Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək
İqtisadiyyat
Oxunub: 410
19 Ock 2021 | 09:53
Bakı-Naxçıvan dəmir yolunun yenidən qurulması beş ölkəyə fayda verəcək Tehranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev yanvarın 18-də İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
Görüşdə qarşılıqlı əlaqələrin bugünkü vəziyyəti və perspektivləri müzakirə edilib.
Şahin Mustafayev Dövlət Komissiyasının İranda keçirilən 14-cü iclasından danışıb və qarşılıqlı əlaqələrin inkişafı baxımından komissiyanın işini yüksək qiymətləndirib.
Baş nazirin müavini bildirib ki, İran ilə Azərbaycan yaxın qonşu və dost dövlətlərdi. Qarşılıqlı əlaqələrin inkişafı hər iki dövlətin mənafeyinə uyğundur. Bu günədək Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhani arasında 13 görüş keçirilib. Hər iki prezident münasibətlərin yüksək səviyyəyə inkişafı üçün siyasi iradə nümayiş etdiriblər. Bunu nəticəsidir ki, dövlətlərimiz arasında 100-dən çox sənəd imzalanıb.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Şahin Mustafayev İran xalqına və dövlətinə minnətdarlığını bildirib. Nəzərə çatdırıb ki, Qarabağın işğaldan azad edilməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu, region dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələr qurması üçün geniş imkanlar yaradıb.
Qeyd olunub ki, Bakı-Naxçıvan dəmir yolunun yenidən qurularaq istismara verilməsi Rusiya, Azərbaycan, İran, Türkiyə və Ermənistanın bir-biriləri ilə iqtisadi-ticarət əlaqələri yaratmasına imkanı verəcək. Nəqliyyat və tranzit sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulacaq.
Şahin Mustafayev dövlətlərimiz arasında imzalanan sənədlərin icrası üzrə işlərin davam etdiyini nəzərə çatdırıb.
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi müştərək iqtisadi komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu komissiyanın işi nəticəsində bir çox məsələlərin həll olunduğunu bildirib. Nəzərə çatdırıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan rayonlarının işğaldan azad olmasının sevindirici olduğunu qeyd edən Mahmud Vaezi bildirib ki, artıq regionda yeni imkanlar yaranıb və bu imkanlardan istifadə edib iqtisadi əlaqələri daha da genişləndirmək zərurəti meydana çıxıb. Yeni şəraitdə ölkələr arasında çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb.
Administrasiya rəhbəri vurğulayıb ki, Qarabağın bərpasında İran şirkətləri də iştirak etməyə hazırdı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
18-11-2020, 10:01
Milli Məclis Sədrinin müavini Adil Əliyev İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb
8-11-2020, 11:18
Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb
8-11-2020, 11:13
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin BƏYANATI
6-11-2020, 10:58
Milli Məclisin Sədri Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb
19-06-2020, 23:46
Millət vəkili Qənirə Paşayeva cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi
20-12-2018, 13:46
İran prezidenti Türkiyədədir
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...