Milli Məclisdə ailə strategiyasına dair dinləmələr keçirilib
Aprelin 28-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi və Ombudsmanın birgə təşkilatçılığı ilə “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzusunda onlayn formatda dinləmələr keçirilib.Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbirin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum gününə təsadüf etdiyini qeyd edib. Bildirib ki, Zərifə xanımın ruhu şaddır, çünki onun üstün tərbiyəsi ilə böyümüş övladı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın müasir dünyada lider dövlətə çevrilməsini təmin edib, hər birimizin 30 illik Qarabağ həsrətinə son qoyub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanın milli-mənəvi mirasının, ailə dəyərlərinin keşiyində dayandığı vurğulanıb.
Hər bir insanın, hətta hər bir xalqın inkişafında ailənin rolunu qeyd edən komitə sədri bugünkü tədbirin də ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi məsələlərinin, bu istiqamətdə qanunvericilikdə ortaya çıxan problemlərin, onların həlli yollarının araşdırılması və bu mövzuda fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.
Tədbirin keçirilməsində Milli Məclisin Sədri Sahibə Qafarovanın dəstəyini qeyd edən komitə sədri çıxışında ailə institutu ilə bağlı mövcud normativ-hüquqi bazanın tətbiqi, təkmilləşdirilməsi və cəmiyyəti bu sahədə narahat edən məsələlərə toxunub.
Çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva məişət zorakılığı, erkən nikahlar, qeyri-rəsmi nikahlar kimi cəmiyyəti narahat edən mövzulardan danışıb, təkliflərini səsləndirib.
Onlayn konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Ramin Məmmədov, Könül Nurullayeva, Tamam Cəfərova, Rəşad Mahmudov müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilikdə yeni normaların, anlayışların təsbitinin vacibliyini vurğulayıblar, Azərbaycan ailəsini müasir tendensiyaların, qloballaşma kimi proseslərin mənfi təsirindən qoruma yollarını müzakirə ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təhsil nazirinin müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova, Ali Məhkəmənin hakimləri - Elşanə Vəliyeva və Şahin Yusifov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Adıgözəl Adıgözəlov, Baki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, “Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri Mehriban Zeynalova təmsil etdikləri təşkilatların bu sahədə gördüyü işlər, qarşıya çıxan problemlər barədə danışıblar, onların həlli ilə bağlı rəy və təkliflərini irəli sürüblər.
Konfransda Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri – Sevil Mikayılova, Nigar Arpadarai, Rauf Əliyev, Sədaqət Vəliyeva, Pərvin Kərimzadə və digər rəsmi şəxslər də iştirak ediblər.
18-03-2021, 16:55
Milli Məclisdə görüş
1-03-2021, 18:01
Prezident “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində
22-12-2020, 13:21
Ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib
10-09-2020, 14:57
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
23-12-2018, 16:07
Miniatür Kitab Muzeyində Elmira Əliyevanın kitabının təqdimatı olub VİDEO
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...