Uzun illərdir ziyanla işləyən “AccessBank” rəhbərliyi hansı “uğurlardan” danışır? - ARAŞDIRMA
Gündəm / Siyasət / Hadisə
Oxunub: 211
30 Ekm 2021 | 19:13
Uzun illərdir ziyanla işləyən “AccessBank” rəhbərliyi hansı “uğurlardan” danışır? - ARAŞDIRMA

capar.info : - Azərbaycanda fəaliyyət göstərən banklar 2021-ci ilin 3-cü rübünün nəticələrini əks etdirən maliyyə hesabatlarını açıqlayıb.

“AzPolitika.info” həmin hesabatlara istinadla xəbər verir ki, cəmi 4 bank rübü zərərlə başa vurub. Bunlardan üçü ölkəmizdə o qədər də populyar olmayan “Pakistan Milli Bankı”, “Yapıkredi Bank” və “Bank Avrasiya”dır. 4-cü bank isə əksinə, kifayət qədər tanınan və xüsusilə kiçik biznesin tez-tez üz tutduğu “AccessBank”dır.

Cari ilin 3-cü rübünün nəticələrinə görə, “AccessBank” 1 milyon manata yaxın – 914 min manat ziyan edib. Məsələ ondadır ki, cari ilin əvvəlki iki rübündən də bank ziyanla çıxıb. Belə ki, “AccessBank” 2021-ci ilin birinci yarısının yekunlarına görə 2 milyon 24 min manat ziyan etmişdi.

Ümumiyyətlə, sözügedən bank son bir neçə ildə ən çox ziyan edən banklar sırasında lider mövqelərində yer almaqdadır. 2020-ci ilə qədər bank ardıcıl 4 il ziyanla işləyib. Məsələn, 2019-cu ili bu bank 90 milyon(!) manat zərərlə başa vurub. Ancaq bu da ən böyük rəqəm deyil.

Məlumat üçün bildirək ki, “AccessBank” 2016-cı ili 100,889 milyon manat, 2017-ci ili 56.4 milyon manat, 2018-ci ili isə 11.5 milyon manat zərərlə başa vurmuşdu. İllərin təcrübəsi göstərir ki, zərərlə işləmək bir növ “AccessBank” üçün adət halını alıb. Buna görə mütəxəssislər onu ölkənin ən riskli banklarından biri hesab ediblər.

Daha sonra səhmdarlar bankın maliyyə vəziyyətini düzəltmək üçün əlavə vəsaitlər cəlb etdilər. Nəticədə bankın imkanları, kapitallaşma səviyyəsi, aktivləri artırıldı. Bankın aktivləri hətta bir milyard manata yaxınlaşıb. Buna baxmayaraq, bank yenə zərərlə işləməkdə davam edir.

Doğrudur, “AccessBank” 2020-ci ilin dördüncü rübünü 2.6 milyon mənfəətlə başa vurmuşdu. Lakin göründüyü kimi, cari ilin 3 rübünü yenə zərərlə işləyərək, demək olar ötən ilin sonundakı mənfəəti də “silib”. Və belə görünür ki, böyük ehtimalla bank ümumilikdə 2021-ci ili yenə ziyanla başa vuracaq.

Xatırladaq ki, bu qurumun ilk səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutları olub. Ölkədəki neft gəlirləri bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “AccessBank” vasitəsilə böyük qazanc əldə ediblər. Son illərdə isə bank heç cür “qara zolaq”dan çıxa bilmir.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, “AccessBank”-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edərkən yenə hansısa “uğurlardan” gen-bol danışıb. Hansı ki, bankir xanım da bilməmiş deyil ki, istənilən bankın, yaxud hansısa digər biznes, maliyyə strukturunun əsas göstəricisi onun mənfəətidir. O mənfəət ki, “AccessBank” uzun illərdir üzünə həsrət qalıb...
23-09-2021, 13:25
Azərbaycanın bank sektoru kiçilib: Bankların bağlanması davam edə bilər? - NƏ BAŞ VERİR?
14-04-2021, 10:44
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq alıb
15-09-2020, 13:09
Aşağı gəlirli əhali qrupu üçün bank xidmətləri pulsuz olacaq - Mərkəzi Bank
28-01-2020, 12:32
“Premium Bank”ın xalis mənfəəti 45% azalıb
6-01-2019, 14:36
Mərkəzi Bank: Aktiv plastik kartların sayı 6 milyon yarıma çatır
4-12-2018, 14:29
Əcnəbilər Azərbaycanda kartla böyük həcmdə alış-veriş ediblər
Dün, 20:30
Hansı yazıçı daha çox kitab yazıb? 4000-ə yaxın roman
Dün, 20:17
Bakıda evdən meyit tapıldı
Dün, 20:13
Dünyada ən təhlükəli nəqliyyat növü budur
Dün, 20:11
Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
Dün, 20:09
Braziliyalı ulduzdan depressiya və intihar etirafı
Dün, 20:07
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
Dün, 20:03
"Milan" "Boka Xuniors"un futbolçusunu alacaq
Dün, 20:01
Qan damarlarının divarlarını məhv edən məhsullar
Dün, 19:56
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
Dün, 19:54
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
Dün, 19:52
Əməkdar artist 27 ildir qardaşı oğlunu axtarır
Dün, 19:49
Keçmiş nazir Namiq Abbasov VƏFAT ETDİ
27-03-2024, 17:51
Ramazan ayı bir ildə iki dəfə qeyd olunacaq
27-03-2024, 17:46
Ən məşhur “qanuni oğru”lardan biri UKRAYNADAN QOVULUR
27-03-2024, 17:24
Azərbaycan millisinin baş məşqçisi ola bilər
27-03-2024, 17:21
Ağdaşda FACİƏ: 5 yaşlı uşaq yandı
27-03-2024, 17:16
Vilayət Eyvazov Kamran Əliyevi işdən çıxardı
27-03-2024, 17:12
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
27-03-2024, 17:10
Abşeronda QƏZA: Ölən var
27-03-2024, 17:07
Özünüzü xroniki stressdən qorumağın YOLLARI
27-03-2024, 17:04
Alla Puqaçova “xarici agent” ELAN EDİLƏ BİLƏR
27-03-2024, 17:00
Azərbaycan onları Özbəkistana təhvil verdi
26-03-2024, 14:39
Bakıda liftdən meyit tapıldı
26-03-2024, 14:35
Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır
26-03-2024, 14:32
Kişi yatan dostunu bıçaqladı
26-03-2024, 14:26
Ermənistan konyakına qadağa qoyuldu - Kimyəvi maddə aşkarlandı
26-03-2024, 14:22
UEFA "Qarabağ"ı cərimələdi
26-03-2024, 14:19
Saatlıda balıqçını cərəyan vurub öldürdü
26-03-2024, 14:13
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: yeni QADAĞA
26-03-2024, 14:11
Borca görə dostlarını qəbiristanlıqda döyüb öldürdülər
26-03-2024, 14:07
“Fənərbaxça” böyük qalmaqaldan sonra yeni liqa axtarışındadır
26-03-2024, 14:03
Aktrisanın 9 milyonunu oğurladılar
26-03-2024, 14:00
Dünyanın ən uzun yolunun KƏDƏRLİ TARİXİ
25-03-2024, 14:28
Elektron poçtunu açdı: 150 min dollar itirdi
25-03-2024, 14:08
Yağış, leysan, dolu - Sabahın HAVASI
25-03-2024, 13:54
Bakıda itirilən bank kartı ilə alış-veriş etdilər
25-03-2024, 13:49
Gəncədə mebel sexi yandı
25-03-2024, 13:47
Məşhur aktrisa 32 kilo arıqladı - Sirrini açdı
25-03-2024, 13:43
Bakıda kişi 150 manatlıq narkotiklə tutuldu