Cahangir Hacıyev və digər 21 şəxs barəsində bəzi epizodlar üzrə cinayət işi məhkəməyə göndərilib
Sosial
Oxunub: 552
22 Ara 2018 | 15:14
Cahangir Hacıyev və digər 21 şəxs barəsində bəzi epizodlar üzrə cinayət işi məhkəməyə göndərilibMəlumat verildiyi kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə təqsirli bilinərək, müvafiq məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Respublika Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, həmin cinayət işinin materiallarından banka məxsus külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə ayrılmış cinayət işi üzrə C.Hacıyev və digərlərinə əlavə ittihamlar irəli sürülməklə bir sıra epizodların istintaqı tamamlanıb. Belə ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq, qanunsuz veksel əməliyyatlarının aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat məbləğində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr təsbit olunub.

Həmin epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
14-12-2018, 13:15
Bakıda liftdəki qəzaya görə daha bir nəfər həbs olundu
11-12-2018, 13:43
Dələduzluqda təqsirləndirilən direktora cəza verildi - 11 İL
27-11-2018, 15:24
“Bakı Telefon Rabitəsi” MMC-yə məxsus kabeli oğurlayan şəxs saxlanılıb VİDEO
21-11-2018, 13:22
Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında
16-11-2018, 16:27
Zamirə Hacıyevaya 12 ilədək həbs cəzası verilə bilər
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır