Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında yenidən gərginlik - QALMAQAL

capar.info : - Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 1-də bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası həyata keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı təşkil edilən aksiyada döyülməsi ətrafında müzakirələr səngimir. “Qafqazinfo” xəbər verir ki, bəzi siyasətçilər Yaqublunun döyülməsinin təxribat olduğunu, digərləri isə qəsdən həyata keçirildiyini iddia edirlər. Elə bu mövzuda aparılan müzakirələrə REAL Partiyası da biganə qalmayıb. Belə ki, aparılan müzakirələr hər iki siyasətçini üz-üzə qoyub.
Partiyanın icra katibi Natiq Cəfərli status yazaraq Tofiq Yaqubluya qarşı edilən cinayətin dövlət adına ləkə olduğunu vurğulayıb:
“Hakimiyyətin ağıllı siyasəti olsa, bunu özü araşdırar, aksiyanın bütün "kodlarını" açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki, həqiqət üzə çıxsa, çox adamlar şok olar, "poqonlara" bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar”.
N. Cəfərlinin sözügedən statusunda Tofiq Yaqublunun siyasətçi olmadığını deməsi isə sosial şəbəkədə gedən müzakirələri daha da dərinləşdirib. Bu fikrinə görə, REAL üzvü sərt tənqidə məruz qalıb. Bildirilib ki, etiraz aksiyası keçirmək vətəndaşların qanunla təsbit edilmiş haqqıdır.
Daha sonra isə N. Cəfərli partiyanın deputatı Erkin Qədirlinin Tofiq Yaqublu ilə telefonla danışdığını, hüquqi və digər məsələlərdə ona dəstək olacağını deyib: "Erkin Qədirli ilə Tofiq Yaqublu mədəni söhbət aparıb. Tofiq Yaqublu ona təşəkkür edib".
Günün ikinci yarısında isə Tofiq Yaqublu onun döyülməsi ətrafında baş verən siyasi müzakirələrə laqeyd qalmayıb. O, sosial şəbəkə hesabında N. Cəfərlinin onun döyülməsi faktına sərgilədiyi münasibəti qınayıb. Onu siyasətçi adlandırmamasının özünə qarşı aşağılayıcı mövqe olduğunu vurğulayıb.
N. Cəfərli isə son olaraq bu mövzuda status paylaşaraq sözügedən fikirlərinə görə onun qəsdən AXCP rəhbərliyinin göstərişi ilə sosial şəbəkədə söyüldüyünü bildirib. Buna görə qəzəblənən Cəfərli həmin şəxslərə son xəbərdarlığını edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”. Daha sonra isə onu təhqir edənlərin statuslarının şəklini paylaşıb.
Xatırladaq ki, T. Yaqublunun döyülməsi barədə Daxili İşlər Nazirliyi dekabrın 1-də məlumat yayıb. Bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".
Bu gün isə T. Yaqublu ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət edilib.
3-09-2020, 13:25
Tofiq Yaqubluya hökm oxundu - 4 il 3 ay
4-09-2020, 10:03
Deputat Tofiq Yaqublunun əfv olunması üçün Prezidentə MÜRACİƏT ETDİ
10-11-2021, 12:10
Tofiq Zülfüqarov Armen Qriqoryana qarşı - Berlində görüş olacaq
2-11-2021, 23:43
“Ermənistanın təzminatı necə ödəyəcəyi həmin qərarda yazılacaq” - TƏFƏRRÜAT
28-09-2021, 16:23
Minsk Qrupunun bölgədə nə işi var? - “Diplomatiyada adətən “hə” deyilir, amma...”
11-08-2021, 12:42
Təhqir olunduğu deyilən bələdiyyə sədri DANIŞDI - "Rəcəb müəllim çox sakit insandır"
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı