Məhkəmə MTN generalını necə əzizləyirsə... - ETİRAZ
capar.info : - Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Hakim jurnalistləri məhkəmə zalına buraxmır
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan açıq məhkəmə prosesinə mətbuat nümayəndələri buraxılmayıb. Audio və vidiocəkilişlərdən istifadə edilməsinə qadağa qoyulub. Hakim jurnalistləri prosesə buraxmamasının səbəbini açıqlamayıb. Prosesə mütəşəkkil cinayətkar quldur dəstənin əməllərindən zərər çəkən 32 nəfər qatılıb. Qanunsuz həbslərdən sonra dünyasını dəyişmiş, intihar etmiş 4 nəfər zərərçəkmişi isə iclasda nümayəndələri təmsil edib.
Elbəy Allahverdiyev Şıxəliyevə daha “müəllim” deməsə də...
Oktyabrın 26-da baş tutan prosesdə hakim Mövlam Şıxəliyevə hazırlıq iclasında olduğu qədər “müəllim” deməsə də, yenə də ara-sıra bu xitabla ona müraciət edib, nəvaziş göstərib. Mövlam Şıxəliyevin vəkili müvəkkilinin dəmir qəfəsdən çıxarılması və onunla yanaşı oturmasına şərait yaradılmasını istəyib. Prokuror məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıb. Zərərçəkənlərdən isə vəkilin bu təklifinə kimsə reaksiya verməyib. Yalnız bir zərərçəkənin başını yırğalaması hakimin diqqətini cəlb edib. Onu ayağa qaldıran Elbəy Allahverdiyev nə demək istədiyini xəbər alıb. Zərərçəkən isə başını sırf idman hərəkəti olaraq yırğaladığını deyib. Hakim vəkilin istəyini nəzərə almayıb.
Bundan sonra prosesdə zərərçəkənlərdən Zaur Əliyev vəsatətlə çıxış edib. O, hakim Elbəy Allahverdiyevin iş üzrə ədalətli, obyektiv, qərəzsiz mövqe sərgiləmədiyinə etirazını bildirib. Deyib ki, hələ 2011-ci ildə Mövlam Şıxəliyevin də olduğu və MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstəni ifşa edib. Lakin o zaman mövcud reallıqları nəzərə alaraq, ölkə daxilində şikayətlərinin fayda verməyəcəyini bildiyindən Avropa Məhkəməsinə üz tutub.
Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin işçisi olub...
Zərərçəkən vəsatətində qeyd edib ki, hakim Elbəy Allahverdiyev 2005-ci ildən sonra Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq vəzifəsini tutub və o zamanlarda MTN-in İstintaq İdarəsinə ezam edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, o zaman təqsirləndirilən şəxs Mövlam Şıxəliyev MTN-in İstintaq İdarəsinin rəis müavini, sonradan rəisi vəzifəsində olub. Yəni bu gün hakim olan Elbəy Allahverdiyev müstəntiq olduğu zamanlarda Mövlam Şıxəliyevin birbaşa rəhbərliyi altında çalışıb, onunla isti münasibətləri formalaşıb. 5-6 saat davam edən hazırlıq iclasında hakim Elbəy Allahverdiyev Mövlam Şıxəliyevə müəllim müraciəti ilə həmin isti münasibətlərin bu gün davam etdiyini nümayiş etdirib. Bu isə Elbəy Allahverdiyevin iş üzrə ədalətli, obyektiv, qərəzsiz mövqe nümayiş etdirməsinin qarşısını alır.
Cinayət Prosessual Məcəllənin tələbinə görə təqsirləndirilən şəxslə hakimin hər hansı bir əlaqəsi, münasibəti varsa, bu münasibət dolayısı ilədirsə, bu halda hakim özü-özünə etiraz etməlidir.
Zərərçəkənlər hakimə etiraz etdi
Zərərçəkən Zaur Əliyev hakim Elbəy Allahverdiyevə etirazını təqdim edib. Hakimlə təqsirləndirilən Mövlam Şıxəliyevin əlaqələri haqda məlumatlar digər zərərçəkənlərin də hakimə etirazlarını şərtləndirib. Onlar da vəsatəti müdafiə ediblər.
Hakim Elbəy Allahverdiyev təqsirləndirilən Mövlam Şıxəliyevlə əlaqələrini inkar etməyə çalışıb. Eyni zamanda MTN-in İstintaq İdarəsində, istintaq qrupunun tərkibində çalışdığını da etiraf edib. Vəsatətin müzakirəsi üçün hakim müşavirə otağına yollanıb. Geri döndükdən sonra isə prokuror Vüsal Mehrəliyevin vəsatətlə bağlı fikrini öyrənib. Prokuror deyib ki, hakimin vaxtilə təqsirləndirilən şəxsin rəhbərliyi altında çalışması CPM-ə zidd deyil. Hakim vəsatəti təmin etməyib.
Bu isə prosesdə iştirak edən zərərçəkənlərin ciddi etirazına səbəb olub. Onlar hakim Elbəy Allahverdiyevi təqsirləndirilən Mövlam Şıxəliyevi müdafiə etməkdə ittiham ediblər. Zərərçəkmiş iş adamı Hüseyn Səfərov hakimin ünvanına daha sərt ittihamlar səsləndirib. O, hakimin Mövlam Şıxəliyevi müdafiə etməsi ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib. Prosesdə yaranan səs-küydən sonra hakim Hüseyn Səfərovu zaldan çıxarıb.
Hakimin Şıxəliyevə vəkillik etməsi və...
Zərərçəkənlərin növbəti vəsatəti prosesin videoçəkilişlə aparılması ilə bağlı olub. Hakimdən açıq məhkəmə prosesinə jurnalistlərin buraxılmamasının səbəbini soruşan zərərçəkənlərə konkret cavab verilməyib. Zərərçəkənlər Elbəy Allahverdiyevin iş üzrə obyektiv proses aparmasını təmin etmək üçün videoçəkilişin aparılmasının vacib olduğunu diqqətə çatdırıblar. Bundan sonra hakim yerindəcə müşavirə keçirib vəsatəti təmin etməyib. Hakimin mövqeyi zərərçəkənlərin ciddi şəkildə etirazına səbəb olub və onlar hakimin qeyri-obyektiv mövqeyinə etiraz əlaməti olaraq məhkəmə zalını tərk ediblər. Hakim Elbəy Allahverdiyev nəzarətçilərdən tələb edib ki, zalı tərk edən zərərçəkənləri qeydiyyata alsın. Elbəy Allahverdiyev bununla zərərçəkənlərin bir qisminin zaldan çıxmasının qarşısını almağa çalışsa da, buna nail olmayıb. Zərərçəkənlər və onların vəkilləri, nümayəndələri hakimə etimadsızlıq nümayiş etdirərək zalı tərk ediblər. Proses hakimin qeyri-obyektiv mövqeyinə görə pozulub.
Prosesdən çıxan zərərçəkənlər “Yeni Müsavat”ın əməkdaşına deyiblər ki, Elbəy Allahvediyev hakimdən daha çox özünü Mövlam Şıxəliyevin vəkili kimi aparır. Ona görə də məhkəmə zalını tərk etməkdən başqa yolları qalmayıb. Məhkəmə prosesi beləcə yekunlaşıb.
“Yeni Müsavat”
15-09-2021, 10:44
MTN-in daha bir generalının cinayət işi məhkəməyə göndərilib
27-01-2020, 13:10
Eldar Mahmudovun əmisi oğlu hakim qarşısında
14-10-2021, 15:18
“MTN əməkdaşları məndən 315 min dollar aldılar” - Polkovnik
17-08-2021, 11:27
Dayısı oğlunu oğurlayıb 500 min dollar tələb edən şəsxin işi məhkəməyə göndərildi
15-10-2021, 10:46
MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR
25-10-2021, 12:56
BSU-nun sabiq şöbə müdirinin məhkəməsində TƏLƏBƏLƏR DİNDİRİLİB
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı