Ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib
Sosial
Oxunub: 309
22 Ara 2020 | 13:21
Ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusundavideokonfrans formatında dinləmə keçirilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını salamlayaraq bir daha Qələbə münasibətilə hamını ürəkdən təbrik edib və bildirib ki,biz bu qələbəyə başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli ordumuzun gücü, xalqımızın sarsılmaz birliyi nəticəsində nail olmuşuq. O,şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı əsgərlərə can sağlığı arzulayıb.
Komitə sədri öz çıxışında deyib ki, bu gün bütün dünya, o cümlədən ölkəmiz COVİD-19 pandemiyası ilə mübarizə aparır, eyni zamanda, hal-hazırda biz post-müharibə dövrünü yaşayırıq. Bunları nəzərə alaraq,hadisələrin ailədaxili münasibətlərə necə təsir etdiyini, neqativ halların aradan qaldırılması istiqamətində görülən işləri, qarşıda dayanan vəzifələri müzakirə edəcəyik. O, belə bir tədbirin keçirilməsinə yaratdığı şəraitə və verdikləri tövsiyələrə görə Milli Məclisin rəhbərliyinə, şəxsən Sahibə xanım Qafarovaya minnətdarlığını ifadə edib, dəvəti qəbul etdiklərinə görə görüş iştirakçılarına təşəkkür edib.
Hicran Hüseynova bildirib ki, Azərbaycanda dövlətin ailə siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizdə ailə institutunun qorunması, inkişafı prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Lakin bununla yanaşı, ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir.
Komitə sədribildirib ki, hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik.Qeyd edilib ki, cari ildə COVİD-19 pandemiyası nikahların və boşanmalarınsayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Lakin bütün bunların fonunda biz Azərbaycanın bu çətin günlərdə böyük vahid ailə kimi birləşdiyini gördük. Vətən üçün canından keçən övladları gördük. Onları tərbiyə edən valideynləri gördük. Azərbaycan Prezidentinin öz xalqına sevgisini və siyasi iradəsini gördük.
Hicran Hüseynova qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün sosial təcrid və karantin tədbirləri çox vacibdir. Lakin mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar.
44 günlük Vətən müharibəsidövründə döyüş meydanında hərbi əməliyyatlarla yanaşı, ölkəmizin dinc əhalisinin də düşmənin təxribatçı hücumlarına məruz qaldığını deyən komitə sədri bildirib ki,bütün bu hadisələri yaşamış insanlar çox ağır psixoloji zərbə alıblar. Uşaqlar valideynsiz qalıb, valideynlər övladlarını itiriblər, çoxsaylı ailələrin evləri tamamilə dağıdılıb. Bu insanları yenidən cəmiyyətə inteqrasiya etmək üçün sosial-psixoloji xidmətin göstərilməsi çox vacibdir. İnsanlarda müharibə daha dərin iz buraxıb. Belə insanlarla mütəxəssislərin görüşməsi, onların vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. Ehtiyacı olanlara isə davamlı yardım göstərilməlidir. Qeyd edilib ki, müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, qeyri-hökumət təşkilatları öz fəaliyyətləri sahəsində müəyyən işlər görürlər. Bu işlər daha da gücləndirilməlidir.
Komitə sədri ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki,Koronavirusla Mübarizəyə Dəstək Fondu, Müdafiə Fondu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb.Lakin bu məsələdə hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Bildirilib ki, pandemiya və post-müharibə dövründə yaranmış vəziyyətdə ailələrin sosial-psixoloji durumunun qiymətləndirilməsi,bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsimühüm əhəmiyyətkəsb edir.
Onlayn tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz nitqində söyləyib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub. Ailə cəmiyyətin sosial əsasıdır. Ailənin cəmiyyət və dövlət həyatında özünəməxsus yeri və rolu var. Ailədə həm adət-ənənə, həm idarəçilik, həm birgə təsərrüfat vərdişləri aşılanır. Eyni zamanda, bunların hamısı sosial-psixoloji təminatlara bağlıdır. Bu təminatların mövcudluğu obyektiv və subyektiv səbəblərə bağlıdır və iqtisadi vəziyyətin təsiri burada daha çox hiss olunur.
Xüsusi vurğulandı ki, bütün dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri birləşərək həm düşməni dəf etməyə, həm zərər çəkmiş ailələrin problemlərini həll etməyə müvəffəq oldular. İnsanların sosial-psixoloji durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlər, həmçinin ünvanlı sosial yardımların verilməsi, “Əsgərə sovqat” aksiyasinın keçirilməsi təqdirəlayiqdir. Bütün bunlarla yanaşı, qanunvericilikdə də müvafiq dəyişikliklərinedilməsinin vacibliyi bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məsələnin aktuallığını vurğulayaraq deyib ki, nazirlik tərəfindən yeni təşəbbüsə başlanılıb. Şəhid ailələrinə, yaralılara, müharibədən əziyyət çəkən mülki şəxslərin ailə üzvlərinə psixoloji dəstək proqramları həyata keçirilir və bu işə mütəxəssislər cəlb edilib. Pandemiyanı nəzərə alaraq,bu xidmətlər həm onlayn formatda, həm də səyyar şəkildə həyata keçirilir. Qısa müddət ərzində psixoloqlar və psixiatrlar tərəfindən 1630 ailəyə belə səfərlər təşkil edilib və ehtiyacları üzrə müxtəlif seanslar keçirilib. Həmçinin,noyabrın 10-dan başlayaraq bugünədək 1300-dək şəhid ailəsinə sosial təminat tədbirləri həyata keçirilib. Dekabrda yeni elektron xidmətlər istifadəyə verilib ki, bunun da bir çox üstünlükləri var. Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində də lazımi tədbirlərin görülür və bu sahədə Qeyri-Hökumət Təşkilatları ilə birgə əməkdaşlıq edilir.
Video-konfransda iştirak edən Daxili İşlər nazirinin müavini Oruc Zalov,Təhsil Nazirinin müavini Firudin Qurbanov,İdman və Gənclər nazirinin müavini İntiqam Babayev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov,Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov ailənin sosial-psixoloji mühitinin düzgün formalaşması, ortaya çıxan problemlərin, o cümlədən məişət zorakılığının aradan qaldırılması, pandemiya və post-müharibə dövründə ailədaxili münasibətlərin öyrənilməsi və digər zəruri məsələlərdən danışıblar.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Jalə Əliyeva və Rəşad Mahmudov çıxış edərək pandemiya və Vətən Müharibəsinin ölkədə yaratdığı çətinliklərdən söhbət açıblar. Problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıblar. Ailələrin sosial-psixoloji durumunun yaxşılaşdırılması sahəsində maarifləndirmə işinin əhəmiyyətli olduğunu bildiriblər.
Tədbirdə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransa yekun vuraraq məsələnin vacibliyini bir daha qeyd edib vəsəsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirib.
15-10-2020, 09:53
Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
10-09-2020, 14:57
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
9-09-2020, 15:31
Azərbaycanda daha bir AİLƏ DƏHŞƏTİ: Ata qızına... - VİDEO
22-07-2020, 13:59
Sizi milli mətbuatımızın 145 illiyi münasibətilə təbrik edirik!
18-07-2020, 15:51
Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev və Müşfiq Məmmədli qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər
24-04-2020, 17:03
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...