Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
Sentyabrın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasına toplaşıb.Öncə komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verdi, həmkarlarına VI çağırış Milli Məclisin ilk payız sessiyasında qanunvericilik işlərində uğurlar arzulayıb.
Sonra iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim olundu. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb. Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə də müntəzəm əlaqə saxlayıb, problemlərinin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar xüsusilə COVİD-19 pandemiyası ilə əlaqədar geniş maarifləndirmə işləri aparıb, daim vətəndaşların yanında olublar.
Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb.
Onlayn iclasda aparılan fikir mübadiləsində deputatlar hesabatı məqbul saydılar.
Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. 10 bənddən ibarət iş planı təsdiqləndi.
Komitədə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edən Hicran Hüseynova bildirdi ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğuladılar.
Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşıladılar.
İclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Nigar Arpadarai, Tamam Cəfərova, Könül Nurullayeva və Pərvin Kərimzadə rəy və təkliflərini bildirdilər. Sonra cari məsələlərə baxıldı.
Onlayn iclası yekunlaşdıran Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirdi, qanunvericiliyə dair təkliflərini həmkarları ilə bölüşdü.
Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olundu.

10-09-2020, 11:41
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək
9-09-2020, 11:39
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək
13-07-2020, 16:29
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi
16-06-2020, 14:50
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
21-04-2020, 13:57
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
24-01-2019, 12:53
Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...