Satan da narazı, alan da: Ortada qazanan alverçilərdir - Deputat danışır...
Gündəm / Siyasət / Hadisə
Oxunub: 133
4 Ara 2021 | 06:36
Satan da narazı, alan da: Ortada qazanan alverçilərdir - Deputat danışır...

capar.info : - Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlədiyi “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”na əsasən, dövlət Azərbaycanda ilk dəfə istehsal olunan məhsulların satışına dəstək verəcək.

Bu qayda mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir. Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafı istiqamətində müəyyən addımlar atılsa da, hələ də yerlərdə bu istiqamətdə bir sıra problemlər qalmaqdadır. Sahibkarlar bəzən torpaq əldə edə bilməməsindən, subsidiyanın azlığından, yaxud əldə etdiyi məhsulu bazara çıxarmaq imkanı olmadığından şikayətlənirlər.

“Cümhuriyət” qəzetinin müsahibi Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevdir:

-Uzun illərdir ki, sahibkarların öz məhsulunu bazara çıxarmaq problemi var. Yeni Fərmanın bu problemin həllində hansı rolu olacaq?

-Dünya təcrübəsində də artıq sınaqdan keçmiş bir üsuldur ki, mikro və kiçik sahibkarlığı inkişaf etdirmədən iqtisadiyyatını yüksək inkişafına nail olmaq mümkün deyil. Çünki bu sistemdə çalışan, mikro və kiçik sahibkarlıqla məşğul olan əhalinin sayı daha çoxdur. Əlbəttə ki, bu da bilavasitə iri sahibkarlığa, böyük biznesə yol açmaq deməkdir. Ölkə başçısının bu Fərmanı da mikro və kiçik sahibkarlığın inkişafına və əldə edilən məhsulun satışının təmin olunmasına yönəldilib.Çünki mikro və kiçik sahibkar məhsul istehsal edirsə, onun bazarı yoxdursa, bu bazar müvafiq orqanlar, yaxud özəl sektor tərəfindən düzgün istiqamətləndirilmirsə, o zaman məhsul əldə qalmalı, bu da bazarda bahalığa gətirib çıxarmalıdır. Müəyyən inhisarlar da var. Bu gün narazılıqlar var ki, rayonlardan öz məhsullarını gətirənlər Bakıda bazarda yer tapa bilmirlər. Məhsullarını gətirib, həddindən artıq ucuz qiymətə verirlər, bu da sahibkara sərf etmir. Həmin məhsulu alıb-satanlar isə qiyməti bir neçə dəfə artırırlar. Qiymət artımını yalnız bununla da ölçmək olmaz. Çünki bu gün bütün ölkələrdə ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO) hesabatına baxsaq görərik ki, qiymətləndirmə infeksi 133 bəndlik həddi keçib. Bu, qiymət artımının yüksək göstəricisidir. Demək olar ki, son 30-40 ildə ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində bu qədər artım olmayıb. Xüsusilə də taxıl, bitki yağları, süd məhsullarının qiyməti xeyli bahalaşıb. Hətta bitki yağlarının qiymətindəki bahalaşma əksər ölkələrdə 9,6 faizi, süd məhsullarında isə 2,6 faizi keçib. Bu da təşviş doğurur. Əgər dünyada bu məhsulların qiyməti artırsa, Azərbaycandan da yan keçə bilməz. Ancaq elə ölkələr var ki, onlarda kənd təsərrüfatı məhsullarının istehsalı üçün potensial yoxdur, onlar həmin məhsulları kənardan alırlar. Ancaq Azərbaycanda bu potensial var və özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər. Bu istiqamətdə işlər gedir. Lakin müəyyən məsələlər var ki, onların aradan qaldırılması ilə özümüzü kənd təsərrüfatı məhsulları ilə yaxın illərdə tam təmin edə bilərik. Bu da ölkə başçısının yeni fərmanının maddələrində özünü göstərir ki, mütləq mikro və kiçik sahibkarlıq inkişaf etdirilməlidir. Bunların inkişafı üçün bazar yaradılmalı, onlar öz məhsullarını satmağa imkan tapmalı, müvafiq orqanlar bunu tənzimləməlidir. İşğaldan azad olunmuş torpaqların bərpası, yaxın illərdə istifadəyə verilməsi də ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsinə imkan verəcək. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, orada artıq 32 min hektar təmizlənib və 22 min hektarda payızlıq əkin aparılıb. İşğaldan azad edilmiş ərazilər ümumi Azərbaycanın 10 faizdən çox kənd təsərrüfatı məhsullarını verib və bu da çox böyük göstəricidir. Bu, həmin ərazidə məhsul istehsalı ilə yanaşı, işsizliyin aradan qaldırılmasına da imkan yaradacaq. Çünki 10 minlərlə insan orada kənd təsərrüfatı məhsullarını istehsalı ilə məşğul olacaq. Burada arıçılıq, heyvandarlıq, taxılçılıq, eləcə də turizmin inkişafı üçün böyük imkanlar yaradılacaq. Bütün bunlar yaxın illərdə ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi üçün əsaslı rola malik olacaq.

- Bu qaydalarda göstərilir ki, dəstək tədbirləri bəzi sahibkarlara şamil edilməyəcək. Sizcə, bu qayda həmin sahədə qanunsuz fəaliyyətlərin aradan qaldırılmasına imkan verəcəkmi?

- Subsidiyalarla bağlı məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə edildi. Bütün proseslər qanun çərçivəsində olmalıdır. İlk növbədə sahibkarın özünün torpağı olmalı və bu torpaq hüquqi cəhətdən ona verilməli, onun sahibi olmalıdır. Eləcə də avadanlıq, texnika onun özünün olmalıdır. Ancaq bəzən belə faktlar ortaya çıxır ki, torpağın sənədi yoxdur, ya dövlət, bələdiyyə, yaxud hansısa pay torpağıdır. Onu icarəyə götürüb, ancaq bunun üçün müəyyən qaydada vergi verməlidir, kadastrı olmalıdır, torpaqlar analizdən keçməlidir ki, burada hansı məhsul becərmək olar. Torpağın özünün xarakterləri var. Ancaq bunları etmirlər, nəticədə isə narazılıq edirlər ki, niyə mənə subsidiya vermədilər. Sənəd bunu əsaslandırır ki, əgər torpağı, yaxud əldə etdiyi avadanlıqlar hüquqa əsaslanmırsa, qeyri-qanunidirsə, onlara müəyyən imtiyazlar yaradıla bilməz. Sonra öz məhsulunu bazara çıxaranda bilməlidir ki, hansı məhsulu satır, kimə aiddir, onun satışından əldə olunan məbləğ nə qədərdir. Hazırda KTN tərəfindən elektron sistem yaradılıb və bütün mikro və kiçik sahibkarların hamısının hesabatı olmalıdır. Əgər hesabat yoxdursa, ilk növbədə ölkədə istehsal edilən məhsulun miqdarı bilinməz və onun bölgüsü aparılmaz ki, nə qədər məhsul istehsal etməliyik. Çox haqlı olaraq Fərmanda da göstərilir ki, qanunsuz sənədləşdirmələr varsa, müəyyən insanlar qanunun tələblərinə əməl etmirsə, onlara güzəştlər, imtiyazlar verilməməlidir. İndi məsələ qaldırılır ki, subsidiyalar əkinə görə yox, məhsulun nəticəsinə görə verilməlidir. Bu, çox düzgün məsələdir. Çünki əvvəllər bir nəfər gəlib bildirirdi ki, mən 50 hektar taxıl sahəsi əkmişəm, gedib subsidiya verirdilər, ancaq nəticə də yox idi. İndi azad sahibkarlıqdır, deyir ki, mən məhsulu satdım, ancaq hesabatı dəqiq getmir, dövlətin xeyli pulu israf olur, oğurlanırdı. Hətta bir neçə il bundan əvvəl rayonlarda yoxlamalar apardılar və gördülər ki, milyonlarla manat artıq subsidiyalar alınıb, əkin olmayıb. Artıq belə qayda tətbiq edildi ki, əkirsə, az bir miqdarda ona lazım olan vəsait verilsin, əgər nəticə əldə edərsə, ona görə subsidiya ödənsin. Xarici ölkələrin əksəriyyətində də belədir. Hətta orada norma da götürürlər, sahibkar müqavilə bağlayanda bildirir ki, məsələn, bu sahədən 40 sentner məhsul götürəcəym. Ona şərait yaradılır, müəyyən qaydada vəsait ayrılır, ancaq o öhdəliyi yerinə yetirməyəndə cərimə olunur. Bu, düzgün sistemdir, həm maraq ola bilər, həm dövlətin məhsulu reallıq əsasında onun anbarında olar, vətəndaşlara sərf olunar. Yoxsa mən filan yerdə torpaq əkim, məhsul da yetişdirməyim, qulluq etməyim, 40 senter əvəzinə 10 sentner taxıl əldə edim, pulu alım aparım xərcləyim. Bu əhəmiyyətsizdir və proses düzgün həyata keçirilməlidir.

-Sizcə, mövcud problemlər həllini tapacaqmı və yeni qaydalar sahibkarlarda marağı artıracaqmı?

-Bu gün sahibkarlar qanunla işləməyə maraqlıdırlar. Mən bölgələrə gedəndə sahibkarlarla görüşürəm. Məsələn, pambıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarlar var, çox yaxşı haldır ki, pambıqçılıq xeyli gəlir gətirir və maraq artır. Əvvəlki illərdən fərqli olaraq işgüzarlıq təşəbbüsləri artıb. Bu gün insanlar torpaq axtarır ki, əksinlər, məhsul götürsünlər, məhsulun da nəticəsinə görə xeyli miqdarda pul alırlar və bu da onların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Elə 5 il bundan əvvəl 10 hektar pambıq əkirdisə, indi 100-150 hektar pambıq əkən sahibkarlar var. Eləcə də heyvandarlığa, taxılçılığa həvəs göstərən insanlar var. Onlar üçün də müəyyən şərait yaradılmalıdır. Müəyyən maneələr var, bu bütün ölkələrdə var. Bunu da özümüz yaradırıq, etinasız yanaşırıq, bəzən təbii şəraitlə bağlı tələbləri yerinə yetirilmir. Məsələn, bu il Aran rayonları əkinçilik üçün su ilə bağlı xeyli əziyyət çəkdilər. Mən dəfələrlə pambığın susuzluqdan yanması ilə bağlı rayondan xəbərlər aldım, gedib yerində müşahidə etdim, əlaqəli qurumlara müraciət etdim. Ancaq havalar isti keçirdi, Araz çayında su azalmışdı, yerin təkində su yox idi. Bu təbiətdən, çatışmazlıqdan asılıdır. Ölkədə əkin suyuna, içməli suya tələbat çoxdur. Xeyli sahədə iş görülür və bunun üçün əlavə tədbirlər görülməlidir. Yeni su anbarları yaradılmalı, boş axan sular birləşdirilməlidir. Torpaq kanallar var ki, yaxşı suötürmə qabiliyyətinə malik deyil, suyu yaxşı ötürmür, lillənir, həmin kanallarla bağlı yaxın müddətdə vəsait ayrılıb, beton kanallarla əvəz olunmalıdır ki, su itkisinə yol verilməsin. Çünki hər il bu kanalların təmizlənməsinə milyonlarla manat vəsait ayrılır, gələn il yenə lillənir, suyu ötürmür. Belə məsələlər aradan qaldırılmalıdır. Bu kimi amillər, mikro, kiçik sahibkarlığın inkişafına mane olan məsələlərdir. Aqrar sektorun inkişafı ilə bağlı proqramlar var və bunlar da proqramlarda nəzərdə tutulub. Yaxın illərdə bu məsələlərin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı çox ciddi dönüşə səbəb ola bilər.
14-10-2021, 14:15
AZƏRBAYCANDA İRAN BAZARLARI – Siyasi qarşıdurma fonunda ticarət necə gedir?
31-08-2020, 14:00
Azərbaycanda pandemiya dövründə bu məhsulların istehsalı artıb
23-04-2020, 14:59
Sahibkarlara hansı vergi güzəştləri ediləcək? - DETALLAR AÇIQLANDI
24-01-2019, 12:58
Ötən il elektrik avadanlıqlarının istehsalı artıb
22-12-2018, 15:14
Ər-Riyad şəhərində keçirilmiş növbəti ixrac missiyasında 28 Azərbaycan şirkəti iştirak edib
14-11-2018, 12:26
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
Dün, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
Dün, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
Dün, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
Dün, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
Dün, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
Dün, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Dün, 17:10
Abşeronda QƏZA: Ölən var
Dün, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
Dün, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
Dün, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu
25-03-2024, 13:36
25 mart iki bürc üçün xüsusi gündür: Uğur gətirəcək
23-03-2024, 13:04
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 13:01
Bu ölkə dizel və benzinin qiymətini artırdı
23-03-2024, 12:59
İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı
23-03-2024, 12:56
Kanaldan naməlum kişi meyiti tapıldı
23-03-2024, 12:54
Məktəbli avtobusu ilə betonqarışdıran toqquşub, ölənlər var
23-03-2024, 12:51
Keşiş qızının sevgilisi üçün killer tutdu
23-03-2024, 12:48
Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI
23-03-2024, 12:46
Qubada Türkmənistan vətəndaşı qazdan boğuldu
23-03-2024, 12:44
Prezident İlham Əliyev Putinə başsağlığı verdi
23-03-2024, 12:42
Moskvada terror törədən 4 nəfər tutuldu
20-03-2024, 13:39
BMW piyada keçidində piyadaları vurdu