“Ermənistanda baş verənlər millətçilərin qalıqlarının aqoniyasıdır” - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 223
8 Kas 2021 | 10:46
“Ermənistanda baş verənlər millətçilərin qalıqlarının aqoniyasıdır” - TƏHLİL

capar.info : - Milli müqavimət başlayır. Bu barədə “Ermənistan” müxalifət blokunun müraciətində deyilir. Blok vətəndaşları 8 noyabr saat 18:00-da Azadlıq meydanına toplaşaraq mitinq keçirməyə çağırıb.

“Hörmətli vətəndaş, bu, ləyaqət və müqavimətin təşkili toplantısıdır. Azadlıq meydanına gəlin və öz iştirakınızla göstərin ki, siz Ermənistanın türkləşdirilməsini, ermənilərin Qarabağdan qovulmasını, mövcud hakimiyyətin mənimsəməsini və ölkəmizin növbəti məğlubiyyətini rədd edirsiniz”, - deyə blokunun müraciətində deyilir.

İrəvanda “Müharibə üzrə İstintaq Komissiyasının zəruriliyi: Müharibədən sonrakı yenidənqurma” mövzusunda keçirilən müzakirələrdə “Ermənistan” bloku fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan çıxış edib. Onun sözlərinə görə, bir neçə gündən sonra mümkün olan yeni sənədin imzalanması, nəhayət, Ermənistan və Qarabağın düşdüyü kapitulyasiya mövqeyini təsdiq edəcək.

Keçmiş nazir hesab edir ki, 2020-ci ildə hakimiyyət erməni xalqını çaşdırıb: “Türkiyə və Azərbaycanın Qarabağa qarşı cinayətkar əməllərinə düzgün qiymət verməyib, xalqın kollektiv iradəsini qırıb və Ermənistanı təslim olmağa sürükləyib”.

Onun fikrincə, kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət yaranıb: “Türkiyə və Azərbaycan Ermənistanın ərazisindən dəhliz açmaq üçün ona təzyiq göstərməkdə davam edir. Yolların açılması deyilən şey əslində Sünikdən danışırıqsa, həm iqtisadi baxımdan, həm də demoqrafiya baxımından Ermənistan və Qarabağın mühasirəyə alınmasına gətirib çıxaracaq. Əvvəllər Ermənistan və Qarabağ regionda güclü amil idi, lakin Ermənistanın hazırkı mövqeyi və Qarabağın anklav mövqeyi fərqli reallıq təşkil edir”.

Ohanyan əlavə edib ki, bütün bunlarla bağlı “Ermənistan” bloku və fraksiya tərəfindən müvafiq nəzəri, ideoloji və praktiki tədbirlər həyata keçirilir: “Sonuncu tədbir noyabrın 8-də Yerevanın Azadlıq meydanında mitinq şəklində özünü göstərəcək. Məqsədimiz Ermənistanın türkləşməsinə, ermənilərin Qarabağdan qovulmasına yol verməmək üçün xalqın müvafiq səviyyədə milli müqavimətini təmin etməkdir. “Ermənistan” bloku 2020-ci ilin hərbi addımlarını və müharibədən sonrakı dövrdə ölkədəki çətin vəziyyəti dəyərləndirməli olan bir sıra tədbirlərə start verib. Belə çətin bir dövrdə fəaliyyət göstərərkən, bu vəziyyətdən çıxmaq üçün strateji iş istiqamətlərimizi qiymətləndirmək və qərar verə bilməyimiz çox vacibdir. Qədim zamanlardan erməni xalqı çətin anlarda birlik nümayiş etdirib, bu da bizə çətin vəziyyətdən çıxmağa kömək edib. Ermənistanın indiki hakimiyyəti bu birliyi pozub. Son bir il ərzində onlar mühüm addımlar atmalı, siyasətə yenidən baxmalı, daxili və xarici təhlükələri dəyərləndirməli, bütün bu sahələrdə işləməli idilər. Ancaq bütün rıçaqlara sahib olmalarına baxmayaraq, bunu etmədilər. Onlar getməlidirlər. Ölkəni məğlubiyyətə sürükləyən hakimiyyət inkişafı və rifahı təmin edə bilməz”.

Deməli, müxalifətin əsas bloku üç hədəf seçib - Ermənistanın türkləşməsinə, ermənilərin Qarabağdan qovulmasına qarşı mübarizə və Ermənistanda mövcud hakimiyyətin getməsi. İlk ikisi, bəlkə də, mümkün deyil, çünki Ermənistanın türkləşməsindən əsər-əlamət yoxdur, necə ki, Qarabağ ermənilərini heç kim evlərindən qovmur. Bu məqsədlər, görünür, üçüncünü - əsas olanı dəstəkləməyə xidmət edir. Keçmiş hakim qüvvələr hakimiyyətə qayıtmağa can atırlar və bunun üçün indiki hakimiyyəti istənilən günahda, o cümlədən olmayan günahlarda ittiham etməyə hazırdırlar.

