"Çoxumuzun gəncliyi bir yerdə keçib, o mənə necə salam verməyə bilər?"
Gündəm / Siyasət / Mədəniyyət / Hadisə / Müsahibə
Oxunub: 282
29 Ekm 2021 | 10:19
"Çoxumuzun gəncliyi bir yerdə keçib, o mənə necə salam verməyə bilər?"

capar.info : [sub][/sub]- “Müğənnilərin bir-birinə salam verməməsi cahillikdir. Onlar başa düşmürlər ki, salam Allahın salamıdır. Heç kim heç kimdən nə artıq deyil, nə də ki, əskik. Heç kim də heç kimdən nə artıq oxumur, nə də əskik. Hər gülün öz ətri, öz rəngi olduğu kimi, xanəndənin də özünəməxsusluğu var. Elə xanəndələr var ki, gül kimi tikanları da çoxdur, ələ çox batır. Hamı hamının keçmişini də gözəl tanıyır, haqqında da yaxşı bilir. Heç kim sudan çıxmış ağ qaşıq deyil”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva bildirib. O daha sonra əlavə edib.

“Çoxumuzun gəncliyi bir yerdə keçib, o mənə necə salam verməyə bilər? Uzaqdan durub əl edirlər, baş tərpədirlər. Deyim ki, pandemiyadır belə edirlər, virusa görə qorxub görüşmürlər, yalan olar. Onlar hər zaman belədir. Ona görə də bu sənətdə dost, rəfiqə anlayışı yoxdur. Hər zaman demişəm ki, bu sənətdə rəfiqəm bircə Həlimət Sultandır. Bəylərdən isə əməkdar artist Təyyar Bayramovdur. Onunla hər dərdimi, sirrimi bölüşürəm. Təyyar məndən yaşda da, sənətdə də balacadır, amma ağıl yaşda deyil, başdadır. Təyyardan sənətdə böyük olanlar o etikada, mərifətdə deyillər. Təbii ki, bu sözümü hamıya şamil etmirəm. Bir də görürsən ki, toyda mən oxumalıyam, gəlib 2 saatdır oturmuşam, məndən sonra gələnə söz verirlər. Yaxşı, aparıcı sənə söz verir verir də, sən niyə demirsən ki, mənim yox, Sevincin növbəsidir? Onu demək bir yana qalsın, heç mikrofonu əllərindən yerə qoymurlar. Elə bilirlər ki, bu hərəkətləri onlara baş ucalığı gətirəcək, amma bilmirlər ki, kənardan necə pis görünür”, - deyə xanəndə bildirib.

Xanəndə müharibə illərində yaşadığı çətinliklərdən də danışıb.

“Əvvəlki Qarabağda yaşayan vaxtımız olsaydı, biz kasadçılıq çəkməzdik. Biz gəldik həm vətən, həm torpaq, həm də şəhid dərdi çəkdik. Atam əsirlikdə idi, onun dərdini çəkirdim. Mənim üçün sənət o illərdə ikinci planda qaldı. Bütün bu dərdlər bizi - ümumilikdə Qarabağ xanəndələrini sənətdən kənarda qoydu, çoxlarına da meydan verdi. Bizlər isə 5 qəpiyin dalınca qaçıb ailə dolandırdıq. Biz yaxşı qazancı, yaşayışı görmüşdük, görə-görə gəlmişdik. Mən gecikdim, belə bir dövrdə gəlib tələbələrimlə texnikum, universitet oxudum. Onların heç biri danmır bunu. Bu dəqiqə pul qazanıb, burnularını yuxarı qaldırırlar. Mənim məclisim onunkundan çoxdur deyirlər. Məclislə sənətkar olmursan ki! Get arxivi vərəqlə, get gör arxivində nə etmisən?! Dövlət üçün, xalq üçün nə etmisən?! Bu gün toylardan qazanırsınızsa, gedin bu sənətin, sənət sevər xalqımızın başına dolanın! Kimlərinsə hesabına sənətə gələ bilərsən, amma nə etmisən, nə iş görmüsən?! Günah edəndə ən azından Allaha yalvarsınlar ki, bunu mənim balalarıma çəkdirmə! Mənim maşınım, evim bahalı olmaya bilər, digərləri kimi parıltılı, işıltılı donlar geyinməyə bilərəm, amma mənim mənəviyyatım bahalıdır, zəngindir. Heç kimin qarşısında da baş aşağı deyiləm, heç kim də bunu ömür boyu gəlib mənə deyə bilməz”, - deyə əməkdar artist bildirib
11-09-2021, 11:01
"Salam Taksi" insanları aldadıb, "CİBİNƏ GİRİR" - MÜRACİƏT
25-09-2020, 16:02
“Bir aydır şikayət etmişəm, DYP-nin vecinə deyil” - Əməkdar artist
7-04-2020, 19:32
Vilayət Eyvazovdan yeni QƏRAR
20-10-2021, 09:09
“Fəxri adlar ləğv edilsə, xeyli insan infarkt olar” - deputat
20-10-2021, 09:09
“Fəxri adlar ləğv edilsə, xeyli insan infarkt olar” - deputat
12-10-2021, 10:53
"Qadın mütləq özünə baxmalıdır ki, ətrafdakılar ondan zövq alsın
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı