Müqəddəs bayrağımızla fəxr edir, qürur duyuruq...
capar.info : - Azərbaycan bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun – Ulu Öndər Heydər Əliyev öz çıxışında dəfələrlə bu sözləri söyləmişdi.
Bəli, Azərbaycan bayrağına xalqımızın böyük hörməti, böyük məhəbbəti var. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza böyük ehtiram göstərir və bunu özünə müqəddəs borc bilir. Azərbaycan bayrağı bizim hər birimizin milli qürurudur.
Üç gözəl rənglərdən ibarət olan bayrağımızın hər rənginin öz dərin mənası var. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəngin mənası müasir cəmiyyət qurmaq, demokratiyanı, müasirləşməni inkişaf etdirmək, yaşıl rəng isə bizim islam sivilizasiyasına, islam dininə mənsubluğumuzu ifadə edir.
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.
Dövlət bayrağımızın Xəzərin sahilində Dövlət Bayraq Meydanının yaradılması Prezident İlham Əliyevin dövlət atributlarına yüksək ehtiramının nümunəsidir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır”.
Neçə illər idi ki, Azərbaycan xalqının müqəddəs bir arzusu var idi. Xalqımız arzu edirdi ki, Azərbaycan bayrağı tezliklə Şuşada, Laçında, Kəlbəcərdə, Füzulidə, Qarabağda dalğalansın.
Bu gün xalqımız bu arzusuna çatıb. 44 gün ərzində Azərbaycan əsgəri öz qanı, canı bahasına 30 il əsarətdə qalan torpaqlarımızı namərd düşmənin işğalından azad etdi. Artıq üçrəngli müqəddəs bayrağımız o müqəddəs tarixi torpaqlarımızda qürurla dalğalanır.
Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Bakıda hökumətin iclasında qəbul edilib. Onu da qeyd edim ki, Azərbaycan Bayrağı ilk dəfə 1918-ci ilin dekabr ayının 7-də Şərqdə və Türk-İslam dünyaqsında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti
Parlamentinin açılışı zamanı Parlament binasının üzərində qaldırılmışdı. Lakin bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
17 noyabr 1990-cı ildə isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ümumilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikası Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Bu gün biz işğaldan azad olunmuş torpaqlarımızda müzəffər xalqımızı salamlayan, qarşısında baş əydiyimiz müqəddəs bayrağımızla fəxr edir, qürur duyuruq.
Bayrağımız həmişə uca olsun.
Şəhla Ağbulud
DİA.AZ
8-11-2020, 15:20
Azərbayan bayrağı ordumuzun qalibiyyət simvoludur
8-11-2020, 10:59
Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır
9-11-2020, 11:11
Azərbaycanda Dövlət Bayrağı günüdür
9-11-2020, 11:11
Mövlud Çavuşoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
8-11-2018, 15:09
Bayraq günü ilə bağlı konfrans keçirildi
6-10-2020, 12:13
Milli Məclis Sədri: "Tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı