İki böyük bankın başı dərddə - Əhali və şirkətlər 178 milyonu geri çəkib
Əhali və şirkətlər Azərbaycanın bank sekotrunun iki böyük bankı – “Bank Respublika” və “Rabitəbank”-dan əmanətlərini geri çəkməyə başlayb.
“Tipik iqtisadçı ekspert” səhifəsi bankların açıqladığ maliyyə hesabatına əsasən xəbər yayıb ki, 9 ay ərzində “Bank Respublika”-dan 101.3, “Rabitəbank”-dan isə 77.5 milyon manat əmanət çıxarılıb.
Qeyd edək ki, “Bank Respublika”-nın aktivləri ötən il 34.5% və ya 546.1 milyon manat artaraq 2 milyard 130.9 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22% artaraq 1 milyard 174.2 min manata çatıb.
Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 1 milyard 975.2 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 34.7% və ya 508.8 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 49.5% və ya 508.8 milyon manat artaraq 1 milyard 443.7 milyon manata yüksəlib.
Uzun müddətdir, media bu bankın Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğunu yazır. Qeyd olunur ki, rəsmən səhmdarları Quliyevlər ailəsi E.Rüstəmovla yaxın münasibətlərə malikdirdir və onun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər. Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair aid edilir…
“Bank Respublika”nın əsas səhmdarı Natiq Quliyev yerli mətbuata bildirib ki, bankın nizamnamə kapitalında onun payı 46%, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil edib. O, Elman Rüstəmovun bankla əlaqəsini təkzib edib.
“Rabitəbank” ASC-yə gəldikdə, bu bankın aktivləri də 1 milyard manatdan artıqdır. Bir neçə il əvvəl cəlb edilmiş 2 yeni səhmdar – Rauf Zeynal oğlu Əliyev və Validə Maarif qızı Abasova hər biri hazırda bankın səhmlərinin 30%-nə, ümumilikdə 60%-nə nəzarət edir.
Bankın səhmlərinin qalan 40%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə, Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta”nın 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri), eləcə də digər fiziki şəxslərə məxsusdur.
Şübhəsiz ki, qısamüddətli dövrdə on milyonlarla əmanətin sözgedən banklardan çıxarılması ciddi səbəblərlə bağlıdır. Burada bankların öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsindn tutmuş depozitlərə görə ödənilən faiz gəlirlərinin az olması kimi müxtəlif səbəblər göstərilir. Həmçinin depozitlərə görə tətbiq olunan 10 faiz gəlir vergisinin də əhalidə və biznes subyektlərində banklarda pul saxlamağa marağı azaltdığı qeyd olunur.
Məlumatlı mənbələr bildirir ki, kommersiya qurumlarında depozit saxlayan əmanətçilər bəzən müxtəlif dövlət qurumları tərəfindən pulun mənbəyi ilə bağlı sorğu-sual edilməsi insanları banklardan çəkindirir. Nəticədə əhalidə olan külli miqdarda vəsait iqtisadiyyatdan çəkilərək yastıq altına, yaxud ölkə xaricinə gedir. Təbii ki, bu da ölkədə iqtisadi fəallığın azalmasına, bank sektorunun inkişafına mənfi təsir edir.
28-01-2020, 12:32
“Premium Bank”ın xalis mənfəəti 45% azalıb
23-09-2021, 13:25
Azərbaycanın bank sektoru kiçilib: Bankların bağlanması davam edə bilər? - NƏ BAŞ VERİR?
24-06-2022, 21:37
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
30-10-2021, 19:13
Uzun illərdir ziyanla işləyən “AccessBank” rəhbərliyi hansı “uğurlardan” danışır? - ARAŞDIRMA
27-10-2021, 09:23
Gələn il Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq
3-12-2021, 11:55
"Bank Respublika"nın SİRLİ YÜKSƏLİŞİ... - İLGİNC İDDİALAR...
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı