Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb
Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-nin) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Sədr qonaqları səmimi salamlayaraq səfərinəlaqələrimizə yeni töhfə verəcəyinəümidivar olduğunu bildirib. Spiker ötən həftə Bitlisdə baş verən helekopter qəzasında türk hərbçilərinin şəhid olması ilə bağlı qonaqların simasında türk xalqına, həyatını itirənlərin yaxınlarına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.
İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətlərin daim inkişaf etdiyini vurğulayan Sədr deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Qeyd edilib ki, Vətən müharibəsi dönəmindədə Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəkgöstərib, qardaş Türkiyə xalqı Azərbaycanın yanında yer alıb. Bu, Ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət” ifadəsinin real həyatda bariz təcəssümü idi. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasındakı münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Ortaq dilə, dinə, mədəniyyətə, tarixə sahib xalqlarımız arasındakıbu münasibətlər əsl qardaşlıq ruhuna söykənir.
Münasibətlərimizin inkişafında parlamentlərin rolundan danışan Spiker hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, parlamentlər arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Sədr üçtərəfli formatda – Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin əməkdaşlığını əhəmiyyətli hesab edib. Bildirib ki, bu gün regional formatda görüşlərin keçirilməsi çox önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç ölkəmizə səfərindən nümayəndə heyəti üzvlərinin məmnunluq duyduqlarını söyləyib. Qeyd edilib ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində bütün türk xalqı kimi, türkiyəli millət vəkilləri də bölgədə baş verən hadisələri diqqətlə izləyib, qardaş Azərbaycanın uğurlarına seviniblər. Azərbaycanın hiss etdiyini Türkiyə də hiss edirdi. Biz Azərbaycanla qardaşlığımızı hər zaman duymuşuq.
Söhbətdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək beynəlxalq təşkilatlarda, regional qurumlarda ikitərəfli və çoxtərəfli formatlarda hər iki ölkə deputatlarının səmərəli əməkdaşlığı barədə fikirlərini bölüşüb, deputatlarımızın qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini yüksək dəyərləndiriblər.
Görüşdə TBMM-nin Xarici əlaqələr komitəsinin üzvləriDeryaBakbak, Ahmet Kamil Erozan, İsmailÖzdemir, UtkuÇakırözer, Türkiyənin ölkəmizdəki səfiri ErkanÖzoral, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevvə digər rəsmi şəxslər iştirak ediblər.

30-10-2020, 10:21
MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA TBMM SƏDRİ MUSTAFA ŞENTOPLA TELEFONLA DANIŞIB
27-10-2020, 10:08
Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib
30-09-2020, 10:32
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
30-09-2020, 10:02
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
8-09-2020, 12:55
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək
29-05-2020, 19:14
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib
Bugün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Bugün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Bugün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Bugün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Bugün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Bugün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Bugün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"