Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir
Siyasət
Oxunub: 201
7 Haz 2021 | 15:03
Qərblə "demokratiya oyunu": Paşinyan riyakar siyasətini davam etdirir İki boksçunun rinqdə döyüşdüyünü düşünün. Səlis bir zərbə ilə öncə rəqibin gözləri qaralır, sonra səndələyir və yerə yıxılır. Birtəhər ayağa qalxdıqdan sonra isə nə edəcəyinə heç cür qərar verə bilmir, düşdüyü boşluğun şokunu yaşayır. Bax, Ermənistanın hazırkı rəhbərliyi, xüsusən də baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da eynilə bu halətdədir. Azərbaycanın “dəmir yumruğu” onun başına elə dəqiqliklə endirilib ki, Paşinyan hələ də səndələyir, hələ də sayıqlayır…
Əslində, Qərblə “demokratiya oyunu” oynayan Paşinyan həmişə səndələməyə meyilli olub. Külək hansı səmtdən əsibsə, o da o səmtdə dayanıb. Qərb onu hakimiyyətə gətirdiyi halda, ən çətin durumlarda ona dəstək olduğu halda, Paşinyan Qərbi gah Rusiya, gah da Suriya ilə aldadır. Onun Rusiya ilə olan həvadislərinin hər halda geniş izahata ehtiyacı yoxdur. Sadəcə, İkinci Qarabağ müharibəsində baş verən proseslər - Qərbdən dəstək almayınca Paşinyanın Rusiyaya sığınması, ondan mədət umması, onu müharibəyə cəlb etmək istəməsi, Ermənistanı düşdüyü uçurumdan çıxarmaq üçün ona yalvarışları və s.- hər şeyi izah edir.
Gələk Suriya məsələsinə, bir neçə gün öncə Suriyada prezident seçkiləri keçirildi, Bəşər Əsəd yenidən prezident seçildi. O Əsəd ki, qərb dünyası ilə düşməndir, o Əsəd ki, heç bir qərb ölkəsinin prezidenti seçkilərdə qalib gəlməyi münasibətilə onu təbrik etmədi. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Bəşər Əsədi nəinki təbrik etdi, hətta İrəvanın Suriyaya humanitar böhranın həllində kömək etməyə hazır olduğunu belə dedi. Paşinyan bununla bağlı Bəşər Əsədə müraciətində Ermənistan-Suriya münasibətlərinin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirdi.
Əslində, Qərbə “medan oxuyan” bu təbrik ilk deyildi. Təxminən bir ay öncə - aprel ayının 17-də Nikol Paşinyan Suriyanın milli bayramı – xarici qoşunların təxliyəsi Günü ilə əlaqədar Prezident Bəşər Əsədə təbrik mesajı göndərmişdi, bu mesjda da Ermənistanın iki dövlət arasında ənənəvi dialoqu dərinləşdirməyə hazır olduğu vurğulanırdı.
Görünən odur ki, Nikol Paşinyan Qərblə “demokratiya oyunu” oynamaqla, əslində müharibədəki məğlubiyyətin “heyifini çıxır”, ona göz dağı verir. Təbii ki, bu yanaşma Nikol Paşinyanın riyakar siyasət apardığını bir daha ortaya qoyur və bununla ümumilikdə Ermənistan rəhbərliyinin əsl mahiyyətini, eləcə də Ermənistanın çox təhlükəli bir "kampaniyanın" içərisində olduğunu göstərir.
Qayıdaq rinqə, bəzən zərbə elə güclü və elə dəqiq olur ki, rəqib ömürlük şikəst olur. Paşinyanın da “dəmir yumruğun” nokautundan bir ömür ayılmayacağı aşikardır.
20-05-2021, 09:55
Paşinyan Rusiyanın sərhədin demarkasiyası barədə təklifini yersiz hesab edib
2-03-2021, 10:32
Nikol Paşinyan konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürəcəyini bildirib
5-01-2021, 10:46
"Keçən ilin ən axmaq zarafatını Paşinyan etdi" - Ömər Çelik
29-10-2020, 09:46
Paşinyan Ermənistanın sərhədlərini Rusiya sərhədçilərinin qoruduğunu etiraf etdi
20-10-2020, 11:01
Gənclərin yeni yumor qəhrəmanı - Paşinyan
30-12-2018, 16:11
Elçin Mirzəbəyli: Nikol Paşinyanın Rusiyaya səfərinin nəticələrini onun növbəti uğursuzluğu kimi qiymətləndirmək olar
Dün, 14:33
"iPhone 15 Pro Max" ucuzlaşdı
Dün, 14:29
"Jirona" bu transferə görə Sequndaya düşəcək
Dün, 14:25
Bakıda evdən qadın meyiti tapıldı
Dün, 14:24
Ən çox içki içən uşaqların olduğu ÖLKƏ: Ən çox qızlar...
Dün, 14:19
60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dün, 14:16
Alimlər küləkləri olan planet kəşf ediblər
Dün, 14:13
Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı
Dün, 14:11
Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü
Dün, 14:09
Üç günlük hava ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
Dün, 14:07
13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
Dün, 14:05
"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
3-05-2024, 22:14
Dilan Polat həbsxanada özünü doğradı
3-05-2024, 22:12
"Bəziləri efirə özlərinə hədiyyə göndərirlər" – Nura Suri
3-05-2024, 22:09
Polis kapitanı faciəvi şəkildə öldü
3-05-2024, 22:07
Sürücü yol polisinə bıçaq çəkdi
3-05-2024, 22:04
İtkin düşən hamilə qadının meyiti tapıldı
3-05-2024, 21:57
"Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verildi
3-05-2024, 21:53
Bacısının yuxusu gerçək oldu, lotereyada 837 min uddu
3-05-2024, 21:49
Norveçli keçmiş deputat ukraynalı döyüşçü ilə evləndi
3-05-2024, 21:47
Avropanın ən aşağı büdcəli aviasiya şirkəti
3-05-2024, 21:43
Əfsanəvi qapıçının dramı: Qumar oynadı, müflis oldu və...
2-05-2024, 15:30
Körpə yeməkdən sonra qusub öldü
2-05-2024, 15:19
Bu peşələr demensiya riskini artırır
2-05-2024, 15:13
"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər
2-05-2024, 15:08
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib
2-05-2024, 15:05
Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ
2-05-2024, 14:56
İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
2-05-2024, 14:53
Alimlər Ayda su ehtiyatları tapdılar
2-05-2024, 14:51
Sərxoş ər-arvad evdə donub öldü
2-05-2024, 14:49
Qadın kişi meyiti tapdı, qatil öz oğlu çıxdı
29-04-2024, 21:45
Avtobus uçuruma düşdü,20-dən çox ölü var
29-04-2024, 21:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı
29-04-2024, 21:38
Həkim qadındırsa, xəstənin sağ qalma ehtimalı daha yüksəkdir
29-04-2024, 21:36
Kişinin gözündə onu əvəzolunmaz edən qadın vərdişləri
29-04-2024, 21:21
“Barselona”ya qayıtmaq istəyir
29-04-2024, 21:17
"Huawei" smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı
29-04-2024, 21:15
Lidersən, yoxsa yaradıcı - Şəxsiyyət testi
29-04-2024, 21:11
Maştağada 33 yaşlı kişi özünü asdı
29-04-2024, 21:10
Sabirabadda DƏHŞƏT: 11-ci sinif şagirdi özünü asdı