Bəşər Əsəd kimdir? – Hərbçiyə çevrilmiş oftalmoloq

Capar.info “Bioqrafiya” rubrikasında Suriyanın devrilmiş prezidenti Bəşər Əsəddən bəhs edir
- Bəşər Əsəd harada və nə zaman anadan olub?
Bəşər Əsəd 1965-ci il 11 sentyabrda Dəməşqdə, müdafiə naziri Hafiz Əsədin ailəsində göz açıb. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir.
- Bəşər Əsəd harada təhsil alıb?
Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta təhsilini bitirən Əsəd, daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olub. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxtı Londona gedib və burada Qərb Göz Hospitalında təcrübə keçib.
- Bəşər Əsəd hakimiyyətə necə gəlib?
1970-ci ildə atası Hafiz Əsəd dövlət çevrilişi edərək, hakimiyyətə gəlib.
Atası özündən sonra Baseli prezident görmək istəyirdi. Lakin Basel gözlənilmədən qəzaya düşüb həlak olur, ata gözünü ikinci oğluna dikir. O zamana qədər Bəşər (ərəbcə Bəşşər) ölkəsində tibb universitetini fərqlənmə diplomu ilə başa vurub, oftalmoloq kimi Britaniyada özünü təkmilləşdirmişdi. O hətta xüsusi münasibət görməmək üçün Britaniyada başqa ad altında oxuyur və işləyirdi.
1988-ci ildə Universiteti bitirən Bəşər Dəməşqdə yerləşən “Tişrin” hərbi hospitalında göz həkimi işləməyə başlayıb. Vətənə qayıtdıqdan sonra Bəşər atasının istəyi ilə Homs şəhərindəki hərbi akademiyaya qəbul olunur və dərhal Respublika Qvardiyasının kapitanı rütbəsini alıb. 1996-cı ildə mayor, 1997-ci polkovnik-leytenant, 1999-cu ildə polkovnik rütbəsini alıb. Bəşər Əsədin apardığı antikorrupsiya tədbirləri nəticəsində korrupsiyada ittiham olunan Nazirlər Kabinetinin sədri Mahmud -əz-Zoabi 2000-ci ildə özünü kabinetdə güllələyir, o, öz əmisi oğluna da güzəşt etmir, onun şirkətini də bağlatdırır. 10 iyun 2000-ci ildə Hafiz Əsəd vəfat edir. Həmin gün parlament prezidentlik üçün lazım olan yaş həddini tələsik 40-dan 34-ə salır. 11 iyunda prezident səlahiyyətlərini icra edən Həddam Bəşər Əsədə general-leytenant rütbəsi verir və onu ali baş komandan təyin edir. İyulun 10-da referendum nəticəsində Bəşər Əsəd 92,29 faiz səslə Suriya prezidenti seçilir. Və o gündən sonra onun taxtdan salmaq imkansız olur. Ərəb Bəşərin xristianlıq sevgisinə görə, ona Müdrik Yaroslav ordeni, Ermənistanın Müqəddəs Qriqori ordeni verilib.
Bu lider öz şəklini milli pul vahidlərinin üzərinə də döydürüb.
- Bəşər Əsədin başqa bacı - qardaşları var?
Onun Buşra adlı bir bacısı, Basel, Mahir və Məcid adlı qardaşları var idi. Mahir Əsəd ərəb dünyasında özünün dəlisov xarakteri ilə tanınır. Nüfuzuna görə, Suriyada ikinci adam sayılır. Onun adı ətrafında qalmaqallar səngimir. Livan lideri Rafiq Həririni ölümünü təhqiq edən komissiyanın rəyində bu qətlin sifarişçisi kimi Mahirin adı çəkilir. Əlbəttə bu Bəşərdən xəbərsiz edilməmişdi. Ən kiçik qardaşı Məcidin adı narkobizneslə əlaqələrdə hallanır. Onu həm də “ana uşağı” adlandırırlar.
- Bəşər Əsədin ailəsi haqqında nə bilirik?
Bəşərin həyat yoldaşı Əsma Suriya tarixində göz önündə olmuş ilk birinci xanımdır.
Əsmanın anası Suriyanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi, atası isə Kardioloji Mərkəzin aparıcı məsləhətçisi olub. Əsma Londonda doğulub və boya – başa çatıb. Baletlə məşğul olub. Londonda Kral kollecini bitirən Əsma kompüter elmləri və fransız ədəbiyyatı üzrə diplom alıb, ərəb, ingilis, ispan və fransız dillərini sərbəst bilir. Evlənərkən onun 20, Bəşərin 31 yaşı var idi.
Bəşər Əsədin toyu 2000-ci ildə olub. Əsmanın gəlişi ilə Suriyada qadınların həyatında xeyli dəyişiklik oldu. Suriyalılar prezidentin xanımını ilk dəfə 2001-ci ildə gördülər. Bəşər Əsəd Bolqarıstan prezidentini qarşılayarkən həyat yoldaşı ilə gəlmiş, Əsmanın geyimi suriyalıları xeyli təəccübləndirmişdi. 2008-ci ildə Əsma Əsəd ərəb dünyasının birinci ledisi elan edilib. Ərəblərin hamısı üçün bu keçərlidirmi? Çətin.
Bəşər Əsədin üç uşağı – iki oğlu və bir qızı var. Prezident hansı ölkəyə rəsmi görüşə gedirsə, xanımı və uşaqlarını özü ilə aparırdı. Deyilənə görə, Suriya əhalisi prezidenti və uşaqlarını küçədə gəzərkən, restoranda oturarkən görə bilirdi. Hərçənd xarici media yazır ki, bu milyonlarla vətəndaşı qaçqın həyatı yaşayan, xarabaya çevrilmiş bir ölkənin liderinə demokrat görüntüsü vermək cəhdindən başqa bir şey deyildi.
- Bəşər Əsədin nə qədər sərvəti var?
Onun ümumi sərvətinin Suriyanın 7 illik dövlət büdcəsinə bərabər olduğu deyilir.
Ailənin Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlakı və bank hesabları var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər.
Əsəd ailəsinin real sərvətinin bir qismi:
- 5 milyard avro;
- 16 milyard dollar;
- 200 ton qızıl;
- Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinq;
- Neft və qazdan gəlirlər (dəqiq məbləğ məlum deyil);
- Suriya və xaricdə (o cümlədən Avropada) daşınmaz əmlak;
- Atası Hafiz Əsəddən qalan miras (dəqiq məbləğ məlum deyil).
Məlumata görə, prezidentin mülkiyyətində “Mercedes-Benz S-Class” (dövlət tərəfindən verilib), “BMW 7” avtomobilləri, Hələb, Dəməşq və Laziqiyyədə saraylar var.
- Bəşər Əsəd hakimiyyətinə kim son verdi?
Suriyada Bəşər Əsədin hakimiyyəti 2024-cü il dekabrın 8-də Suriya müxalifət qüvvələrinin koalisiyası tərəfindən devrildi. Bu hadisə 50 ildən çox davam edən BƏƏS Partiyasının idarəçiliyinə son qoydu.
8-01-2019, 14:27
Əsəddən ərəb dövlətlərinə gözlənilməz müraciət
7-07-2024, 21:53
Ərdoğan Əsəddən danışdı
7-06-2021, 15:03
Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir
17-06-2020, 11:39
ABŞ-dan müttəfiqinə qarşı GÖZLƏNİLMƏZ HƏRƏKƏT: vəhşiliyi bitirmək üçün...
3-01-2022, 13:29
Ağdaş sakini azyaşlı ilə ailə qurdu, ittiham olundu - TƏFƏRRÜAT
4-11-2021, 10:14
Türkiyə Suriyanın şimalında kiçikmiqyaslı əməliyyatlara başladı: - Rusiya isə kürd separatçıları qarşısında 4 şərt qoydu
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı