Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
Siyasət
Oxunub: 201
15 Ekm 2020 | 09:53
Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib Qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında görüşlər davam etdirilir. Bu qəbildən olan növbəti görüş oktyabrın 14-də videokonfrans formatında keçirilib. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin 70-dək deputatı iştirak ediblər. Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan tarixi günlər yaşayır. Xalqımız və dövlətimiz sözün həqiqi mənasında Vətən müharibəsi aparır. Ölkəmiz bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də mühüm uğurlar qazanmaqdadır. Spiker vurğulayıb ki, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, yüksək diplomatik səriştəsi və qətiyyəti sayəsində Azərbaycan düşmənə bütün cəbhələrdə böyük məğlubiyyətlər yaşadır. Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatların qarşısının alınması, şanlı Ordumuzun parlaq əks-hücum əməliyyatları hər birimizi fərəhləndirir, qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır.
Ordumuzun zəfər yürüşü zamanı şəhidlərimizin də olduğunu vurğulayan Spiker Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib.
Milli Məclisin Ermənistanın 27 sentyabrdan başlayaraq törətdiyi hərbi təxribatlar, həmçinin Gəncəni və digər şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanladığını bildirən Sahibə Qafarova məlumat verib ki, parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə 130, həmçinin 11 beynəlxalq təşkilata məktublar göndərilib. Müraciətlərdə baş verənlərlə bağlı geniş məlumatlar verilib və beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə adekvat münasibətin bildirilməsinə çağırış olunub. Onun sözlərinə görə, artıq bəzi ölkələrin parlamentləri ölkəmizə öz dəstəklərini ifadə ediblər. Həmçinin Sahibə Qafarova bu müddət ərzində bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları apardığını, 10-a yaxın ölkənin səfirləri ilə görüşlər keçirdiyini, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırıb.
Sədr bu müddətdə Milli Məclisin əksər deputatlarının müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar etməsinin, sosial şəbəkələrdə xüsusi fəallıq nümayiş etdirməsinin təqdirəlayiq olduğunu bildirib. Həmçinin məlumat verilib ki, Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər. Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında növbəti görüş keçirilib
Çıxışında daha sonra ölkəmizdə həyata keçirilən siyasi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verən Spiker qeyd edib ki, Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm məsələlərdən biri ardıcıl həyata keçirilən islahatlardır. Bu islahatlar ölkəmizin daha da güclənməsinə xidmət edir. “Əlbəttə ki, hər bir inkişaf və tərəqqinin əsasında uğurlu islahatlar dayanır. Və biz Azərbaycanın müsbət nümunəsində bunu aydın şəkildə görürük”, – deyən Sahibə Qafarova qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların mühüm bir hissəsini siyasi islahatlar təşkil edir. Bu islahatlar demokratikləşmə prosesinin daha uğurlu həyata keçirilməsini təmin edir, eyni zamanda, siyasi münasibətlər sistemində yeni keyfiyyət göstəricilərinin meydana gəlməsini şərtləndirir. O bildirib ki, bu gün Azərbaycanda siyasi sistemin komponentləri arasında müsbət münasibətlər qurulub.
Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edib. Çıxışında o, dövlətimizin başçısı tərəfindən aparılan siyasi-hüquqi islahatlar və onların nəticələrindən danışaraq, ölkədə yeni siyasi konfiqurasiya, qabaqcıl siyasi mədəniyyət və dialoq mühitinin formalaşdığını, qısa müddət ərzində faktiki fəaliyyətdə olan 52 partiyadan 51-i ilə görüş keçirildiyini, 2011-ci ildən sonra ilk dəfə 6 siyasi partiyanın dövlət qeydiyyatına alındığını, 11 siyasi partiyanın qurultaylarının keçirildiyini və nəticələrinin dövlət qeydiyyatına alınmaqla fəaliyyətlərinə legitimlik gətirildiyini bildirib. O, dövlətçiliyin təməl prinsipləri ətrafında milli vəhdətin dərinləşməsi kimi məsələlərə toxunaraq, siyasi partiyaların ərazi bütövlüyümüzün bərpası üçün mübarizədə həmrəylik nümayiş etdirməsini və 32 illik fəaliyyət tarixində ilk dəfə olaraq 51 partiyanın vahid mövqe ilə Ali Baş Komandanı birmənalı dəstəkləmələrini və onun atdığı addımları müdafiə etmələrini, habelə bu partiyalar tərəfindən beynəlxalq təşkilatlara ünvanlanmış Azərbaycanın haqq səsini əks etdirən birgə müraciətləri xüsusi vurğulayıb.
Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında və ötən müddət ərzində həyata keçirdiyi fəaliyyətdə nəzərəçarpan mütərəqqi yenilikləri qeyd edərək, qanunverici orqanda sağlam, demokratik mühit yarandığını, dövlət əhəmiyyətli məsələlərə vaxtında reaksiya verildiyini, parlamentin nüfuzunun həm ölkədə, həm də xaricdə yüksəldiyini bildirib.
Şöbə müdiri, həmçinin qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə danışaraq, indiyədək Milli Məclisin rəhbərliyi və deputatları ilə, o cümlədən parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri ilə müxtəlif formatlarda həm qrup, həm də fərdi görüşlər keçirildiyini, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu qeyd edib. Ə.Vəliyev deputatları seçiciləri ilə işin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına verilmiş aidiyyəti tapşırıqlar barədə məlumatlandıraraq, dövlətimizin başçısının göstərişinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri keçirilən görüşlərdə, habelə yerli icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələləri xüsusi diqqətə çatdırdığını, deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində əlaqələndirici şəxslərin müəyyən edildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün deputatlara dair mövcud gözləntilər diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin Azərbaycan xalqına 4 oktyabr və 9 oktyabr tarixlərində etdiyi müraciətlərin ölkənin müqəddəratının inamlı əllərdə olduğunu bir daha sübut etdiyini, Vətənini sevən hər bir azərbaycanlıya qürur və iftixar hissi yaşatdığını qeyd edən Ə.Vəliyev Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qətiyyətli döyüşlər apardığı bu günlərdə hər kəsin yüksək ruh yüksəkliyi və vətənpərvərlik nümayiş etdirərək Ordumuza, Ali Baş Komandana dəstək vermək niyyətində olduğunu deyib. O həmçinin Birinci vitse-prezident xanım Mehriban Əliyevanın istər pandemiya ilə mübarizə, istərsə də Ordumuza dəstək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin, çağırışlarının və bəyanatlarının milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfə verdiyini bildirib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Milli Məclisin deputatları - Vahid Əhmədov, Azay Quliyev, Rüfət Quliyev, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Aqil Abbas, Azər Badamov və Nəsib Məhəməliyev çıxış ediblər. Çıxışlarda ölkə Prezidenti tərəfindən aparılan çoxşaxəli islahatların gətirdiyi müsbət nəticələr, Milli Məclisin bu islahatlar prosesində iştirakı və verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri müzakirə edilib, aidiyyəti təkliflər səsləndirilib. Deputatlar, həmçinin ölkə başçısının atdığı hər bir addımı müdafiə etdiklərini, Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edildiyi bu şərəfli günlərdə bütün səylərini onun dəstəklənməsinə yönəltdiklərini, bu işi inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.
Tədbirin sonunda Ə.Vəliyev çıxışlar zamanı səsləndirilən bütün təkliflərin diqqətlə öyrəniləcəyini və Milli Məclis rəhbərliyi ilə ətraflı müzakirə ediləcəyini bildirib. O həmçinin bütün cəmiyyətimizdə olduğu kimi, Milli Məclisdə də hökm sürən yüksək ruh yüksəkliyinin, Ali Baş Komandana olan sonsuz etimadın və həmrəyliyin Böyük Qələbəyə nail olmağımız yolunda əhəmiyyətini vurğulayaraq, işğal olunmuş bütün torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, həmin ərazilərdə bütün mədəni-mənəvi sərvətlərimizin bərpa ediləcəyinə, yeni həyat qurulacağına əminliyini ifadə edib.

15-10-2020, 09:31
Sahibə Qafarova: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılır
13-10-2020, 12:19
Milli Məclisin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub
5-09-2020, 16:55
AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB
9-07-2020, 18:52
Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz
27-06-2020, 21:38
Milli Məclisin Spikeri Sahibə Qafarova millət vəkili seçildiyi dairənin seçiciləri ilə videokonfrans formatında qəbul keçirib
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
Dün, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
Dün, 20:46
Bakıda kişi özünü turnikdən asdı
Dün, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
Dün, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
Dün, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
Dün, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
Dün, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
Dün, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
Dün, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
Dün, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
Dün, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
Dün, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə
5-05-2024, 18:50
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
5-05-2024, 17:37
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq
4-05-2024, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
4-05-2024, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
4-05-2024, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
4-05-2024, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
4-05-2024, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
4-05-2024, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
4-05-2024, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
4-05-2024, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
4-05-2024, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
4-05-2024, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
4-05-2024, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi