Bakı-İrəvan razılaşması: Mitinq sülh sazişini əngəlləyəcək? - TƏHLİL
Gündəm / Siyasət / Hadisə
Oxunub: 163
26 Ekm 2021 | 15:57
Bakı-İrəvan razılaşması: Mitinq sülh sazişini əngəlləyəcək? - TƏHLİL

capar.info : - Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku mitinqə hazırlaşır.

Blok hesab edir ki, indiki hakimiyyət xalqa xidmət etmir. Müxalifətin mitinq keçirmək istəyi Baş nazir Nikol Paşinyanın Azərbaycanla bağlı tutduğu mövqe ilə bağlıdır. Blokun planlarını “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan təqdim edib: “Aşkar və hansısa kölgə prosesləri gedir, onun qarşısını almaq bizim ümumi işimiz olmalıdır”.

“Bu hakimiyyət erməni xalqının və dövlətçiliyimizin maraqlarına xidmət etmir” , -parlamentdəki “Ermənistan” müxalifət blokunun sədr müavini İşxan Saqatelyan isə hazırkı hakimiyyətin Ermənistanın yeni ərazilərini Azərbaycana verəcəyindən narahat olduqlarını qeyd edib.

Onun sözlərinə görə, Paşinyanın vəd etdiyi sülh erası Ermənistanın həyati maraqlarının ziyanına başa çatacaq və onlar “Zəngəzur dəhlizi”ni "başqa mətləblə" qəbul edəcəklər. “Biz inanırıq ki, baş verənlər yeni təslim sazişi olacaq, yəni Ermənistan yeni güzəştlərə gedəcək. Bunun qarşısını almaq üçün ümumerməni qüvvələr tərəfindən milli müqavimət formalaşdırılmalıdır ki, bütün dünyaya, o cümlədən indiki şər hakimiyyətinə ölkəmizdə müqavimət olduğunu, xalqımızın bu proseslə razılaşmadığını və mübarizəyə çıxdığını göstərək",- deyə Saqatelyan bildirib.

Onun sözlərinə görə, onlar müxtəlif qüvvələrlə müzakirələrə başlayıb, artıq Karin Tonoyanın rəhbərlik etdiyi qüvvə, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası və “Ata Vətən” partiyasının lideri Artur Vanetsyanın nümayəndələri ilə görüşüblər. Görüşlərin siyahısında Vətəni Xilasetmə Hərəkatına qoşulan, müharibədən sonra hakimiyyətə qarşı küçə mübarizəsi aparan qüvvələr də var. “Ölkəmizdəki vəziyyəti müzakirə etmək və mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qüvvələrlə görüşlərə açığıq”, - deyən Saqatelyan Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsinin də onların gündəmində olduğunu deyib.
Saqatelyan mitinqlərin davamlı olub olmayacağı ilə bağlı suala cavab olaraq deyib ki, onlar küçə mübarizəsi nümunəsindən öyrəniblər ki, əsas odur ki, böyük ümidləri olan insanları məyus etmək olmaz.

Hakim fraksiya üzvü Qaqik Melkonyan isə deyib ki, cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyanın öz komandasını ərazi güzəştlərinə getmək niyyətində olmadığına inandırıb:
“Biz dünən Baş nazirlə görüşdük, belə bir qorxu yoxdur, heç kim yeni ərazilərdən və ya ərazilərdən imtina etmək fikrində deyil. Əgər biz sülh istəyiriksə, bu, o deməkdirmi ki, biz ərazilərdən imtina edirik? Müharibə istəyiriksə, əraziləri alırıqmı? Sadəcə maraqlıdır, onlar müharibə istəyirlər, yoxsa sülh?”, - deyə Melkonyan bildirib. “Hayastan” blokunun mitinqinə gəlincə, iqtidaryönlü deputat bildirib ki, onun heç bir qorxusu yoxdur, müxalifət hakimiyyəti ələ keçirmək istəyir, amma bacarmayacaq, parlamentdə uğur qazana bilməyib, indi yenidən küçələrə qayıdır. “Onların yeri küçədir, qoy küçələrə çıxıb döyüşsünlər, heç kim onların yanında durmayacaq, güc istəyirlər, güc onların əlində deyil”,-deyə Melkonyan əlavə edib.

Qeyd edək ki, bu arada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 9-da Moskvada görüşün keçiriləcəyinə dair məlumat yayılıb. Adı çəkilməyən diplomatik mənbələrə istinadən yayılan xəbərdə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə təşkil olunacaq görüşdə Azərbaycan və Ermənistan arasında iki sənədin imzalanacağı bildirilir. Oktyabrın 24-də yayılan həmin məlumata əsasən, birinci sənəd delimitasiyası və demarkasiyasını nəzərdə tutur. Burada diqqət çəkən məqam sərhədlərin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan 1920-ci ilə dair xəritələr əsasında müəyyənləşəcəyinə dair açıqlamadır. İkinci sənədin isə Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı arasında birbaşa əlaqənin qurulmasına dair, yəni Zəngəzur dəhlizinin açılması haqda sənəddir.

Elə həmin gün Ermənistanın Xarici İşlər Nazirliyi bu xəbəri təkzib etsə də, Köçəryanın liderlik etdiyi siyasi qüvvələrin mitinqi, məhz noyabrın 9-a təyin etməsi sözügedən görüşlə bağlı müxalifətdə informasiyaların olduğunu deməyə əsas verir. Seyran Ohanyanın “Aşkar və hansısa kölgə prosesləri gedir”, İşxan Saqatelyanın “Yeni təslimçi saziş olacaq” deməsi yaxın günlərdə hansısa razılaşmaların əldə olunmasına hazırlıq getdiyindən xəbər verir. İyunun 20-də keçirilmiş parlament seçkilərində məğlub olmuş radikal müxalifət Nikol Paşinyanın hər hansı güzəştə getməsindən yenidən siyasi revanş götürmək məqsədilə istifadə etməyə çalışır. Hazırda gündəmdəki əsas məsələnin Zəngəzur dəhlizinin açılması və sərhədlərin müəyyənləşməsi olduğunu nəzərə alsaq, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə də müzakirələrin, məhz bu ətrafda gedəcəyi istisna olunmur.

Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın oktyabrın 20-21-də keçirilmiş sonuncu iclasında da həmin məsələlər gündəmdə olub. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın iclasda iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında tərəflər arasında dəmir yolu ilə bağlı razılaşmanın əldə olunduğunu, bu toplantıda avtomobil yolu məsələsinin müzakirə ediləcəyini bildirmişdi. Eyni zamanda Zəngilana səfər edən Azərbaycan Prezidentinin Zəngəzur dəhlizin açılmasını artıq ermənilərin özlərinin xahiş etdiyini deməsi rəsmi İrəvanın bu mövzuda razılığa gəldiyini təsdiq edir. Bu baxımdan, yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılmasına dair birgə sənədin imzalanacağı gözlənilir.

Əslində, Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat-kommunikasiya vasitələrinin açılması 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində öz əksini tapıb. Yəni Ermənistan adıçəkilən sənədə uyğun olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək. Bu baxımdan, əlavə sənədin qəbuluna ehtiyac qalmır. Sadəcə, yeni razılaşmada Zəngəzur dəhlizinin lojistik imkanlarının detalları göstərilə bilər. Yəni bölgədən dəmir yolu, avtomobil yolu, onların inşası, yüklərin daşınması ilə bağlı texniki məsələlərin razılaşdırılmış qaydada yeni sənədə əlavə olunacağı istisna edilmir. Eləcə də, Ermənistanın Azərbaycan üzərindən Rusiyaya və digər MDB ölkələrinə yükdaşımalar həyata keçirməsi təklif olunur ki, bu da həmin sənəddə qeyd edilə bilər. Sərnişindaşıma ilə bağlı məsələnin isə həm yeni sənəddə, həm də növbəti mərhələdə həll olunması mümkündür.

Digər bir məsələ isə “Zəngəzur dəhlizi” ifadəsi ilə bağlııdır. Ermənistan hökuməti 10 noyabr Bəyanatında nə Zəngəzur, nə də dəhliz terminlərinin olduğunu iddia edir. Bu da 9-cu bəndin həyata keçirilməsini ləngidir. Ona görə də Azərbaycan yeni sənədə “Zəngəzur dəhlizi” ifadəsinin salınmasını təklif edə bilər. Ermənistan Baş nazirinin müavini Qriqoryan dəhlizdən söhbət getmədiyini bildirməklə nəqliyyat və kommunikasiyaların açılmasına razı olduğuna, ancaq bunun “Zəngəzur dəhlizi” adlanmayacağına işarə edir. Bu, həm də daxili ictimai rəyə hesablanmış sakitləşdirici mesaj da ola bilər.

Sərhədlərin delimitasiyası və demarkasiyasına gəlincə, bu problem həll olunmadan, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsi mümkün deyil. Üçtərəfli komissiyanın iclasının keçirildiyi bir vaxtda Vladimir Putinin “Valday” klubunun iclasında “İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət, nizama salmaqdır. Burada Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz” açıqlaması təsadüfi sayıla bilməz. Bu, Zəngəzur dəhlizi ilə yanaşı, sərhədlərin delimitasiya və demarkasiya məsələsinin paralel müzakirə predmeti olduğunu göstərir. Çünki Azərbaycanla Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin tam açılması üçün sərhədlərin demarkasiyası lazımdır. Prezident Putin isə bu prosesin yalnız Rusiyanın vasitəçiliyi ilə müəyyənləşəcəyinə işarə etməklə Qərbi oyundan kənarda saxlamağa çalışır. Sərhədlərin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış xəritələr əsasında müəyyənləşməsi Moskvanın bu prosesdə üstünlüyünü təmin edir. Rusiyada bi neçə dövrü əhatə edən topoqrafik xəritə mövcuddur.

Ekspertlərin fikrincə, Azərbaycan-Ermənistan sərhədinin müəyynləşməsi üç xəritədən biri əsasında aparıla bilər. Bunlar 1920-ci il, 1963-cü il və 1974-cü ilin xəritələridir. İkinci Qarabağ müharibəsindən sonra sərhədlərin 1974-cü ilin Sovet xəritələri əsasında bərpa olunacağına dair məlumat yayıldı. Lakin bu günlərdə yayılan xəbərdə delimitasiya və demarkasiyanın 1920-ci ilin xəritələri əsasında aparılacağı qeyd edilir. Bu isə Zəngəzur mahalı da daxil olmaqla Ermənistanın xeyli ərazilərinin Azərbaycana qaytarılması deməkdir. Belə bir sənədin imzalanması ən azı gələcəkdə Azərbaycana həmin torpaqları geri qaytarmaq üçün hüquqi əsas yaradır.

Ancaq bu təsdiqini tapmamış məlumat olduğundan hələlik sərhədlərin 1974-cü ildə tərtib edilmiş xəritələr əsasında bərpa ediləcəyini söyləmək olar. Hansı xəritədən istifadə edilməsindən asılı olmayaraq, bütün hallarda Azərbaycan SSRİ dövründə Ermənistana verilmiş və sonra işğal olunmuş ərazilərin bir çoxunu geri qaytara bilər. İlk növbədə, Azərbaycan Qazax rayonunun işğal altında qalan yeddi kəndini və Sədərək rayonunun Kərki kəndini qaytarmaq imkanı əldə edəcək. Çünki işğal faktı aradan qalxmadan nə sərhədlərin demarkasiyasına, nə kommunikasiyaların bərpasına, nə də sülh sazişinə nail olmaq mümkündür. Bakı-İcevan dəmir yolu Qazax rayonunun Barxudarlı və Sofulu stansiyalarından keçir.

Eyni zamanda Ermənistanın cənubu ilə şimalını birləşdirən və Gürcüstana gedən M4 yolu isə Yuxarı Əskipara kəndinin ərazisindən keçməklə Bağanıs Ayrım kəndində H 53 magistral yoluna birləşir. Bu kəndlərin hamısı işğal altındadır. Onları Azərbaycana qaytarmadan nəqliyyat və kommunikasiya vasitələrinin blokdan çıxarılması mümkün deyil. Bu, Rusiyanın da marağındadr. Çünki Rusiya Bakı-İcevan dəmir yolunu Noyenberyan rayonuna qədər uzatmaq və Gürcüstana gedən nəqliyyat dəhlizinə nəzarət etmək niyyətindədir. Nikol Paşinyanın yaxın vaxtlarda delimitasiya və demarkasiya prosesinin başa çatacağı və sərhədlərə Ermənistan sərhədçilərinin nəzarət edəcəyi barədə açıqlaması sözügedən məsələ ilə bağlı razılaşmaya hazırlıq getdiyi qənaətini yaradır.

Ancaq Ermənistanın Baş naziri Azərbaycanın Zod-Xəzinəvar kəndindəki mövqelərdən geri çəkilməsi şərtini irəli sürməklə Kəlbəcər rayonundakı qızıl yatağına iddiasını ortaya qoyur. SSRİ dövründə tərtib edilmiş bütün xəritələrdə və sənədlərdə isə həmin ərazilərin Ermənistana məxsus olduğu haqda məlumat yoxdur. Bu baxımdan, yaxın vaxtlarda Moskvada Azərbaycan və Ermənistan arasında yeni sazişin imzalanacağını gözləmək olar.
6-10-2021, 19:34
“Paşinyanın başqa çıxış yolu yoxdur” – Rusiya mətbuatı
18-09-2021, 20:55
"Ermənistanın yola görə tranzit haqqı alması mümkündür" - ekspert
9-09-2021, 12:23
“Zəngəzur dəhlizi açılmayınca, İrəvanla “isti” münasibətlərin Ankara üçün perspektivi yoxdur” - GƏLİŞMƏ
21-06-2021, 10:45
Səslər tam hesablandı: Paşinyana təkbaşına hökuməti formalaşdırmaq üçün 0,08 faiz səs çatmayıb
1-03-2021, 13:31
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
19-02-2021, 13:02
Ermənilər Mir Şahinin Zəngəzurdan çəkdiyi filmə görə hələ də Paşinyanı söyür
Bugün, 15:30
Körpə yeməkdən sonra qusub öldü
Bugün, 15:19
Bu peşələr demensiya riskini artırır
Bugün, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
Bugün, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
Bugün, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
Bugün, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
Bugün, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
Bugün, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
Bugün, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı
27-04-2024, 15:44
Ana xəstə oğlunu səhv müalicə ilə öldürdü
27-04-2024, 15:40
Ən çox serial qatillərin olduğu 10 ÖLKƏ
27-04-2024, 15:32
Kişi ondan küsən arvadını bıçaqladı
27-04-2024, 15:28
Britni Spirs əsəbindən maşının şüşəsini sındırdı
27-04-2024, 15:25
Şuşada mina partladı, xəsarət alan var
27-04-2024, 15:22
Bu şəxslərə "Tərəqqi" medalı verildi
27-04-2024, 15:20
Ali Məhkəmənin hakimi özünü öldürdü
26-04-2024, 14:26
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26-04-2024, 14:23
Bakıda gənc model faciəli şəkildə öldü
26-04-2024, 14:20
Dünyanın ən məşhur moda brendinin adı açıqlandı
26-04-2024, 14:11
Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26-04-2024, 14:07
Bakıda DƏHŞƏT: 4 aylıq körpə binadan düşüb öldü
26-04-2024, 14:04
Ailəyə atalarının yerinə başqa meyit verdilər
26-04-2024, 13:59
Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər
26-04-2024, 13:57
Dünyanın sonu: Günəş nə vaxt öləcək və o zaman nə olacaq?
25-04-2024, 15:06
Xalq artisti burnuna pirsinq taxdırdı
25-04-2024, 15:04
Harri Kasparov həbs olundu
25-04-2024, 15:01
Laçına da şəxsi avtomobillərlə getməyə icazə verildi
25-04-2024, 14:58
Bakıda qadın yaşadığı evdə ölü tapıldı
25-04-2024, 14:53
Tələbə qız tualetdə doğduğu körpəsini doğradı - dəhşətli OLAY
25-04-2024, 14:49
Bir mövsümdə buraxılan qollara görə Premyer Liqa rekordu