MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsində qoyun-quzu, tikinti və milyonlarla manat söhbətləri - NİZAMİ ŞİRİNOVUN İŞİ ÜZRƏ ZƏRƏRÇƏKƏNLƏRDƏN BİRİ ONUN KEÇMİŞ İŞÇİSİDİR
Gündəm / Siyasət
Oxunub: 173
10 Eyl 2021 | 16:35
MTN-in Hərbi Əks-Kəşfiyyat İdarəsində qoyun-quzu, tikinti və milyonlarla manat söhbətləri - NİZAMİ ŞİRİNOVUN İŞİ ÜZRƏ ZƏRƏRÇƏKƏNLƏRDƏN BİRİ ONUN KEÇMİŞ İŞÇİSİDİR

capar.info: - Xəbər verildiyi kimi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş general Nizami Şirinovun işi üzrə istintaq tamamlanıb, materiallar baxılması üçün məhkəməyə göndərilib. Nizami Şirinov və onun işi üzrə digər fiqurantlar- idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılacaqlar. Onlar hədə-qorxu yolu ilə başqasının əmlakını, pulunu ələ keçirməkdə, şantajda, külli miqdarda rüşvət almaqda və digər bu kimi əməllərdə ittiham olunurlar.

Nizami Şirinov bu ilin aprelində həbs edilmişdi. İş üzrə 4 zərərçəkmiş şəxs var. Bunlar Abbasov Emin Seyid Ağa oğlu, Ağayev Rahib Balay oğlu, Ağayev Vüqar Asif oğlu, Yusifov Mirzəli Ağaəli oğludur.

virtualaz.org xəbər verir ki, zərərçəkənlərdən biri-Abbasov Emin Seyid Ağa oğlu Nizami Şirinovun rəhbərlik etdiyi idarənin zabiti olub. O, 1992-ci ildən 2010-cu ilin aprel ayınadək Hərbi Əks Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə işləyib, polkovnik-leytenant rütbəsi daşıyıb. Sonuncu vəzifəsi Hərbu Əks Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbənin rəisi olub. Həmin vaxt Baş idarənin rəisi 2005-ci ildən general-mayor Nizami Şirinov olub.

Bu əks-kəşfiyyatçı hələ bir neçə il əvvəl Eldar Mahmudovun bandasının, o cümlədən Nizami Şirinovun əməlləri barədə istintaq orqanlarına danışıb. Onun danışdıqlarından bəlli olur ki, MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsi, vəzifəsi casusları yaxalamaq, hərbi sirləri qorumaq və dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş müxtəlif məxfi fəaliyyətlər həyata keçirmək olan struktur əslində inşaat şirkətinin kontoru kimi fəaliyyət göstərirmiş. Yəni Nizami Şirinov və onun əməkdaşları, o cümlədən həmin Emin Abbasovun özü tikinti, torpaq biznesi və digər biznes sahələri ilə məşğul imiş.

Elə Emin Abbasovun öz rəisi ilə münasibətlərinin korlanması da biznes və pul üstündə olub. Belə ki, 2007-ci ildə Nizami Şirinov öz xidməti kabinetində iş adamı, tikinti biznesi ilə məşğul olan Vüqar Ağayevi E.Abbasova təqdim edib, onunla münasibət qurub dostluq eləməyi tapşırıb.

Bu həmin Vüqar Ağayevdir ki, Eldar Mahmudova öz hesabına villa tikmişdi və onun müxtəlif tikinti layihələrini həyata keçirirdi. Lakin günlərin birində Mahmudov onun əmlakını, o cümlədən Bakı “Ağ şəhər” ərazisində yerləşən hektarlarla torpaq sahəsini (ümumi dəyəri 40 milyon dollara yaxın olan əmlakdan söhbət gedir) əlindən almaq üçün təhdidlərə başlayıb. V.Ağayev əmlakını tələm-tələsik atasının adına keçirərək ölkədən qaçıb, amma Eldar Mahmudov hər halda onun əmlakını ələ keçirməyə nail olub.

"Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun iş adamı və bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla bir yerdə iş qursunlar. Qardaşım Şüvəlan qəsəbəsində fiziki şəxs kimi xırdabuynuzlu heyvan biznesi məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi. Həmin torpaq sahəsini qardaşım 49 illiyinə Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan Zirə Südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi. Sonra Vüqar torpaq sahəsinə baxış keçirərək orada çoxmərtəbəli bina tikməyin mümkün olduğunu söylədi. İşə başlamaq üçün 200 min dollar verəcəyini də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi" ,-Emin Abbasovun bir neçə il əvvəl istintaqa verdiyi ifadədə belə deyilir.

Beləliklə, hərbi əks-kəşfiyyat zabiti Zirədə qoyun-quzu və inşaat biznesi ilə məşğul olmaqdaykən Nizami Şirinov, yəni rəisi onu yenidən kabinetinə çağırıb. Bildirib ki, əslində Vüqar Ağayevin inşaat üçün verdiyi həmin pul ona məxsusdur və tikiləcək binanın şəriki də özü olacaq.

İfadədə daha sonra deyilir: “Təxminən 10-15 gündən sonra Vüqar yenidən qardaşıma 100 min dollar verdi. Bundan sonra həmin ərazidə işlər başladı, torpağın kadastr planı çıxarıldı. 2009-cu ilin aprel-may aylarında "Bakı Əyləncə Mərkəzi"ndə Vüqarla görüşdük. Dedi ki, Nobel prospektindəki "Ağ şəhər" adlanan ərazidə özünə məxsus torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir. Amma nazir Eldar Mahmudov və Nizami Şirinov buna imkan vermir. Vüqar torpaq sahəsinin Eldar Mahmudova veriləcəyini, lakin ona heç bir məbləğdə pul ödəmək niyyətində olmadıqlarını bildirdi. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin yanında 2009-cu ilin avqust ayında oldu. Vüqar dedi ki, Eldar Mahmudovun yanından gəlir, Nizami Şirinov da orada imiş. Vüqar dedi ki, onun Eldar Mahmudova külli miqdarda borcunun olduğunu deyirlər və əmlaklarını əlindən almaq istəyirlər".

Emin Abbasov onu da bildirib ki, Eldar Mahmudovla Nizami Şirinov Vüqar Ağayevin əmlakını tələb edərkən qardaşı Elxanın adına olan 5 hektar torpaq sahəsini tələb ediblər. Daha sonra V.Ağayev ölkədən qaçıb.


Keçmiş əks-kəşfiyyat zabiti deyir: “2009-cu ilin sentyabr ayının ortalarında Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini dedi. Nizami Şirinov Vüqarın onu nazirlə üz-üzə qoyduğunu, Eldar Mahmudova 22 milyon manat verməli olduğunu dedi. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, həmçinin qardaşıma verdiyi 200 min manatı tələb etdi. Nizami Şirinov idarədə bölmə rəisi işləyən Daxili Qoşunlara nəzarəti həyata keçirən Qüdsi Maniyevi yanına çağırdı. Maşınımın şüşəsini sındırıb oradan torpağa dair sənədləri götürməyini tapşırdı. Ancaq Qüdsi Maniyev buna etiaz etdi".

E.Abbasov Nizami Şirinovun hədələrindən sonra qardaşının torpaq sahəsini və iş görmək üçün Vüqar Ağayevin verdiyi 200 mini ona qaytardığını bildirib: "Vüqarın qardaşıma verdiyi 200 min dolların əvəzində 200 min manatı Nizami Şirinovun hədə-qorxusu nəticəsində xidməti otağında ona verdim. Lakin Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun dediyi adamın- Eldar Mahmudovun qohumu İmanova Billurə Məmməd qızının adına Vüqarla qardaşımın şərik olduğu 5 hektar torpaq sahəsinə dair baş etibarnamə verdik. Bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim. Torpaq sahəsi də Elman Tahirovun iştirakı ilə nazirin qohumu olan qadının adına etibaranmə əsasında qardaşım tərəfindən verildi".

Emin Abbasov işlədiyi nazirlikdə törədilən digər əməllərdən də danışıb. Bildirib ki, MTN-nin anti-terror mərkəzi, Hilal Əsədovun rəhbərliyi altında, Elçin Quliyev və İlqar Əliyevin iştirakı ilə 2011-ci ildə Xəzər rayon icra başçısının müavini Ələkbər Heydərovun başına torba keçirib aparıblar. Onu hansısa saxta sənədlər verməkdə günahlandırıblar və 550 min manatını alıblar. Bundan başqa Mahmudovun bandası Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr idarəsinin Xəzər rayonu üzrə şöbəsini bağlatdıraraq heç bir bir rəsmiləşdirilmə aparılmadan həmin şöbənin rəisi Rauf Sultanovu saxlayıblar, ondan təxminən 150-200 min manat alıblar.

virtualaz.org
17-08-2021, 11:27
Dayısı oğlunu oğurlayıb 500 min dollar tələb edən şəsxin işi məhkəməyə göndərildi
16-08-2021, 16:05
Polisi təhqir edən vəzifəli şəxs işdən çıxarıldı
16-08-2021, 15:12
Eldar Həsənovdan XƏBƏR VAR - cinayət işinin istintaqı tamamlanıb
2-09-2020, 11:58
BŞİH-nin vəzifəli şəxsi barəsindəki cinayət işi məhkəməyə göndərilib
27-01-2020, 13:10
Eldar Mahmudovun əmisi oğlu hakim qarşısında
22-12-2018, 15:14
Cahangir Hacıyev və digər 21 şəxs barəsində bəzi epizodlar üzrə cinayət işi məhkəməyə göndərilib
Bugün, 15:26
Britaniyadan Ukraynayayarım milyardlıq yardım
Bugün, 15:22
58 yaşlı məşhur aktrisa hovuzda foto paylaşdı
Bugün, 15:19
21 yaşlı volybolçu qız intihar etdi
Bugün, 15:12
Polis ad günündə özünü öldürdü
Bugün, 15:04
Azyaşlı binadan yıxılıb sağ qaldı
Bugün, 14:58
ABŞ senatoru oğurluğa görə həbs olundu
Bugün, 14:50
Azərbaycanda zəlzələ oldu
Bugün, 14:45
Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var
Bugün, 14:40
Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA
Bugün, 14:37
Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov
Dün, 14:18
Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...
Dün, 14:12
Vaqif Sadıqov Bakı həbsxanasında öldü
Dün, 14:09
Zəncirvari qəzada 10 nəfər yaralandı
Dün, 13:51
Yük maşını dirəyə çırpıldı, ölənlər var
Dün, 13:49
Daha tez arıqlamağın yolu - SADƏ ÜSUL
Dün, 13:42
"Səhnədə inildəyənə ürəyim parça- parça olur" - Tarın sınsın...
Dün, 13:37
Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
Dün, 13:31
Aytən Səfərovanı efirdə o əvəz etdi
Dün, 13:24
İlham Əliyev Moskvaya getdi
Dün, 13:18
Bakıya yağış, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
21-04-2024, 15:28
Bir mesajla arvadını aldadıb öldürdü
21-04-2024, 15:23
XƏBƏRDARLIQ: Sabahın havası bu insanlara pis təsir edəcək
21-04-2024, 15:18
Universitet müəllimi binadan yıxılıb öldü
21-04-2024, 15:15
Ermənistanda evdən hərbçinin meyiti tapıldı
21-04-2024, 15:11
"Neftçi" bu dəfə "Zirə"yə uduzdu
21-04-2024, 15:10
Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü
21-04-2024, 15:07
"Arsenal" qələbə qazanaraq liderliyə yüksəldi
21-04-2024, 15:05
Şübhəlini döyən polislər saxlanıldı
21-04-2024, 15:02
"Real"ın kapitanı klubu tərk edir
21-04-2024, 15:00
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT
21-04-2024, 14:58
Ən çox qumar oynayan BÜRCLƏR
21-04-2024, 14:55
İki helikopter qəzaya uğradı: Yeddi nəfər itkin düşdü
21-04-2024, 14:52
13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı
21-04-2024, 14:51
Tayvanda güclü zəlzələ oldu
21-04-2024, 14:49
8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı
21-04-2024, 14:47
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapıldı
21-04-2024, 14:45
Azərbaycanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA
19-04-2024, 14:28
İsrail İrana raket zərbəsi endirdi
19-04-2024, 14:20
Meksikada güclü zəlzələ