Hər evin laylası Şövkət – Yaralı ömrün nəğmələri

O həzin səsi ilə milyonların ürəyini fəth etmişdi. SSRİ-nin bütün respublikalarında, Fransa, İsveçrə, Şri Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşada yüzminlərlə insan bu ecazkar səsi ayaq üstə alqışlayırdı. Söhbət bu gün anadan olmasının 100 illiyi tamam olan Şövkət Ələkbərovadan gedir.
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdu. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyovun, Bülbülün diqqətini cəlb etmişdi. Onun ifasında Azərbaycan mahnıları və muğamları xüsusi zərafətlə səslənirdi, türk, fars və ərəb dillərində də mahnıları da eyni peşəkarlıqla oxuyurdu. Bir dəfə ərəb ölkələrindən birində səhnəyə çıxır. Çox kilolu olduğuna görə tamaşaçılar səhnəyə çıxışı zamanı elə də alqışlamırlar, görünür yaxşı ifaya ümidləri yox imiş. Lakin Şövkət xanımın mikrofonsuz ifası, gözəl səsi ərəbləri çaşdırır, onlar dəqiqələrlə ifaçını ayaq üstə alqışlayıb, səhnəni gül yağışına tuturlar. O həm gözəl xanım, həm gözəl sənətkar, həm də gözəl pedaqoq, ən önəmlisi gözəl anaydı. Lakin xoşbəxt qadın idimi? Yəqin ki yox.
İki dəfə ailə qurmuş, hər ikisi hüsranla bitmişdi. Birinci həyat yoldaşı erkən vəfat etmişdi. Ondan qalan yadigarı Natella da həyata erkən vida etmiş, (ərə getdikdən az sonra xərçəng xəstəliyindən ölmüşdü), bu ölüm Şövkət xanımı çox sarsıtmışdı. Lakin bu barədə bir qədər sonra.
Birinci dəfə ailə həyatı alınmayan müğənni ikinci dəfə məşhur kinorejissor Lətif Səfərovİa ailə qurur. Bir oğlu dünyaya gəlir.
Bəşir dünyaya gələndən bir neçə il sonra Şövkət xanımın əri Lətif Səfərov intihar edərək həyatına son verdi. Özünü tüfənglə atəş açaraq öldürmüşdü. Buna səbəb kinorejissora edilən təzyiqlər nəticəsində psixologiyasının pozulamsıydı.
İki övladı olsa da, əslində 5 uşağa analıq eləmişdi. II Dünya müharibəsində itkin düşmüş qardaşı Mir Ələkbərin xanımı da vəfat edincə onların tək balası Validəni öz balası kimi böyütmüş, Validə yalnız 13 yaşında əsl anasının Şövkət xanım olmadığını öyrənmiş, ona daha çox bağlanmışdı.Validədən başqa Şövkət xanım digər qardaşı Mir Şəfehin Sevda və Eldar adlı uşaqlarını da öz himayəsində böyüdüb
Az öncə qeyd etdim ki, Şövkət xanım qızı Natellanın ölümündən sonra çox sarsılıb. O qızından sonra az yaşayıb, bir daha mahnı oxumayıb. Yalnız onun balalarına layla çalarmış. Tezliklə öləcəyini deyərmiş. Ömrünün son aylarında ailəsindən başqa heç kimin gözünə görünmək istəməyib. Kimsənin onu susqun, sınmış görməsini arzulamayıb. Gəlini Gülnarə xanım müsahibələrindən birində bildirmişdi ki, o övladlarının narahat olduğunu görüb deyərmiş. “Mən xoşbəxt sənətkar idim. Səsim bütün xalqın laylasına çevrilib, məni xalq sevib, niyə üzülürsünüz ki?”. Bununla belə ailə üzvlərinin incəsənətdə olmasını istəmirmiş. Lətifin yaralı taleyi, özünün çətinliklərlə keçən ömrü və... Və deyərmiş ki, insanları qane etmək, razı salmaq çətindir, şöhrətin üzü dönük, özü nankordur.
Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən 30 ilə yaxın müddət keçir, lakin onun ifaları hələ də sevilərək dinlənir. Gənc musiqiçilər Şövkət xanımın repertuarına üz tutur, onun ifası ilə remikslər, duetlər hazırlayırlar. İnsanın ömrü onun sevən son insanın xatirələri unudulanda bitir. Bu mənada Şövkət xanım əbədiyaşardır.
7-11-2018, 16:17
Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
26-09-2020, 11:08
Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində
31-01-2020, 11:20
Bu dəfə səsi ilə gündəmə gəldi - Video
7-08-2019, 10:51
Bakıda 26 yaşlı oğlan güllələndi - Atəş açan AXTARILIR
19-01-2020, 10:38
Pompeo Liviya üzrə konfransda iştirak üçün Berlinə gedib
22-12-2018, 15:09
Bakı Musiqi Akademiyasında balaca ifaçının çıxışı maraqla qarşılanıb
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı