Sahibkarlara hansı vergi güzəştləri ediləcək? - DETALLAR AÇIQLANDI
“Pandemiya dövründə sahibkarlıq subyektlərinə dəstək tədbirləri ilə yanaşı, vergi güzəştləri və tətillərin verilməsi qərarlaşdırılıb. Vergi güzəştlərinin veriləcəyi sahələr isə sərnişindaşıma və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri, bütün növ istirahət, əyləncə, konsert, teatr, kinoteatr, bütün növ tədris, hazırlıq kursları, psixoloji və uşaq inkişaf mərkəzləri, mehmanxana və mehmanxana tipli obyektlər və digərləridir”.Bu barədə AzTV-nin “Hədəf” verilişinin qonağı olan Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.
Bildirib ki, sözügedən güzəştlər 1 illikdir. “Nazirlər Kabineti (NK) yanında Operativ Qərargah operativ şəkildə vəziyyəti idarə edərkən hər hansı bir sahənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edəcəyi halda, nəzərdə tutulan təşviqlərdən NK-nın qərarı ilə fəaliyyəti məhdudlaşdırılmış istənilən sahə istifadə edə biləcək”, - deyə vurğulayan S.Musayeva təşviq tədbirlərini açıqlayıb:
“2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad olma verilir. Mənfəət vergisi ilə bağlı 75 faizlik güzəşt nəzərdə tutulur. Bu güzəştlə yanaşı, sahibkarlıq subyektlərinə ötən ilin nəticələrinə görə hesablanmış mənfəət vergisinin ödənilmə müddətinin sentyabra kimi təxirə salınması (martın 31-nə kimi ödəniş edilməli idi) , bu il ərzində mənfəət vergisi ödəyicilərinin cari vergilərin ödənilməsi ilə bağlı öhdəliyinin aradan qaldırılması, həmin sahibkarlıq subyektlərinin vergilər, sosial sığorta üzrə bu günə nə borcu varsa, həmin borclar üzrə faizlərin hesablanmasının 1 yanvar 2021-ci ilə qədər dondurulması kimi mühüm təkliflər var”.
Vergi Siyasəti Baş İdarəsinin rəisinin sözlərinə görə, mikrosahibkarlıq subyektləri bu təşviq paketində xüsusi kateqoriya kimi ayrılıb: “Onların vergi yükünün 50 faiz azaldılması, 1-ci və 2-ci rüb üzrə artıq hesablanmış, aşağı dərəcə ilə hesablanmalı olan sadələşdirilmiş vergi üzrə həm hesabatın verilməsi, həm vergilərin ödənilməsi müddətinin sentyabrın 1-dək təxirə salınması, pandemiyadan zərər çəkmiş bütün sahibkarlıq subyektlərinin, hətta yalnız pandemiyadan zərər çəkənlərin deyil, bütün sahibkarlıq subyektlərinin bu dövrdə dezinfeksiya, hər hansı profilaktik tədbirlərin görülməsi ilə bağlı çəkdiyi xərclərin məhdudiyyət qoyulmadan gəlirdən çıxılması nəzərdə tutulur”.
Samirə Musayeva qeyd edib ki, qanunda sosial xarakterli istiqamət isə xüsusilə zəruri olan tibbi və ərzaq məhsullarının ölkəyə idxalının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını müəyyən edən normalardır.
“İctimai iaşə obyektlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, ola bilsin ki, müəyyən məhsullar almışdılar, fəaliyyətləri dayandırıldı, məhsullar qalıb xarab oldu. Bu gün əgər vergi qanunvericiliyində bu növ məhsulların ƏDV ödənilməklə alındığı və əvəzləşdirilmə aparıldığı halda xarab olması vergiyə cəlb olunan əməliyyat idisə, sahibkarlıq subyektlərinin bu dövrdə xarab olan bütün məhsullara görə əvəzləşdirdiyi ƏDV qüvvədə qalır, heç bir əlavə hesablama aparılmır.
Yaxud daşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sadələşdirilmiş vergisi 50 faiz aşağı salınır, amma sual yaranırdı ki, bəs ilin əvvəlindən bir illik müddətinə fərqlənmə nişanlarının məbləğini ödəyən sahibkarlar necə olacaq?
Qanun layihəsində fəaliyyətin dayandırıldığı müddət müddət axınına daxil edilmir, əvvəlki dövrdə ödənilmiş vergi azaldılmış dərəcə ilə yenidən haqq-hesab edilir, növbəti dövrlərin vergi öhdəliyi ilə əvəzləşdirilir”.
Qurum rəsmisi bildirib ki, sahibkarlıq subyektlərinə sosial sığorta ilə bağlı güzəştlərin verilməsi nəzərdə tutulur: “1 yanvar 2021-ci il tarixə qədər qeyri-muzdlu sahədə çalışan sahibkarlıq subyektlərinin sosial sığorta yükü əhəmiyyətli dərəcədə aşağı salınır. Misal üçün, tikinti sahəsində, ticarət sektorunda sosial sığorta yükü minimum əməkhaqqının 50 faizindən 25 faizə salınır, digər sahələrdə minimum əmək haqqının 25 faizindən 15 faizə salınır”.
8-04-2020, 16:43
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyi belə göstəriləcək - RƏSMİ
27-01-2020, 14:21
Azərbaycanda ƏDV ödəyicilərinin Məlumat Forması təqdim etmək üçün 5 gün vaxtı qalıb
25-01-2019, 12:34
Premyer Liqada oynayan futbolçular nə qədər vergi ödəyib?
2-01-2019, 12:21
Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər
20-12-2018, 13:28
Vergi ödəyicilərinə - YENİ GÜZƏŞT
28-11-2018, 13:21
Vergilər Nazirliyi: Bölgələrdən toplanan vergi 16% artıb
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...