Köçəryan, Ohanyan və digərləri gözləyə bilərlərmi ki, onların bu ittihamları effekt verəcək, kütləni ayağa qaldıracaq, Ermənistanın müharibədə məğlubiyyətinin ildönümündə onları meydana çıxmağa məcbur edib, Paşinyandan nəsə tələb etməyə sövq edəcək? İndiyədək müxalifətin bu cür cəhdləri o qədər də uğurlu olmayıb, yəni bu qəbildən olan tamaşalar az sayda iştirakçı ilə seçilirdi. Onları yenidən bunu etməyə vadar edən nədir?

Baş verənləri AYNA-ya tanınmış rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov şərh edib:

“Ermənistanda “qızdırma”nın fəsadları davam edir. Əsrlərin tarixi yalanlarından məst olan erməni xalqı ancaq Qarabağ müharibəsindən sonra ayılmağa başlayıb. Mən indi Ermənistan ərazisində və Qarabağ anklavının qalıqlarında yaşayanları nəzərdə tuturam. Onların çoxu gördü ki, liderləri həmişə yalan danışırlar ki, guya onlar böyükdürlər və hər kəs onlara borcludur, bu isə o deməkdir ki, “Böyük Ermənistan” mifdən daha başqa bir məfhumdur. Və buna görə də erməniləri mühasirəyə alan hər kəs düşməndir və onlar məhv edilməlidir.

Yalnız müharibəni uduzduqdan sonra Ermənistanın yeganə lideri Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh olmadan mövcudluğu mümkün olmayan dövlətin sonrakı taleyi üçün məsuliyyət daşımağa başlayanda, millətçilərin və revanşistlərin qalıqları faktiki olaraq vətəndaşların beynini yumağa davam etmək istəklərini ortaya qoyublar. “Ermənistan” blokunun ölkənin hazırkı rəhbərliyinin bütün qərarlarına müqavimət yaradılması ilə bağlı bəyanatı əslində təxribatdır və dövlətin hələ tam formalaşmayan əsaslarına qarşı açıq demarşdır.

Ermənilərin türkləşməsinə qarşı mübarizə nə deməkdir? Onlar kimə lazımdır ki? Özləri istəsələr, Türkiyəyə üz tutacaqlar, çünki Türkiyənin özündə ermənilər özlərini əla hiss edirlər. Revanşistlərin növbəti fetişi - ermənilərin Qarabağdan qovulması ilə bağlı deyilənlərdir. Kim qovdu ki? Azərbaycan öz ərazilərini qanuni yolla geri qaytardı və öz ərazisində yaşayan ermənilərə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq vətəndaşlıq almağı, sağlam və mehriban yaşamalarını təklif edir. Aydındır ki, tarixin çarxını dayandırmaq olmaz və Ermənistanda baş verənlər getdikcə azalan və son təsirlərini itirən millətçi qalıqların aqoniyasından başqa bir şey deyil. Ermənistanın yeni yolu var. Bu, qonşularla sülh olmadan mümkün olmayan iqtisadi inkişaf və rifahdır.

Seyran Ohanyanın dediklərinə diqqət edin. Nəqliyyat dəhlizləri açılsa, Ermənistan və Qarabağ daha da təcrid olunacaq və belə desək, Ankara və Bakı nəhayət öz təsirləri ilə Ermənistanı tam əzəcək. Bu, tam cəfəngiyatdır. Qarabağ Azərbaycandır və özünü bloklamaq Bakının maraqlarına uyğun deyil. Amma Zəngəzur dəhlizi təkcə Azərbaycana deyil, Ermənistanın özünə də xeyir verəcək və o, digər maraqlı ölkələrdən az olmayan imkanlar əldə edəcək.

Bilirsiniz, heç bir qisasdan, müharibədən söhbət gedə bilməz. Ortada yalnız artıq heç ictimai rəyin də lideri olmayan liderlərin şüarları qalıb. Köçəryan, Sarkisyan, Ohanyan və başqaları artıq ölkənin kədərli keçmişidir. Ermənistan xalqını daha parlaq gələcəyə aparacaq yeni liderlərin vaxtı çatıb. Əgər buna baxmayaraq, bu, baş verməsə, o zaman Ermənistanın özünün də bir dövlət olaraq uçuruma aparan siyasətinin səhvliyini dərk etməyə çox da vaxtı qalmayıb”.
27-10-2021, 12:04
Ermənistanda inqilab gözləntisi:Azərbaycan və Rusiyaya müharibə elanı? - NƏ BAŞ VERİR?
12-11-2020, 13:50
Seyran Ohanyan: "Oralarda erməni qalmayacaq"
21-06-2021, 10:45
Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb
26-10-2021, 15:57
Bakı-İrəvan razılaşması: Mitinq sülh sazişini əngəlləyəcək? - TƏHLİL
15-10-2021, 10:22
“Rusiya hakimiyyəti ermənilərin Qarabağdan köçündən çox narahatdır...” - Ermənistan KİV
27-09-2020, 12:48
Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır - Prezident
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı