"Fərqli yanaşmaların olması təbiidir" - deputat


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edirik:
capar.info : - Qüdrət bəy, Qazaxıstanda baş verənləri hərə bir cür qiymətləndirir. Siz bu barədə nə düşünürsünüz?
- Fərqli yanaşmaların olması təbiidir, çünki informasiya qıtlığı var. BAXCP rəhbərliyində təmsil olunan şəxslərin çoxunun da bu məsələdə fərqli düşüncələri var. Bəzən hətta elə olur ki, fikirlər də dəyişir. İki gün öncə məsələyə başqa cür qiymət verən bu gün deyir ki, yox, deyəsən orada baş verənlərin arxasında başqa məsələlər var. Biz bu məsələni partiya rəhbərliyində müzakirə edib ümumi bir mövqeyə gəlməmişik. Mənim fikrim hələlik ondan ibarətdir ki, Qazaxıstan rəhbərliyi - Nazarbayev və Tokayev məqsədyönlü şəkildə hakimiyyətsizlik görüntüsü yaradıb, xalqın gözünü qırıb ona başa salmaq istədilər ki, qazax xalqı dövlət qura bilmir və biz Lukaşenkonun elan etdiyi yeni ittifaq dövlətinə daxil olub kimlərinsə qoltuğunun altında sakit yaşaya bilərik. Əks halda bir-birimizi qıracağıq. İlk etiraz aksiyasına az sayda, bir neçə yüz adam qatılmışdı, hökumət çox asanlıqla onun genişlənməsinin qarşısını ala bilərdi. Məncə həmin etiraz aksiyası da hökumət tərəfindən təşkil olunmuşdu. Nazarbayevin bu günə qədər susması da dediklərimin təsdiqi ola bilər. Ola bilsin ona deyiblər ki, yeni ittifaqa daxil olmağınızı elan et, o da bəyan edib ki, xalq razı olmaz. Bu zaman ona tövsiyyə ediblər ki, kənara çəkil. Qısa müddətdə rus qoşunlarının Qazaxıstana yerləşdirilməsi də dolayısı ilə təsdiq edir ki, əvvəlcədən müəyyən hazırlıq işləri olub. Qazaxıstanda dövləti qoruyacaq və xalqı məlumatlandırıb səfərbər edəcək siyasi institutların olmaması, dövlətin bir insanın şəxsiyyəti üzərində qurulması qazax xalqını belə ağır duruma salıb. Bundan sonra hər şey qazax xalqının iradəsindən asılı olacaq. Onlar mütəşəkkil müqavimət təşkil edə bilsə, hərçənd indiki şəraitdə bu mümkünsüz görünür, Qazaxıstanın dövlət müstəqilliyini qoruya biləcəklər. Bunu edə bilməsələr ,özlərinə gəlib toparlana qədər, bir müddət rusların əlinin altında yaşamalı olacaqlar.
- Rusiya Qazaxıstanın daxili işinə niyə belə açıq müdaxilə etdi?
- Hazırda dünyada beynəlxalq hüquq ayaqlar altına atılıb. Güclülər kiçik dövlətlərin suveren hüquqlarını,ərazi bütövlüyünü pozur, onlara həqarət edirlər. BMT isə mənasız qurumdur, kimlər üçünsə yalnız iş yeridir.
Əvvəllər yeni yaranmış dövlətlər daha çox beynəlxalq hüquqa və ali dəyərlərə sadiq olduğunu bəyən edən Qərb ölkələrinə müəyyən ümidlər bəsləyirdi. Hazırda Qərbin ifrat liberallaşması, yeni üçüncü cinsin həmin ölkələrdə peyda olması güclü liderlərin önə çıxmasına imkan vermir. Həm də nəzərə alsaq ki, korrupsiya həmin ölkələrdə gündən-günə daha da geniş yayılmaqdadır, hər şey aydın olur. Məsələn, 20-30 il öncəki Fransanın liderləri ilə indikiləri müqayisə edin. İndikilərin yeri gələndə hətta qalstukundan tutub sürüyürlər də. ABŞ-da isə cəmiyyət bölünüb, orda da liderlər daxildə bir-birinə qalib gəlmək üçün hər şeyə hazırdılar. Rusiya əmindir ki, heç kim onlara qarşı çıxmayacaq. 2014-cü ildə Krımı tutarkən vitse-prezident olan Baydeni də dişlərinə vurublar. Mövcud şəraitdə Rusiyanı dayandıra biləcək yeganə güc Çindir. Onun isə Qərblə münasibətlərində ciddi problemləri olduğu üçün heç nəyə qarışmır, Rusiyanın Qərbi alçaltmasını ləzzətlə izləyir.
- Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyinə təhlükə varmı?
- Müstəqilliyimizin təminatı ilk növbədə Azərbaycan xalqı və onun Prezidentidir. İlham Əliyev Nazarbayev deyil və inanıram ki, müstəqilliyimizin qorunub saxlanılması üçün sona qədər mübarizə aparacaq. İkinci təminat Türkiyədir. Ona da inanıram ki, Türkiyə 100 il bundan öncə olduğu kimi Azərbaycanın müstəqilliyindən vaz keçməyəcək və ehtiyac olsa Azərbaycanın müstəqilliyi uğrunda vuruşacaqdır. Rusiya öz qonşularının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, düşmən xalqlar arasında yaşamaq yolunu seçməməlidir. Başqa imperiyalar qurmuş xalqlar qurduqları imperiyaların dağılması ilə barışdıqları kimi ruslar da SSRİ-nin dağılması ilə barışmalıdırlar. Biz Rusiya ilə dost və bərabər hüquqlu münasibətlər qurmuşuq və əməkdaşlığımızı inkişaf etdirə bilərik. Amma hər kəs anlamalıdır ki, Azərbaycan öz suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Rusiya Azərbaycanın Qarabağda öz torpaqları üzərində suverenliyini bərpa etməsinə mane olmamalıdır.
18-11-2021, 11:18
Azərbaycanda müxalif partiya sədrinin milyonluq mülkləri - FOTOLAR
13-07-2020, 13:09
"Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir" - DEPUTAT
18-09-2021, 14:24
"İrəvan Rusiya ilə İttifaq Dövlətinə daxil olmalıdır" - Erməni partiya sədri
8-01-2022, 13:31
Qazaxıstanda matəm elan olunub
3-09-2021, 10:51
Onu “hakimiyyətdəki narazılar” danışdırır? - Əli Əliyevə qarşı ilginc ittihamlar
30-08-2021, 12:04
Sərdar Cəlaloğludan Aqil Abbasın ünvanına sərt fikirlər: - “Adi kəndli ilə sənin nə fərqin var?” Tarix: Bu gün, 11:56 | Çap et
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı