“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib
Mədəniyyət
Oxunub: 251
27 May 2021 | 11:57
“Qafqaz Albaniyası: tarix, din və memarlıq” adlı beynəlxalq elmi konfrans keçirilib Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi AMEA Tarix İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə 2021-ci il mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirliib. Beynəlxalq konfransda 9 ölkəni – Almaniya, Norveş, Fransa, İtaliya, Türkiyə, Rusiya, Litva, Gürcüstan və Azərbaycanı təmsil edən araşdırmaçı alimlər iştirak edib. AMEA-nın Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun moderatorluğu ilə keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, beynəlxalq konfransda Azərbaycan Respublikası Dini Qurumlaral İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilməsi, mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgahın dağıdılması və ya təhqir predmetinə çevrilməsi, eləcə də alban xristian məbədlərinin saxtalaşdırılaraq qriqoryanlaşdırılması və ya dağıdılması, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsinin ermənilər tərəfindən talan edilməsi faktına diqqət yetirib. M. Qurbanlı bütün bu cinayətkar əməlləri ilə ermənilərin “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərini kobud surətdə pozmasını qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan araşdırmaçılar tərəfindən Qafqaz Albaniyasının tarixinin tədqiq edilməsi çox yaxşı haldır, bu qədim ölkənin tarixinin saxtalaşdırılmasının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, bu sahədə xarici və ölkəmizin alim və tədqiqatlarımızın əməkdaşlığının artırılmasına da böyük ehtiyac vardır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bütün xarici və yerli mütəxəssislərə cağırış edərək bildirir ki, Qafqaz Albaniyasının tarixinin araşdırılması barədə fəaliyyətin layihələndirilməsini və bu sahədə müxtəlif yardımların göstərilməsini dəstəkləməyə hazırıq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qeyd edib ki, hələ sovetlər dönəmində Qafqaz Albaniyasının tarixinin araşdırılmasına qonşularımız tərəfindən, yumşaq desək, qısqanclıq var idi. Onların bu ərazilərə iddiaları o zamanlardan mövcud idi. Ermənilər tərəfindən son 30 il ərzində isə bu ərazilərdə təkcə alban-xristian abidələri deyil, həm də islam abidələri də saxtalaşdırılıb və ya talan edilərək məhv edilib. UNESCO və digər müvafiq beynəlxalq qurumların tarixi abidələrin təhrif edilərək dəyişdirilməsi və talan edilməsi faktına diqqəti cəlb edilməlidir. Ona görə ki, dağıdılan, saxtalaşdırılan tarixi abidələr təkcə bizim deyil, həm də bəşəriyyətin maddi-mənəvi irsidir.
Sonra beynəlxalq elmi konfrans iki panel formatında fəaliyyətini davam etdirib. Konfransda xarici alimlərdən Höte adına Frankfurt Universitetinin Empirik Dilçilik İnstitutunun müqayisəli dilçilik üzrə professor, dilçi, yazıçı Jost Gippert (Almaniya) “Qafqaz Albanlarının ayinləri: Sinay Palimpsestlərindən yeni baxış”, Oslo Universitetinin professoru filologiya elmləri doktoru Byorn Vegge (Norveç) “Qafqaz Albaniyasının Apostol kilsəsinin tarixinə nəzər”, Qafqaz Dilləri və Filologiyası Tədqiqat Mərkəzinin direktoru, professor Jil Utye (Fransa) “Udin-Alban dili ilə qohum dillər arasındakı fərqlər və oxşarlıqlar”, İvan Cavaxişvili adına Tiflis Universitetinin Dilçilik İnstitutunun tədqiqatçısı, filologiya elmləri doktoru, professor Roman Lolua (Gürcüstan) “Moisey Xorenlinin mənşəyi problemi və Qafqaz-Alban yazıları”, memar, Trento Universitetinin müəllimi, (İtaliya) Paolo Zammatteo “Sərhədlərin kənarında. Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi”, İtaliyanın Merano şəhərində Nikolayevski pravoslav prixodunun baş keşişi, Kilsə tarixi üzrə elmlər doktoru (Pontificio Istituto Orientale/Papa Şərq İnstitutu) İqumen Aleksiy (Nikonorov) “VI əsrdə alban kilsəsi yeparxiyası” mövzuları ilə çıxış edib.
Azərbaycanı isə konfransda AMEA Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov (“Albanşünaslığın tarixi: xronoloji-problem təhlili”), Tarix İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova (“Qarabağ - qədim Azərbaycan torpağıdır”), Alban-Udin Xristian İcmasının sədri Robert Mobili (“Alban-Udin dini icması Azərbaycanda alban-xristian kilsəsinin varislərindən biri kimi”), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva (“Azərbaycanın Tərtər bölgəsinin alban tarixi və mədəni iris”), Azərbaycan Dövlət İqtisad Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva (“Müqəddəs Yeliseyin Qafqaz Albaniyasındakı son dayanacağı: Zərqun Vadisi (miflər və həqiqətlər))” və ölkənin elmi mərkəzlərində çalışan alimlər təmsil edərək çıxış ediblər.
Elmi konfransın keçirilməsində məqsəd Qafqaz Albaniyası haqqında həqiqətlərin dünya elmi ictimaiyyətinə çatdırılmasına töhvə verməkdir.
29-04-2021, 10:31
Milli Məclisdə ailə strategiyasına dair dinləmələr keçirilib
19-04-2021, 10:34
Tarix Muzeyinə baş direktor seçilib
23-02-2021, 10:14
Azad edilmiş ərazilərdə şəhərsalma layihələri üzrə İtaliya ilə əməkdaşlıq müzakirə edilib
22-12-2018, 15:17
Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissələrdə birgə tədbirlər keçirib
18-12-2018, 13:34
Reproduktiv sağlamlığa həsr olunmuş konfrans keçirilib
13-12-2018, 14:10
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni - TƏYİNAT
Dün, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
Dün, 15:04
Harri Kasparov həbs olundu
Dün, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
Dün, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
Dün, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
Dün, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu
Dün, 14:45
Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
Dün, 14:44
"Barselona"dan Xavi ilə bağlı SON QƏRAR
Dün, 14:37
İlk Ombudsman Elmira Süleymanova vəfat etdi
Dün, 14:35
Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
23-04-2024, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
23-04-2024, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
23-04-2024, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
23-04-2024, 15:12
Polis ad günündə özünü öldürdü
23-04-2024, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
23-04-2024, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
23-04-2024, 14:50
Azərbaycanda zəlzələ oldu
23-04-2024, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
23-04-2024, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
23-04-2024, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
22-04-2024, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
22-04-2024, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
22-04-2024, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
22-04-2024, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
22-04-2024, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
22-04-2024, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
22-04-2024, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
22-04-2024, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
22-04-2024, 13:24
İlham Əliyev Moskvaya getdi
22-04-2024, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir