Ölümlə üz-üzə olan Ağdam sakinlərinə aidiyyəti qurumlar niyə biganədirlər?... - VİDEO
Gündəm / Siyasət / Sosial / Cəmiyyət / Ələk / Çapar Tv
Oxunub: 28
10 Ağu 2021 | 13:31
Ölümlə üz-üzə olan Ağdam sakinlərinə aidiyyəti qurumlar niyə biganədirlər?... - VİDEO

Capar.info: - Yerli medialarda hər gün bir rayon, hər gün bir, hətta bir neçə məmur haqqında haqlı olaraq tənqidi yazılar dərc edir, vətəndaş etirazları yayımlanır.

Əksər şikayətlər də İcra Hakimiyyəti başçıları, Millət vəkilləri, Polis rəisləri, rayon Prokurorları və digər rəhbər vəzifələrdə çalışan məmurlar barəsindədir. Və bu şikayətlərin də demək olar hamısı yuxarıda qeyd etdiyimiz məmurların saymazlıqlarının, özbaşınalıqlarının narazı saldığı vətəndaşlardandır.


Yerli dövlət qurumlarının saymamazlığını görən sakinlər üz tuturlar mətbuata və bu vasitəylə etiraz səslərini hər kəsə duyurmağa çalışırlar. Əsasən də Dövlət Başçısına.

Biz hər zaman yayımlarımızda bunu vurğulayırıq ki, niyə Dövlət büdcəsindən maaş alan məmurlar olduğu halda, vətəndaşlar mediadan, yaxud Prezidentdən kömək diləyirlər?!

Sakinləri dilənçi vəziyyətinə salırlar, yalvartdırırlar, yenə də dərdinə əlac etmirlər. Axı hər hansı vətəndaşın sakini olduğu rayonun İcra Hakimiyyətindən hər hansı bir köməkliyi istəməsi onun haqqıdır. İcra başçıları da məhz tabeliyində olduğu ərazinin sakinlərinə xidmət etməyə borcludur.

Eləcə də millətin özünün seçdiyi millət vəkilləri. Hansı ki, seçkiqabağı bir-bir hamımızın qapısını döyüb, vədlər verib, səs istəyərkən mülayim, "sadə", "səmimi" biri bilib səs verdiklərimizin, bizim seçdiyimiz vəkillərimizin seçildikdən sonra nə bizi görməyə gözləri olmur, nə dinləməyə vaxtları.


Sözün əsl mənasında millət öz vəkilini tapa bilmir ki, dərdini desin. Prezidentin görüşlər təşkil edib, qəbul etdiyi, dərdini dinlədiyi vətəndaşlarla öz aralarına İcra başçıları, Millət vəkilləri elə uzaq bir məsafə qoyurlar ki, vətəndaşlar özləri belə çəkinə-çəkinə bir dəfə görüşməyə cəhd edirlər, qəbul edilmədikdə məyus halda susmağa məcbur qalırlar. Yaxud da redaksiyamıza müraciət edən Ağdam rayon sakini kimi üz tuturlar başqa qapılara.

DogruXeber.az informasiya agentliyinin redaksiyasına bu dəfə də üz tutan Ağdam rayon sakini Xudiyev Ceyhun da Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdan, həmçinin də Ağdam rayonunu Milli Məclisdə (guya) təmsil edən Millət vəkili Bəxtiyar Əliyevdən yaman gileylidir. Daha doğrusu narazıdır. Hətta daha dəqiq desək onların əlindən cana doyduğu üçün üçün ölkə vətəndaşlığından imtina etmək istədiyini deyir.

Xudiyev Ceyhun Ağdam rayonundan məcburi köçkündür. 2 oğul atasıdır. Həyat yoldaşı ankoloji xəstədir. Ailəsi ilə birlikdə illərdir ki, Bakı Şəhərində Yeni Yasamal 2-də köhnə bir məktəbin zirzəmisində yaşayırlar.

İndi həyat yoldaşı ankoloji xəstə olduğuna görə həkim məsləhət görüb ki, havası təmiz olan otaq şəraitində yaşamalıdır. Havasız otaqda olmaq ömrünü daha da qısaldır. Məhz bu səbəbdən illərdir pəncərəsiz, havasız zirzəmidə susaraq yaşayan Xudiyevlər ailəsinin canı xəstəlik tapandan sonra, heç olmasa indi biraz gün üzünə çıxmağa qərar veriblər. Özü də çox şey istəmir. Deyir, "sadəcə köhnə yataqxanalardan birində, uçuq-sökük, qapısız-pəncərəsiz olsa belə, əsas odur havası təmiz olan bir, yaxud iki otaq versinlər müvəqqəti. Ağdamıma qayıdana qədər orada yaşayım, sonra geri alsınlar. Həmişəlik istəmirəm." Ailənin başçısı Ceyhun Xudiyevin dediyinə görə yalnız bu məqsədlə müraciət etmədiyi qurum qalmayıb. Qaçqın və Məcburi köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam deputatı Bəxtiyar Əliyevə, Prezident adminstrasiyasına, Yasamal rayon İcra Hakimiyyətinə, Yasamal rayonundan deputatına və sair... bütün səlahiyyət sahiblərinə müraciət edib.

Özü də dəfələrlə!

Deyir: - "o qədər məktub yazmışam, heç çoxuna cavab da göndərmirlər. Ona görə istədim gedib üzbəüz dayanım dərdimi deputatıma deyim. O da ki, deputatımı tapa bilmirəm. O qədər axtardım ki, axırda özünü tapmasam da, köməkçisinin əlaqə nömrəsini tapıb zəng etmişəm dərdimi deyim, deputatımın köməkçisi telefonda mənə acıqlı şəkildə, sualla cavab verir ki, mənim nömrəmi sənə kim verib? O məsələlərə biz baxmırıq."

Maraqlıdır. Vəkili olduğu millət ilə bu qədər məsafə saxlayan Millət vəkilinə səs vermək bizim nəyimizə lazımdır görəsən?!

Millət vəkili!

O bizim vəkilimizdirsə, mövqeyimizi təmsil etmək, bizi narahat edən məsələləri aidiyyəti qurumların diqqətinə çatdırmaq, həlli üçün müvafiq addımlar atmaq onun vəzifə borcudur.

Doğrudur, hardasa "qınamaq da olmur" Bəxtiyar Əliyevi. "Təzadlar" demişkən 20-yə yaxın vəzifəyə "təkcanına" yiyələnən Bəxtiyar müəllim bu qədər vəzifənin borcunu necə ödəsin?!

Vaqif Həsənov desən... onun da öz biznesləri, Rövşən Rzayev desən... onun da öz şəxsi biznesləri, mülkləri, filan...

Yeri gəlmişkən Vaqif Həsənovun adı sosial mediada korrupsiya faktlarında hallanır. Həmçinin də deyirlər "yeyib-içən oğlandır".

Yəni sözümüzün canı o ki, onların "başlarını qaşımağa" vaxtları olmur. O ki, qaldı vətəndaş dərdi dinləsinlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, növbəti yayımlarımızda adıçəkilən məmurların şəxsi biznesləri, mülkləri və vəzifələrinin siyahısını da sizlərə təqdim edəcəyik.

P.S: Sözügedən məsələ barəsində Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyev ilə telefon əlaqəsi saxlayıb mövcud durumdan xəbərdar etdik. Allahverən Əliyev ilə danışdıqdan sonra Ağdam şəhər İcra nümayəndəsi Pənah Fətəliyev bizimlə telefon əlaqəsi saxladı, şikayətçi Ceyhun Xudiyevin problemini diqqətə aldıqlarını və lazımi köməkliklər göstəriləcəyini bildirdi.
Sonra Pənah Fətəliyev işi Akif adlı şəxsə yönləndirdi.

Allah var. Pənah Fətəliyev və onun köməklik göstərməsi üçün göstəriş verdiyi Akif adlı şəxs həqiqətən də vətəndaşın probleminin həlli üçün çox cəhd etdilər, çox zaman xərclədilər.

Lakin, təəssüflər olsun ki, bütün cəhdləri nəticəsiz qaldı.

Çünki, mövcud problemi həll etməli olan İcra Hakimiyyətidir. İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun da Allah xoşbəxt eləsin, başı xeyir işə qarışıb.

Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də həmçinin xeyir işin əziz qonaqlarından biridir. Daha doğrusu yaxın dostluq və qohumluq münasibətlərini nəzərə alsaq, elə o da ev yiyəsi sayılır.

Yəni, bir toyun bu qədər başı qatması "təbiidir".

Açığı xeyir iş ərəfəsində nə biz, nə də şikayətçi vətəndaş Ceyhun Xudiyev İcra başçısının nəyinki özünü, heç qohumlarını, işçilərini də narahat etmədik.

Şadyanalıqla, 600 nəfər qonağıyla toyunu yola saldı.

Yenə deyirik: Allah xoşbəxt eləsin.

İndi o dövr deyil ki, 40 gün, 40 gecə toy eləsinlər.

Artıq, toydan da bir neçə gün keçməsinə baxmayaraq hələ də Ceyhun Xudiyev nə Rövşən Rzayevin, nə Vaqif Həsənovun, nə də Bəxtiyar Əliyevin diqqətinə tuş gəlmir ki, gəlmir...


Maraqlıdır ki, sosial şəbəkələrdə Ağdam sakinlərinin özlərinin gileylərini oxuduqdan sonra bizə də aydın oldu ki, Bəxtiyar Əliyevi "gördüm" deyən yoxdur. Axırıncı dəfə elə seçkiqabağı keçirilən "reklam kampaniyaları"nda görüblər, vəssalam.


Qınamaq da olmur, yenə deyirik o qədər vəzifəyə kim sahib olsaydı "başını qaşımağa" vaxtı olmazdı, nəyinki vətəndaş dərdi dinləsin.

Vaqif Həsənovu isə "qınamaq haqqımız var".

Bir halda ki, özünün məsələyə ayıracaq vaxtı, yaxud "həvəsi yoxdursa, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsində məsul vəzifələrdən birində çalışan oğlu heçolmasa vaxt ayıra bilərdi...

Axı, vətəndaşı dinləmək, lazımi köməklikləri göstərmək üçün o vəzifələr mövcuddur, və onlar da həmin vəzifəyə təyin olunublar.


Cənab Prezident də öz çıxışlarında vurğulayıb ki, "Hər bir məmur xalqın xidmətçisidir!"....

Ehh....

Deyir: "Sən saydığını say, gör məmurlar nə sayır"...

Onlar saydıqlarını seyflərinə yığdıqca gözləri böyüyür, vətəndaşlar da o gözlərdə kiçilib itirlər...

Ceyhun Xudiyev artıq cana doyduğunu, havasız zirzəmidə, min bir əziyyətlə böyütdüyü, gələcəyin əsgəri iki oğul övladını hərbi xidmətə buraxmayacağını deyir.

Onun yaşadığı şəraiti görən və 30 ilə yaxın müddətdə nələr çəkdiyini bilən hər kəs onu yaxşı başa düşər və haqq da verər.


Yeri gəlmişkən növbəti yayımlarımızda Ceyhun Xudiyevin yaşadığı evin şəraitinin də videogörüntünülərini diqqətinizə çatdıracağıq.

Mövzuya qayıdacağıq.

DogruXeber.az



5-08-2021, 10:10
“Hətta br dəfə hansısa televiziya da gəlmişdi çəkilişə, yenə veclərinə alan olmadı...” - GİLEY
4-08-2021, 16:08
"Veysəloğlu" bu dövlətin OĞLU DEYİLMİ? - Vergidən yayındığı deyilir...
10-06-2021, 18:19
Deputatlara cavab verməyən məmurların SİYAHISI HAZIRLANACAQ
25-11-2020, 18:07
Qobustan rayon poliklinikasının müdiri Qurban bəyin şıdırğı alveri
8-09-2020, 14:33
Deputat: Qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması davam etdiriləcək
3-02-2020, 12:00
SON DƏQİQƏ! Abşeronda yerli sakinlər etiraza qalxdı - başçı müavini və yerli məmular hadisə yerinə gəldi(VİDEO+FOTO)
Bugün, 19:03
Böhranın sonu üçün: Krım Türkiyəyə qaytarıla bilər? - HƏQİQƏTƏN DƏ...
Bugün, 18:56
“Şeyxin Amuliyə cavabı tutarlıdır” - REAKSİYA
Bugün, 13:58
Bu məktəbin əksər məzunları "tələbə" adını qazanıblar - Qabaqcıl təhsil ocağı // FOTO
Bugün, 13:26
İnternetin ucuzlaşması bazarda ciddi canlanmaya səbəb olacaq - AÇIQLAMA
Bugün, 12:56
Kəmaləddin Heydərovun `GİLAN` TƏHVİL-TƏSLİMİ... - Daha üç şirkət...
Bugün, 12:52
Əgər Bakını qəzəbləndirsək... - Akopcanyan
Bugün, 12:41
Sabah yağış yağacaq, güclü külək əsəcək - Belə deyirlər...
Bugün, 11:50
“OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR?
Bugün, 11:43
"Köçəryan kimi qatil, bütün ruhu ilə əzazil, türkün düşməni olan yaramaz etiraf edir ki..." - deputat
Bugün, 11:33
Qarabağ Qazisinə 3 xəstə inək verdilər və... - NARAZILIQ!
Bugün, 11:21
Əhəd Abıyev BUNU DA BACARDI: Şəhid Ailəsi ilə ÜZ-ÜZƏ... - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ...
Bugün, 10:23
"Bu xəstə uşağın pensiyasını kəsiblər..." - NARAZILIQ!
Bugün, 10:18
Nemət Pənahlı yenə də ARANI QATACAQ... - İLGİNC AÇIQLAMALAR
Bugün, 10:01
Paşinyan “futbol topu” olmaq istəmirsə, gerçək dialoqun yolu bəlli - GƏLİŞMƏ
Bugün, 09:54
Rəsul Quliyevin Bakıya qayıdışı NİYƏ BAŞ TUTMADI? - sabiq spiker özü gəlmək istəmir, yoxsa...
Bugün, 09:50
"Azərpoçt"da yeni şöbə yaradılıb, mudir təyin olunub - Dəyişiklik
Bugün, 09:46
“Azərbaycanın səbr kasasını daşırmaq lazım deyil” - Partiya sədri
Bugün, 09:37
Arvadı Paşinyanın çıxışı zamanı ağladı… - FOTOLAR+VİDEO
Bugün, 09:08
"Sosial şəbəkələrin statusunu dəqiq müəyyən etməliyik" - deputat
Bugün, 08:55
Yusif Qədimovun da öz qanunları var... - İDDİA
Bugün, 08:41
“30 il ərzində erməni lobbisinin fəaliyyəti nəticə verməyibsə, indiki vəziyyətdə...” - NƏ BAŞ VERİR?
Bugün, 08:35
Molla rejimi Qarabağ Zəfərimizi HƏZM EDƏ BİLMİR... - BUNUN BAŞQA ADI YOXDUR...
Dün, 19:30
Vilayət Eyvazovdan yeni TƏYİNAT - ƏMR
Dün, 18:35
Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər - GİLEY
Dün, 18:30
DÖVLƏTİN 4,2 MİLYARDLIQ AKTİVLƏRİNİN TALEYİ NECƏ OLUB? - Azərbaycan Sənaye Korporasiyası hesabatlarını gizlədir...
Dün, 18:25
“Taclı virus” hər həftə mutasiyaya uğrayır: - Azərbaycanda aşkarlanan ştammlar hansılardır?
Dün, 18:16
DSX rəisinin "yerlibazlığı" - ELÇİN QULİYEV RÜTBƏ PAYLAYIR
Dün, 13:06
Ucar və Salyanda piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur
Dün, 12:59
"Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu" - Əsas şahid dindirildi
Dün, 12:01
Bu, bahalaşmada son hədd deyil... - NƏ ETMƏLİ?
Dün, 11:26
Büdcə vəsaitləri necə mənimsənilir? - TENDER MAXENASİYASI
Dün, 11:12
Bakıda daha bir xəstəxananın həkimlərinə cinayət işi açılıb
Dün, 10:58
Ermənistan və Rusiyanın yayındığı ZƏNGƏZUR KORİDORU: - "Azərbaycan Laçın dəhlizini bağlaya bilər"
Dün, 10:47
Paytaxta tələbə axını başladı – Qalmağa ev tapılmır
Dün, 10:15
Tehranın narahatlığının əlamətlərini təzə görməyə başlamışıq... - hələ yolun başlanğıcındayıq...
Dün, 10:10
İran dayanmır: indi də bu yolla Ermənistana yük daşınır - VİDEO
Dün, 10:03
Gəncədə Türkiyə Respublikasının vətəndaşına qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dün, 09:56
Bakıda mənzillərdən 2 milyon manatlıq oğurluq edən alpinistin məhkəməsi başlayır
Dün, 09:49
Sabahdan məktəblər açılır - Diqqət!