"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
Mədəniyyət
Oxunub: 15
22 Nis 2024 | 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
Çoxdan eşitmişdim ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Leyli və Məcnun” yeni quruluşda təqdim olunur. Vaxt tapıb gedə bilməmişdim. Dünən nəhayət ki, böyük Üzeyir musiqisinin sehrli aləminə daldım, 74 dəqiqə ərzində öz dünyanın qayğılarından qopub xəyalən Ərəbistan çöllərinə getdim, gah Leyliyə yandım, gah Məcnuna, gah min ümid və zəhmətlə oğul böyüdüb onun gözlər önündə çarəsiz bir aşiqə, məcnuna dönüşünü izləyən ata-anaya...

Bu ağrını öz canında hiss edib üzülməmək əldə deyil. Tamaşa boyu hiss edirdim ki, saçlarım başımda biz-biz durur, sanki səhnədə inildəyən öz balammış kimi ürəyim parça- parça olur. Öz-özümə pıçıldayıram. Tarın sınsın, tar çalan, Leylini Məcnuna verə bilmədin...

Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşada yeni rejissor yorumu heyran edir. Rejissoru təbrik etmək olar. Bu dəfə Leyli Məcnunla yanaşı səhnədə onların ruhları da canlı obraz kimi təqdim olunur və yer alır. Onu da deyim ki, Leyli və Məcnunun cisimlərindən ( özlərindən) çox ruhlarının oyunu insanı valeh edir. Ruhlar daha çılğın, daha emosional, daha olqun, daha kamildir. Ruhların sevgisi ölümlü Leyli Məcnunun sevgisindən 10 qat, 100 qat daha çox hiss olunur, daha çox inandırır. Balerinlər o qədər zərif plastika ilə bu sevgini, atəşi təqdim edirlər ki, deməklə yetməz, görmək lazımdır.
Səhnədə başdan sona qədər Füzuli obrazını görürük, o əslində həm də Məcnunun özüdür, öz taleyini qələmə alır, cəhənnəm əzabları içində qovrulur, hönkürür, inləyir. O, gah Leylinin atasına çevrilir, gah müəlliminə, gah dostuna. Amma daha çox Məcnundur o. Tamaşanın sonunda deyildiyi kimi onda Məcnundan füzun aşiqlik istedadı var, aşiqi sadiq odur, Məcnunun yalnız adı var. Füzuli obrazını gənc aktyor Səmədzadə Xasıyev böyük ustalıqla oynayıb.

Bu tamaşada hər zaman unutduğumuz bir personaja da diqqət çəkmək istərdim. İbn Səlama. Leyli- Məcnun elə bir əsərdir ki, onu hər yaşda bir fərqli görüb, fərqli düşünürsən. Və mən ömrümün artıq kamillik deyiləcək yaşına anladım ki, bu əsərdə qurbanlardan ən böyüyü, ən sadiqi, ən humanist aşiq əslində İbn Səlamdır. Öz dövrü üçün Leyli kimi adı eşqlə “qaralanmış”, alnı damğalı bir qızı evinə gəlin gətirib, onu Məcnunu sevdiyini bilə-bilə cəmiyyətin qınaqlarından qoruyur, sevir və toxunmağa belə cəsarət etmir, əslində onu da bu sevgi vərəmlədib öldürür. Di gəl nə halına yanan var, nə adını qurban olaraq çəkən.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda isə respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edirlər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Onun tərəf-müqabili – Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimovadır.
Tamaşada Leylinin anası rolunu oynayan Gülnarə Abdullayevanın sərt çıxışını nə qədər bəyənsəm də, Məcnunun anasının sönük oyunu bir o qədər məyus edir. Oğlu gözünün önündə şam kimi əriyən bir ata-ananın iztirablarını məncə bu aktyorlar yetərli qədər təqdim edə bilmədilər. Bunun əvəzinə Füzuli hamımızı yandırmağı, ürəyimizin sarı tellərinə toxunmağı bacardı.

Kimin Məcnundan çox məcnun olduğunu görmək üçün bu tamaşaya baxmağa dəyər. Gedin. Həm Üzeyir musiqisinin sehrinə düşüb onu canlı- canlı dinləyin.

Həm də köhnə dastana yeni nəzərlərlə baxın. Mənəvi zövq və zənginlik qazanın.
12-01-2021, 10:21
Bakıda gizli fəaliyyət göstərən "Məcnun" kafesi aşkarlandı, 9 nəfər saxlanıldı
23-11-2020, 10:31
Bu gün dünyadan köçən Şərq dahisi - Üzeyir bəy Hacıbəyli
26-09-2020, 11:08
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində
10-01-2019, 12:30
Zahid Sabirabadlının arvadı efirdə krediti üçün pul istədi - Video
23-12-2018, 16:18
Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub
24-11-2018, 15:11
Heydər Əliyev Sarayında “Yeni il nağılı” adlı tamaşa təqdim olunacaq
Dün, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
Dün, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
Dün, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
Dün, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
Dün, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
Dün, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
Dün, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
Dün, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
Dün, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
Dün, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY