"Əvəllər özünü dartan Erməni rejissor bu dəfə başqa cür idi" - Ayaz Salayev

capar.info : - Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə görüşüblər. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, İrəvan Rus Dram Teatrın direktoru Marianna Mxitaryan və Ermənistan Kinematoqrafçılar İttifaqının prezidenti Harutyun Xaçatryan təmsil edib.
Görüşdə iştirak edən rejissor Ayaz Salayev təəssüratlarını AzVision.az ilə bölüşüb:
- Əvvəllər də bu tipli görüşlərdə iştirak etmişəm. Bu isə müharibədən sonra bizim ilk görüşümüz idi. Mən maraqla getmişdim. Maraqlı idi ki, görüş necə keçəcək, bunların münasibəti necə olacaq. Görünən o idi ki, bizim qələbə onlara əməlli-başlı təsir edib. Artıq dəyişiklikləri hiss etmək olurdu.
- Sizi necə qarşıladılar? Münasibət necə idi ki?
- Belə də. Nə çox soyuq, nə də çox mehriban.
- Erməni ziyalılarının içərisində əvəllər münasibətiniz olanlar var idimi?
- Var idi. Rejissor Harutyun Xaçatryanla İsveçrədə festivalda tanış olmuşduq. Bu dəfə isə o xeyli dəyişmişdi. O vaxt mənə yuxarıdan aşağı baxmağa çalışırdı. Bu dəfə isə tamam başqa idi.
- Onunla şəxsən söhbətiniz oldumu? Nədən danışdınız?
- Bəli. O təklif etdi ki, hər iki tərəfin Qarabağ mövzusunda çəkdiyi filmlərə baxaq. Onlar bizim mövqeyimizə, biz də onların mövqeyinə nəzər salaq.
Fərhad Bədəlbəyli, Kamal Abdulla çox gözəl danışdılar. Mina xəritələri ilə bağlı mövzulara toxunduq. Onlar isə qarşılığında bizdə olan ermənilərin qaytarılmasını xahiş etdilər. Bildirdik ki, ermənilər gec-tez qayıdacaq. Amma həlak olan adamlar heç vaxt qayıtmayacaqlar. Onlar isə bunu sakit qarşıladılar.
- Necə düşünürsünüz, belə bir görüşlər fayda verə bilərmi?
- Olmalıdır. Faydası nə dərəcədə olacaq onu deyə bilmərəm.
- Bu erməni ziyalıları Qarabağ ermənilərinə, Ermənistan cəmiyyətinə hansısa formada təsir edə bilərlərmi?
- İnanmıram. Ancaq bilmək də olmaz...
18-08-2021, 09:47
ADPU rektoru ilə bağlı ilginc iddialar... - Kimə güvənir?
24-06-2021, 11:06
“Kuklalar”ın rejissoru evində ölü tapılıb
27-05-2021, 11:57
“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib
18-03-2021, 09:46
Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
4-09-2020, 15:03
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər
15-12-2018, 14:27
“Qəribə adam” İrəvan Teatrının səhnəsində
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...