Azərbayan bayrağı ordumuzun qalibiyyət simvoludur
Siyasət
Oxunub: 594
8 Kas 2020 | 15:20
Azərbayan bayrağı ordumuzun qalibiyyət simvoludur 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günüdür. Artıq 11 ildir ki, ölkəmiz bu günü Dövlət bayrağı Günü kimi qeyd edir.
Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Bayraq sevgisi Vətən sevgisidir. Bu bir həqiqətdir ki, türk övladı Vətənini sevir, millətini sevir, bayrağını sevir...

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Nəhayət bir kərə yüksələn bayraq 1991-ci ildə yenidən başlarımız üstə yerini tutdu və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Dövlət Bayrağı Günü kimi bu günün seçilməsi isə təsadüfi deyil. Məhz 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Baş naziri Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Cümhuriyyətinin üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etdi.
Milli bayrağımızdakı mavi rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl rəng - islamçılığı ifadə edir. Bayrağın üzərindəki aypara türk xalqlarının simvolu, səkkizgüşəli ulduz isə 8 oğuz-türk tayfasının adı ilə bağlıdır.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır.
Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi... Üçrəngli bayraq bir də 70 il sonra yüksəklərə qaldırıldı.
2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdu. Ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və ehtiramın göstəricisidir.
Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunur. Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür.
Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün Dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, ölkəmizi başqa dövlətlərdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.
Bu gün Müstəqil Azərbaycan dövlətinin bayrağı 2016-cı ildə işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanır.
Hal-hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi və verilməkdə davam edir. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri altında Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Azərbaycan üçrəngli bayraqlarla bəzənib. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayır.
Azərbaycanın şanlı ordusu yeni tarix yazır. Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə - Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər doğma ərazilərin də düşmən tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və bu yaxın vaxtlarda böyük qələbəylə başa çatdırılacaqdır!
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan çıxışında demişdir: “İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik! Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycan əsgərinin tezliklə qələbə bayrağını Şuşaya, Xankəndinə, Laçına sancmaqla tarixi ədaləti bərpa edəcəyinə hər bir Azərbaycan vətəndaşı əmindir. Azərbayan bayrağı ordumuzun qalibiyyət simvoludur
Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Milli mənəvi irsimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan müxtəlif xarakterli bayraqlar müstəqil dövlətçiliyimizin rəmzi kimi xüsusi əhəmiyyətə malikdir. Muzeydə Azərbaycan Cümhuriyyətinin bayrağı, Parlamentin sədri Əlimərdan bəy Topçubaşova məxsus Azərbaycan bayrağı formasında bürüncdən döş nişanı qorunub mühafizə edilir. Azərbaycan Cümhuriyyətinin bayrağı 1952-ci ilin 28 may günü ərəfəsində Türkiyədə mühacirətdə olan Məhəmmədəmin Rəsulzadə xanımı ilə birgə hazırlamışdır. Keçmiş mühacir Gülmirzə Bağırov onu qorumuş Bakıya gətirərək, 1998-ci ildə Müsavat partiyasına təhvil vermişdir. 2003-cü ilin iyununda bayraq muzeyin xahişi ilə həmin partiya tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunmuşdur.
Azərbaycan bayrağı qürur mənbəyimiz, milli dəyərimizdir. İnanarıq ki, üçrəngli Azərbaycan bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.
Azərbayan bayrağı ordumuzun qalibiyyət simvoludur
Aynur Babayeva
6-10-2020, 12:20
Ermənilərin “İnstagram” biabırçılığı - Bayraqlarını Kolumbiya bayrağı ilə səhv saldılar - FOTO
6-10-2020, 12:13
Milli Məclis Sədri: "Tezliklə Qarabağın hər yerində Azərbaycan bayrağı dalğalanacaq”
28-05-2020, 12:05
Azərbaycan Respublika Gününü qeyd edir
17-01-2020, 16:14
İmişlidəki bayraq dirəyi bir ildir boşdur - FOTO
27-12-2018, 13:24
Gələn il üçün qeyri-iş günləri açıqlandı - Tam siyahı
8-11-2018, 15:09
Bayraq günü ilə bağlı konfrans keçirildi
Dün, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
Dün, 23:03
Sabah 40 dərəcə isti olacaq
Dün, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
Dün, 23:00
Putin İlham Əliyevə zəng etdi
Dün, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
Dün, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
Dün, 22:53
Ronaldo serialda rol alacaq
Dün, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
Dün, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
Dün, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...