Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Sosial
Oxunub: 366
18 Mrt 2021 | 09:46
Mingəçevir Dövlət Universiteti və KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb 2021-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Konya şəhərində yerləşən KTO Karatay Universitetini ziyarət edib. Ziyarət çərçivəsində Ş.Bayramov Konya Ticarət Odasının (KTO) idarə heyətinin sədri Selçuk Öztürk və KTO Karatay Universitetinin rektoru Bayram Sade ilə görüşüb.
Universitetdən verilən məlumata görə, görüşdə S.Öztürk Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluğun və qardaşlığın möhkəmlənməsində təhsil sahəsindəki əlaqələrin əhəmiyyətli rolundan danışıb. Azərbaycanın sürətlə inkişaf etdiyini, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi Zəfərdən sonra yeni dönəmin başlandığını bildirən S.Öztürk MDU ilə əməkdaşlığın yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə bütün mümkün dəstəyin göstərilməsinə hazır olduğunu diqqətə çatdırıb.
KTO Karatay Universitetinin Türkiyənin sürətlə böyüyən sənaye mərkəzlərindən biri olan Konyada yerləşdiyini vurğulayan S.Öztürk universitet və sənaye arasında davamlı işbirliyinin yaradılması, unversitet büdcəsinin sənayeyə xidmət hesabına genişləndirilməsi, yeni nəsil kampusun yaradılması, rəqəmsallaşma və digər məsələlər haqqında fikirlərini bölüşüb, əldə etdikləri uğurlardan bəhs edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən rektor Ş.Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərinin sayəsində möhtəşəm qələbə qazandığımız Vətən Müharibəsində göstərilən mənəvi dəstəyə və təəssübkeşliyə görə S.Öztürkə, eləcə də universitetin kollektivinə minnətdarlıq edib.
Təmsil etdiyi universitetin Azərbaycanın dördüncü sənaye şəhərində yerləşdiyini vurğulayan Ş.Bayramov görüşün əsas məqsədinin yeni dövrün ali təhsil müəssisəsinə transformasiyanı hədəfləyən MDU-nun tədris, elmi tədqiqat, startaplar, kampus idarəçliyi və digər sahələrdə KTO Karatay Universitetinin qabaqcıl təcrübəsindən faydalana bilməsi üçün əlverişli və çevik əməkdaşlıq mühitinin formalaşdırılmasından ibarət olduğunu bildirib. MDU-da bakalavriat və magistratura səviyyələri üzrə mövcud olan təhsil proqramlarından, infrastrukturun modernləşdirilməsi, akademik və inzibati heyətin bacarıqlarının artırılması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ş.Bayramov qarşılıqlı əməkdaşlığın potensial istiqamətlərini diqqətə çatdırıb.
MDU tərəfindən irəli sürülən ikitərəfli əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirən rektor B.Sade KTO Karatay Universitetinin missiyası, fəaliyyət istiqamətləri, güclü tərəfləri və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Universitetdə doqquz mindən çox tələbənin təhsil aldığını deyən B.Sade rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inkişafında əlverişli mövqedə yerləşmə və sənayeyə açıqlıq kimi amillərin müstəsna rol oynadığını vurğulayıb.
Görüşdə MDU ilə KTO Karatay Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və inkişaf etdirilməsini nəzərdə tutan protokol tədris prosesində ortaq fəaliyyətlərin həyata keçirilməsi, tələbə və magistr mübadiləsi, müəllim və inzibati heyətin mobilliliyi, akademik və elmi sahədə sertifikat proqramları, ortaq konfranslar və simpoziumların keçirilməsi, birgə tədqiqatların aparılması, elmi məqalələrin dərc edilməsi və digər məsələləri əhatə edir.
Faydalı keçən görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova, MDU rektorunun müşaviri Hamiz Mahmudov və KTO Karatay Universitetinin rəhbər şəxsləri də iştirak ediblər.
Daha sonra, nümayəndə heyətinin üzvləri KTO Karatay Universitetinin müasir kampusu ilə tanış olublar.
10-03-2021, 11:33
Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb
19-01-2021, 09:53
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
14-01-2021, 11:30
Ceyhun Bayramov Sərhəd İşləri Təşkilatının Baş direktoru ilə görüşüb
18-11-2020, 10:01
Milli Məclis Sədrinin müavini Adil Əliyev İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb
4-09-2020, 15:03
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər
17-01-2020, 18:50
Ceyhun Bayramov Latviyanın ölkəmizdəki səfiri ilə görüşüb
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...