“Məhsulun qəbulunda ayrı-seçkiliyə yol verilir” - QALMAQAL
capar.info: - Biləsuvar sakini Azad Məmmədov 2003-cü ildən “Azərpambıq” şirkətinin rayondakı pambıq zavodunda ərazi nümayəndəsi işləyib. 2020-ci ildə işdən çıxarılan rayon sakini düşünür ki, o, qərəzin qurbanı olub.
“Məhsulun qəbulunda ayrı-seçkiliyə yol verilir”
Azad Məmmədovun fikrincə, yeni rəhbərlik nəzarətində olan fermerlərdə pambığın nəmliyi, zibilin miqdarı və s. qərəzli şəkildə çox hesablayıb. Bu cür ayrı-seçkilik nəticəsində onun məhsuldarlığı aşağı qiymətləndirilib. Belə yanaşma da sonda onun işini itirməsilə nəticələnib.
O, “Azərpambıq”da baş verənlərlə bağlı şirkətin daxil olduğu “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin sədri, deputat Kamran Nəbizadəyə məktub yazıb. Ərizəsində vurğulayıb ki, zavod rəhbərliyinin özünə yaxın şəxslərin becərdiyi məhsulun qəbulu zamanı ayrı-seçkiliyə yol verir: “Məqsəd çox aşağı faizlə zibil kimi göstərilmiş pambığı ört-basdır etməkdir. Amma mənim nümayəndəliyimdə olan fermerlərdən yüksək faizlə zibil tutulurdu. Buna görə həmin fermerlərdən çoxu 2021-ci ildə “Azərpambıq”dan imtina edib, başqa şirkətlərlə müqavilə bağladılar”.
Azad Məmmədov şirkətdə yeyinti hallarına da yol verildiyini iddia edir. Onun sözlərinə görə, “Azərpambıq” rəhbərliyi Cəlilabad rayonunda “Avanqard” MMC-dən 276 hektar torpaq sahəsini icarəyə götürüb. Şirkət zavod rərhbərliyinə hər hektarı 130 manatdan icarəyə versə də, sənədləşmədə bu rəqəm 350 manat göstərilib. Aradakı fərqin mənimsənildiyi iddia olunur: “Bundan başqa, texniki çiyidin hər kiloqramını 28 qəpiyə rəsmiləşdirib, 33-34 qəpiyə satıblar. 500 hektar arpa sahəsini pambıq tarlası kimi rəsmiləşdiriblər. Hər hektara görə 250-300 manat pul götürülüb”.
“Azərpambıq”ın direktor müavini məhkəməyə verib
Biləsuvar sakini iddia edir ki, onun “Azərbaycan Sənaye Korporasiyası” ASC sədrinə yazılı müraciətindən sonra qurumun rəhbəri, deputat Kamran Nəbizadə “Azərpambıq”ın Biləsuvardakı zavoduna araşdırma aparmaq üçün yoxlama qrupu göndərib. Araşdırma zamanı onun dedikləri təsdiqini tapıb.
Mənbə: “Azərbaycan Sənaye Korporasiyası”
“Azərpambıq”ın Biləsuvar zavoduna 2020-ci il oktyabrın 1-dən Vahid Kazımlı rəhbərlik edir.
Qarşı tərəf isə Azad Məmmədovun ittihamlarını qəbul etmir. Hətta “Azərpambıq”ın direktor müavini Fəzli Məmmədov “Azərbaycan Sənaye Korporasiyası” ASC sədri Kamran Nəbizadəyə məktubunda yazdıqlarına görə onu məhkəməyə verib. O, iddia edir ki, müraciətdə yazılanlar şərəf və ləyaqətini alçaldıb. Hazırda da məhkəmə prosesi davam edir.
Meydan TV-nin Biləsuvar rayon Məhkəməsindən əldə etdiyi məlumata görə, bu iş üzrə növbəti məhkəmə iclası avqustun 12-nə təyin edilib.
11-03-2021, 17:32
Yasamalda optik internet paylayıcı qurğular və velosiped oğurlayan şəxslər saxlanılıb
24-08-2020, 12:47
Fermerlərə yeni pambıq sortları təklif olunur – 45-50 sentner məhsul verir
22-04-2020, 20:01
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
31-01-2020, 15:40
Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - VİDEO
30-12-2018, 15:23
Ronaldonun məhsuldarlığı aşağı düşüb - 50-yə çatmadı
27-11-2018, 15:24
“Bakı Telefon Rabitəsi” MMC-yə məxsus kabeli oğurlayan şəxs saxlanılıb VİDEO
Dün, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
Dün, 15:40
Bakıda qətl törədildi
Dün, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
Dün, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Dün, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
Dün, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
