MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR
Gündəm / Siyasət / Hadisə
Oxunub: 179
15 Ekm 2021 | 10:46
MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR

capar.info : - Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun Railə Musayeva və onun əri Sahib Musayevdən hədə-qorxu yolu ilə pul tələb etmələri, oğlanları Rəhman Musayevi qanunsuz həbs etmələri məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, adları çəkilən vəzifəli şəxslər 2012-ci ilin iyun-dekabr aylarında Railə Musayeva və Sahib Musayevi MTN-ə çağırıblar, hədə-qorxu tətbiq etməklə külli miqdarda rüşvət alıblar.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Railə Musayeva bildirib ki, 1980-ci il təvəllüdlü oğlu Rəhman Musayev “Baymant” MMC-nin təsisçisi kimi 2011-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb:

“29 fevral 2012-ci ildə səhər saat 09 radələrində Bakı şəhərində yaşadığımız ünvana hal şahidləri ilə bir qrup MTN əməkdaşı gəldi. Mərhum ərim Sahib və oğlum da evdə idi. Rəhman subay olduğundan evdə başqa heç kim yaşamırdı. Axtarış aparıldıqdan sonra protokol yazıldı, evdə olan bütün sənədlər, o cümlədən bank çıxarışları, firmalara aid sənədlər, 8 min manat, firmaların möhürləri, evdə olan 25 qram qızıl, ətirlər, Yeni Yasamaldakı 4 otaqlı mənzilin sənədi, Aşıq Alı küçəsində yerləşən “Şəhər bağları” yaşayış kompleksində olan evin orderi protokolla götürüldü. Oğlum Rəhmanı, həyat yoldaşıma məxsus “Porsche” markalı bir ədəd və digər markasını xatırlamadığım 002 dövlət qeydiyyat nişanlı maşınları apardılar”.

Zərərçəkmişin sözlərinə görə, MTN əməkdaşları Rəhmanı dindirib, maşınları yoxlayıb, qaytaracaqlarını bildirsələr də, Rəhman həmin gün əvvəlcə şübhəli şəxs qismində tutulub:

“Ertəsi gün Rəhmanın barəsində həbs qətimkan tədbiri seçildi. Sonra oğlumu televiziyada göstərərək guya hansısa haker qrupun rəhbəri olması və internet vasitəsilə oğurluq etdiyi bildirildi. 7 gün sonra istintaqı aparan istintaq baş idarəsinin rəis müavini Sahib Ələkbərov oğlumun müdafiəçisi olmuş 1 saylı hüquq məsləhətxanasının vəkili Natiq Mustafayevin (vəkil rəhmətə gedib – red.) vasitəsilə mənə və ərimə oğlumun həbsdən buraxılması üçün 1 milyon manat verməli olduğumuz barədə xəbər göndərdi.

Biz razı olmadıqda Sahib Ələkbərov son olaraq martın ortalarında yenə də vəkil Natiqlə 500 min manat gətirməyimiz barədə xəbər göndərdi. Rəhmanın barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail rayon Məhkəməsinə aparılarkən Sahib Ələkbərov oğlumla görüşməyimə şərait yaratdı. Oğlum mənə “Sahib Ələkbərov gülərək deyir ki, guya mən hansısa beynəlxalq cinayətkar qrupun rəhbəriyəm, bildirir ki, sizdə çoxlu pul var, biz də uşaq deyilik, 3 gündən sonra sənə deyərik ki, səni niyə tutmuşuq” – deyə bildirdi”.

Railə Musayevanın sözlərinə görə, 2012-ci ilin iyunun əvvəllərində oğlu Rəhmana sovqat aparmaq üçün MTN-ə gedib: “Nahar fasiləsində dəhlizdə Sahib Ələkbərovla rastlaşdım. Ona axtarış vaxtı götürülmüş sənədlərin qaytarılması üçün şifahi müraciət etdim, o, həmin vaxt heç bir söz demədi. Bir neçə gün sonra Natiq Mustafayevin vasitəsi ilə sənədlərin 50 min manat müqabilində qaytarıla biləcəyi barədə xəbər göndərdi. Ərim Sahib öz əmlakımızın geri qaytarılmasına bu qədər pul verməyəcəyini bildirdi. Bir müddət keçdikdən sonra Sahib Ələkbərov yenidən vəkil vasitəsi ilə sənədlərin qaytarılması üçün 20 min dollar istədi”.

Railə Musayeva qeyd edib ki, bundan sonra əri Sahib 15 min manat düzəldib və 2012-ci ilin iyununda MTN-in qabağına gedib: “Ərim orada təklikdə Sahib Ələkbərovla görüşüb, pulu təkidlə ona verdi. Lakin Sahib Ələkbərov mülklərlə bağlı sənədləri tam qaytarmadı. Yalnız Yasamaldakı evin, “Porsche” markalı maşının, Novxanıda “Karyer” adlanan ərazidə 0,24 hektar torpaq sahəsinin və Kubinka adlanan ərazidə olan evimizin sənədlərini verdi. Digər maşının, “Şəhər bağları”nın sənədlərini, Novxanıda 584 saylı bağ evinin, bundan başqa 0,13 hektar torpağın sənədləri onda qaldı”.

Railə Musayeva qeyd edib ki, oğluna verilmiş ittihamın məzmununa görə guya qanunsuz gəlir əldə etdiyi dövr 2008-2011-ci illəri əhatə etsə də, həmin illərdən əvvəlki vaxtlarda əldə etdiyimiz mülklərin üzərinə əsassız həbs qoyuldu: "Belə olduqda biz müxtəlif instansiyalara müraciət etməyə başladıq. Baş Prokurorluğun idarə rəisi Rasim Hacıyev bizi qəbul etdi, verilmiş ittihamın həqiqətən əsassız olduğunu faktiki təsdiq etdi, köməklik edəcəyinə söz verdi”.

Railə Musayevanın bildirdiyinə görə, nəhayət, 24 oktyabr 2012-ci ildə əvvəl verilmiş ittihamın həqiqətən təsdiq olunmadığını görüblər və oğluna guya qanunsuz sahibkarlıqla məşğul olaraq külli miqdarda vergidən yayınma ilə bağlı ittiham verilib:

“Vəziyyətin ümidsizliyə doğru getdiyini görən oğlumun səhhətində problem yaranmağa başladı. Elə bu ərəfədə Sahib Ələkbərov hələ bir neçə il əvvəl özüm və ərimin birgə əldə etdiyimiz, oğluma heç bir bağlılığı olmayan əmlaklarımıza, mənzil, bağ evi, avtomaşınlara həbs qoydu. Sahib Ələkbərov oğlumun həbsdən azad edilməsi üçün tələb olunan məbləği 300 min manata endirdi.

Baş verən özbaşınalıqla bağlı şikayətlərimizin heç bir nəticə vermədiyini, oğlumun isə səhhətinin gündən-günə pisləşdiyini gördük, məcbur olaraq Sahib Ələkbərovla razılaşmaq qərarına gəldik. Sahib Ələkbərovun tələb etdiyi məbləği toplaya bilmədik. Sahib Ələkbərovun “mən bilirəm nəyiniz var, satın gətirin” təklifinə cavab olaraq əmlaklarımıza aid sənədlərin istintaqda olduğunu, Yasamaldakı mənzilin isə Rəhmanın adına olduğu və sonuncunun türmədə saxlanıldığı üçün bunun mümkünsüzlüyünü dedim.

Sahib Ələkbərov “bu işdə sizə köməklik edə bilərəm” deyərək MTN təcridxanasında saxlanılan Rəhmanın qeydiyyatda olduğu evin satılması üçün qısa müddət ərzində iki dəfə etibarnamə təşkil etdi. Sahib Ələkbərov özü MTN-in istintaq təcridxanasından oğlumun adına etibarnamə düzəltdi. Lakin notariat kontoru həmin etibarnaməni qəbul etmədi, Sahib Ələkbərova zəng edərək bu barədə dedim. Sahib Ələkbərov isə notariusla danışaraq “problemi” həll etdi.

Bundan sonra Sahib Ələkbərov etibarnamə əsasında Rəhmana məxsus mənzili satmağa bizi məcbur etdi. Oğlumu həbsdən azad etmək üçün Yasamaldakı evi təcili olaraq 78 min manata satdıq, qalan pulu dost-tanışdan borc aldıq. Ərimin hesabında qalmış təqribən 20 min manatı da çıxararaq ümumulikdə 177 min düzəltdik”.

Zərərçəkmişin sözlərinə görə, 28 dekabr 2012-ci ildə, saat 17-17 radələrində əri Sahiblə birlikdə MTN-in əsas giriş qapısına yaxınlaşıb: “Sahib Ələkbərova zəng etdik, MTN-in qarşısında olduğumuzu dedik. Sonra Sahib Ələkbərov əlində portfellə MTN-in binasının qarşısında olan dayanacağa gəldi, bizim olduğumuz maşına əyləşdi. 177 min manatı alaraq getdi. Sahib Ələkbərov maşını tərk edərkən rəhbərliyin göstərişini yerinə yetirdiyini, icraçı olduğunu dedi. Həmin gün oğlumun barəsində olan həbs qətimkan tədbiri xəstəliklə bağlı dəyişdirildi, oğlum MTN-dən buraxıldı”.

Railə Musayeva bildirib ki, sonradan Sahib Ələkbərov oğlunu MTN-ə çağırıb və ona yeni qondarma ittiham verib: “Öğlumun haqqında olan vergi cinayətləri ilə bağlı ittihamlara xitam verilmədi. Sahib Ələkbərov bizi sakitləşdirərək Rəhmanın məhkəmədə tutulmayacağını dedi. İş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

Rəhmanın fəaliyyətinə açıqdan-açığa heç bir adiyyəti olmayan, mən və ərimə məxsus mənzil, bağ evi, başqa əmlaklarımız həbsdə qaldı. Məhkəmə araşdırması dövründə Rəhmanın vəziyyəti yenidən pisləşdiyindən xəstəxanaya yerləşdirildi. Buna baxmayaraq hadisələrin Sahib Ələkbərovun vəd etdiyi kimi deyil, başqa istiqamətdə inkişaf etdiyini, habelə hakimin qondarma ittihamı araşdırmağa meylli olmadığını görən oğlum həbs edilmək təhlükəsinin real olduğunu gördü, bundan qorxaraq növbəti məhkəmə iclasına getmədi. Bu səbəbdən onun barəsində axtarış elan edilərək işin icraatı dayandırıldı”.

Railə Musayevanın bildirdiyinə görə, Sahib Ələkbərovun cinayətləri nəticəsində əri Sahib Musayev infarkt keçirib və 7 aprel 2013-cü ildə vəfat edib: “Mənə əsassız yerə 26 min manat vergi ödətdirildi. Oğlum Rəhman 10 aylıq həbsdən sonra qondarma ittihamla məhkəməyə verildi. Həyatının təhlükədə olduğunu görərək didərgin düşdü. Bizə məxsus olan bütün mal-mülk əsassız olaraq həbsdə qaldı. Oğluma isə yalandan qanunsuz olaraq çoxlu sayda maddələrlə ittiham verildi. Sonra oğlumun işi həbssiz məhkəməyə göndərildi”.

Bu epizodlar üzrə ifadə verən Mövlam Şıxəliyev Railə Musayevanın göstərdiklərinin şər, böhtan olduğunu və ittihamın əsassız hesab etdiyini bildirib.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub. //teleqraf.com//
14-10-2021, 15:18
“MTN əməkdaşları məndən 315 min dollar aldılar” - Polkovnik
15-09-2021, 10:44
MTN-in daha bir generalının cinayət işi məhkəməyə göndərilib
17-08-2021, 11:27
Dayısı oğlunu oğurlayıb 500 min dollar tələb edən şəsxin işi məhkəməyə göndərildi
11-09-2020, 12:57
“Azəriqaz”da kadr islahatları aparılıb GÜNDƏM
8-09-2020, 14:23
DSX-nin vəzifəli şəxslərinin həbs müddəti artırıldı
27-01-2020, 13:10
Eldar Mahmudovun əmisi oğlu hakim qarşısında
Bugün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Bugün, 14:20
Meksikada güclü zəlzələ
Bugün, 14:13
Mbappe yekun qərarını verdi
Bugün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Bugün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Bugün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Bugün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Bugün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Bugün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
Dün, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
Dün, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
Dün, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
Dün, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
Dün, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Dün, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
Dün, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
Dün, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
Dün, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
Dün, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır