capar.info : -Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna rəhbərlərinin üzbəüz görüşünü təşkil etməyə hazır olduqlarını bildirib. Bir neçə gün öncə tərəflərə vasitəçilik təklif edən Türkiyə lideri vurğulayıb ki, müharibə mühiti, psixoloji vəziyyət Ankaranı məyus edir. Ərdoğan vurğulayıb ki, Türkiyə hər iki tərəflə yaxşı münasibətdə olan bir ölkədir. Prezident bəyan edib ki, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmaslar davam etdirilir. Rusiya və Ukrayna Türkiyənin vasitəçilik təklifini müsbət qarşılayıb. Hər iki tərəf Ankaranın xoşməramlı təşəbbüsündən məmnunluq duyduqlarını deyiblər. Məlumata görə, Ankara hökuməti masa arxasına Rusiya və Ukrayna ilə yanaşı, ATƏT və Donbassdan olan nümayəndələri də əyləşdirmək niyyətindədir, Türkiyənin vasitəçilik cəhdi ilə bağlı “Şərq”ə danışan politoloq Turab Rzayev deyib ki, Ankaranın təşəbbüsü qardaş ölkənin regionda artan gücünü və təsir dairəsini göstərir. Analitikə görə, Türkiyə əslində mümkün olmayanı edir: “Bundan əvvəl Fransa və Almaniya “Normandiya formatı”nda tərəflər arasında vasitəçilik edirdi. Belarus tərəflər arasında neytral bölgə kimi görüş məkanı seçilmişdi və bəzi görüşlər keçirilmişdi. Amma “Normandiya formatı” heç bir işə yaramadı. Ümumiyyəltə, Qərbin Ukrayna məsələsini yoluna qoyması mümkün görünmür. Türkiyə əvvəllər vasitəçilik təklif etsə də, Rusiya tərəfindən müsbət qarşılanmamışdı. İndi Moskvanın müsbət cavab verməsi Türkiyənin artan nüfuzunu göstərir. Həm də Rusiya və Ukraynanın Ankaraya ehtiyac duyduqlarını ortaya qoyur. Rusiya özü çıxılmaz vəziyyətdədir. Moskva Qərbə ultimatum verib ki, “NATO 1997-ci ildəki sərhədlərinə qayıtsın, əks halda Moskva hərbi vasitələrə əl atacaq”. Qərb geri addım atmazsa, Rusiya ya savaşa başlamalı, ya da verdiyi sözdən qaçmalıdır. Sözündən geri dönmək Rusiyanın nüfuzuna zərbə deməkdir. Müharibəyə girmək isə Rusiya üçün ciddi fəlakətdir. İndiki halda Rusiya üçün Türkiyənin vasitəçiliyi daha məqbuldur. Ukrayna da Qərbdən istədiyi dəstəyi ala bilmir. Avropa ölkələri daha çox Rusiya tərəfdən çıxış edirlər. O baxımdan Kiyev də Ankaranın təşəbbüsünü yüksək qiymətləndirir”.
Ekspertin fikrincə, Türkiyənin Ukrayna məsələsində aktivliyinin müəyyən səbəbləri var: “Türkiyə hər iki ölkə ilə normal münasibətlərə sahibdir. Ankara Moskva ilə hərbi əməkdaşlıq edir, S-400 raket komplekslərini alır. Həmçinin, Türkiyə-Rusiya arasında çox böyük ticarət dövriyyəsi var. Xüsusən, son dönəmlər iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər formalaşıb. Tərəflər Suriya, Liviya, Aralıq dənizi və Cənubi Qafqazda ortaq maraqlar güdürlər, bir-biri ilə məsləhətləşirlər. Ukrayna da Türkiyənin ən yaxın strateji tərəfdaşlarından sayılır. İki ölkənin ortaq təyyarə motoru proyekti var. Türkiyə Krım mövzusunda xüsusi həssaslıq göstərir və bu məsələdə Kiyevin yanında olduğunu bəyan edir. Ən önəmlisi Ukraynanın müdafiə sahəsinə öz töhfəsini verir. Hazırda Ukrayna səmasının bir qismini Türkiyənin pilotsuz uçuş aparatları qoruyur”.
T.Rzayev qeyd edib ki, Türkiyə öz yaxınlığında müharibə istəmir: “Ankara hökuməti ABŞ-ın Qara dənizə həddindən artıq hərbi gəmi, sualtı vasitələr göndərməsinə qarşı çıxmışdı. Ərdoğan bunu “Qara dənizin barıt çəlləyinə çevrilməsi” kimi təqdim etmiş və öz narazılığını bildirmişdi. Eyni zamanda Rumıniya və Bolqarıstanda NATO qoşunlarının, Yunanıstana hərbi texnikaların cəmlənməsinə qarşı çıxmışdı. Türkiyə Amerikanın Qara dənizdə yeni cəbhə açmasının əleyhinədir. Ona görə də Ukrayna və Rusiya arasında vasitəçilik missiyası ilə çıxış edir. Ehtimal edilən görüşdə ATƏT-in olması Ukraynaya dəstək üçün vacibdir. Donbass nümayəndələrinin iştirakı isə Rusiyanın tələbidir. Görünür, Türkiyə və Ukrayna Rusiyanı danışıqlar masasına gətirmək üçün Donbass təmsilçilərinin görüşə qatılmasına razılıq veriblər”.
3-01-2022, 13:51
Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
22-09-2021, 19:03
Böhranın sonu üçün: Krım Türkiyəyə qaytarıla bilər? - HƏQİQƏTƏN DƏ...
4-08-2021, 15:16
Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm - Ərdoğan
18-11-2020, 11:17
Ərdoğan qanunu imzaladı - Türk hərbçilər Azərbaycana gəlir
8-11-2020, 15:20
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər
6-11-2018, 17:02
Rəcəb Tayyib Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyaları dünya balansını pozur"
Bugün, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
Bugün, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
Bugün, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
Bugün, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
Bugün, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
Bugün, 11:48
Yağış yağacaq – Bu günün havası
Bugün, 11:39
Salah seçimini etdi
Bugün, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU