Türkiyə-Ermənistan münasibətlərinin bərpası nə vəd edir? - HƏQİQƏTƏN DƏ...
"Türkiyə ilə Ermənistan arasında danışıqlar başlamamışdan əvvəl rəsmi Bakı ilə bu müzakirələr aparılıb və razılıq əldə edilib". DİA.AZ xəbər verir ki, bu fikri Bizimyol.info saytına söyləyən Türkiyənin Azərbaycandakı keçmiş səfiri, tanınmış diplomat Hulusi Kılıç hər iki ölkənin artıq bir millət, iki dövlət, lazım gələrsə, bir dövlət kimi hərəkət etdiyini açıqladı."Biz Azərbaycanın istəmədiyi heç bir addımı atmayacağıq. Amma biz dünyaya ölkələr arasında əlaqələrin qurulmasına və münasibətlərin bərpasına hazır olduğumuzu bildirməliyik".
Türkiyənin xarici işlər naziri cənab Mövlud Çavuşoğlunun dünən Abu-Dabi şəhərində verdiyi son açıqlamasını xatırladan səfir Kılıç, Prezident İlham Əliyevin də Brüsseldə eyni fikri söylədiyini diqqətə çatdırdı: "Ermənistanla bərabər yaşamağa çalışdıqlarını deyən cənab prezident bildirir ki, əvvəllər də birgə yaşadıq, bizim Ermənistan xalqı ilə düşmənçiliyimiz yoxdur və artıq sülh anlaşmasına hazırıq. Torpaqlarımızı da geri aldığımız üçün bundan sonra bölgədə sülhün bərpası və bölgənin inkişafı üçün fəaliyyətimizi davam etdirəcəyik. Biz də öz tərəfimizdən bildiririk ki, bu məsələ çox mühüm əhəmiyyət kəsb etdiyi üçün yeni bir dövrə qədəm qoyuruq. Bu dövrü biz Azərbaycanla birlikdə başlayacaq və davam edəcəyik".
Müsahibimizin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yenidən bərpası məqsədilə təcrübəli diplomat, Türkiyənin ABŞ-daki keçmiş səfiri Sərdar Kılıç xüsusi nümayəndə də təyin edilib: "Çox böyük və dərin diplomatik təcrübəsi olduğu üçün bu vəzifəni də layiqincə yerinə yetirəcək və ikitərəfli münasibətlərin normallaşması istiqamətində fəaliyyət göstərəcək. Həm ölkə daxilində bir sıra görüşlər həyata keçirəcək, həm də ehtiyac yarandıqda İrəvana da səfər edəcək.
Səfir Kılıç Sərdar Kılıçın onun qohumu deyil, yaxın dostu olduğunu və bu vəzifəyə təyinatının düzgün qərar olduğunu, bu vəzifəni uğurla yerinə yetirəcəyinə inandığını vurguladı.
Türkiyə və Ermənistan münasibətlərinin bərpası həm bölgə, həm də Cənubi Qafqaz üçün hansı perspektivlər vəd edir?
İlk növbədə bölgədə sülhün bərqərar ediləcəyini deyən diplomat bildirdi ki, bölgə iqtisadi cəhətdən inkişaf edəcək: "Bundan başqa, ölkələr arasında qonşuluq münasibətləri və birgə yaşayış bərpa olunacaq, ticarət əlaqələri daha da möhkəmlənəcək. Bizim əsas gozləntimiz, Azərbaycanla Ermənistan arasındakı gərginliyin aradan qaldırılması, sərhəd probleminin həll olunması və sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Bunlar aradan qaldırıldıqdan sonra ikitərəfli münasibətlərimiz bərpa olunacaq. Bu, həm də bizim bolgə və Cənubi Qafqaz üçün çox vacibdir. Uzun illər davam edən düşmənçilikdən hec nə əldə edilməmişdir. Biz həmişə qonşularımızla xoş münasibətlər içərisində yaşamaq istəmişik. İkitərəfli münasibətlərin yenidən qurulması Türkiyə, Azərbaycan, və Ermənistan üçün yeni bir dövrün başlanmasına səbəb olacaq. Yetər ki, erməni hakimiyyəti bizim gözləntilərimizi doğrultsun".
Məlum məsələdir ki, Ermənistan uzun illər Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürüb və qondarma erməni soyqırımı məsələsini gündəmdə saxlayıb. Əgər gözləntilər özünü dogruldarsa, İrəvan bu iddialarından əl çəkə biləcəkmi?
Ermənilərin qarşılıqlı əlaqələrin inkişafı üçün bu iddialardan əl çəkməyə məcbur olacağını söyləyən həmsöhbətimiz qeyd etdi ki, İrəvan əvvəlcə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini qəbul edəcək: "Bu məsələlər onsuz da sülh müqaviləsinin müddəalarinda öz əksini tapacaq. Hətta ölkəmizə qarşı torpaq və qondarma soyqırımı iddialarından da əl çəkməyə məcbur olacaq. Qonşuluq münasibətləri yaxşı olarsa, əlaqələr inkişaf edərsə, bu məsələlər öz həllini tapacaq. Xatırlayırsınızsa, 2009-cu ildə Ankara İrəvana təklif etdi ki, tarixçilərdən ibarət birgə komissiya təşkil olunsun və qondarma soyqırımı iddiası dərindən araşdırılsın. Ancaq onlar bundan imtina etdilər. Əgər ermənilər bizimlə əlaqələrin qurulmasında maraqlıdırlarsa, o zaman konstitusiyalarinda dəyişiklik etməli və iki qondarma iddialarla bağlı müddəaları çıxarmalıdırlar. Hər kəs bilməlidir ki, torpaqlarımızda gözü olanın gözü çıxarılar. Türkiyə heç kimə bir ovuc da olsa, torpaq verməz və heç kimdən də torpaq istəməz. Bu fikir Azərbaycan üçün də keçərlidir".
Bir diplomat və siyasətçi kimi Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddialardan əl çəkəcəyinə və hər iki dövlətlə münasibətlərini bərpa edəcəyinə inandığını dilə gətirən H.Kılıç bildirdi ki, bütün sahələrdə əməkdaşlığın yenidən qurulması hətta sadə ermənilərin bu inkişafdan yararlanacağına və sosial rifahının yüksəlməsinə səbəb olacaq: "Mən həmişə bu məsələlərlə bağlı pozitiv düşünmüşəm. Əgər nəyinsə düzələcəyinə inanmasaq, yola çıxmağa da dəyməz. Bu məsələ birdən-birə hələ olunmayacaq və zamana ehtiyacı var. Zaman keçdikcə, həm erməni xalqı, həm də bütün siyasi dairələri buna öyrənəcəklər. Həm Azərbaycanda, həm də Türkiyədə yaşayan erməni kökənli vətəndaşlar bizimlə bərabər sülh içərisində yaşayırlar. Ermənistan ilk növbədə xarici ölkələrdəki diaspor təşkilatlarından uzaqlaşmalı və onların təzyiqindən xilas olmalıdır. Əgər onlardan xilas olsalar, hər üç dövlət sülh və əmin-amanlıq içərisində yaşamağı bacaracaq".
16-07-2020, 13:12
Vaşinqtonda Azərbaycan diplomatları Türkiyəyə dəstək ifadə ediblər
14-09-2020, 14:50
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: “TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU ƏBƏDİDİR”
10-03-2021, 16:51
Milli Məclisdə TBMM-in nümayəndə heyəti ilə görüş olub
30-08-2021, 15:12
Türkiyə-Ermənistan münasibətləri normallaşır? - ŞƏRH
9-09-2021, 12:23
“Zəngəzur dəhlizi açılmayınca, İrəvanla “isti” münasibətlərin Ankara üçün perspektivi yoxdur” - GƏLİŞMƏ
10-03-2021, 11:33
Milli Məclisin Sədri Sahibə Qafarova TBMM-nin nümayəndə heyəti ilə görüşüb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı