Lalə Şövkət ad gününü niyə qeyd etmir? - Oğlu səbəbi açıqladı
7 noyabr tarixi Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyevanın doğum günüdür, onun 67 yaşı tamam olur.Maraqlıdır ki, Lalə Şövkət heç vaxt doğum gününü qeyd etmit. Lideri olduğu partiya üzvləri belə, Lalə Şövkəti doğum günü ilə bağlı təbrik etmirlər.
Lalə Şövkətin oğlu Sidqi Şövkət onun doğum günü keçirmədiyini söyləyib: "Öncə sizə təşəkkür edirəm ki, anamı heç zaman unutmursunuz. Bəli, bu gün Lalə xanımın doğum tarixidir. Amma neçə illərdir ki, o, doğum günü keçirmir. Təbii, bu da səbəbsiz deyil. 1983-cü ildə anamın atası Şövkət bəy dünyasını dəyişib. O vaxtdan Lalə xanım doğum günlərini unudub. Üstəlik 1988-ci ildə anası Siddiqə xanım dünyasını dəyişib. Doğum günü keçirtməməklə bağlı Lalə xanımın fikri qətiləşib”.
Xatırladaq ki, Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. 1974-cü ildə institutu bitirdikdən sonra Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib.
1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilib. 100-dən çox elmi əsərin müəllifidir. Professordur.
1991-ci ildə RSFSR-nin baş naziri İ.Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilib. Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülüb.
1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib. 1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətində və həyatında dönüş nöqtəsi olur. Yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində Sovet Ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilir. Lakin Lalə Şövkət bundan imtina edib.
1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət prezident seçkilərinə qurumun lideri kimi qatılıb.
2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində qələbə qazanır və onun mandatı rəsmən təsdiq edilir. Lakin seçki pozuntularına etirazını bildirən Lalə Şövkət millət vəkili mandatından imtina edib.
Sonralar heç bir seçkiyə qatılmayıb.
6-11-2018, 17:03
Məşhur müğənni Nahid Emiloğlunun ölümündən yazdı (FOTO)
5-11-2018, 18:48
Daha beş rayonda “ASAN xidmət” mərkəzi açılacaq - VİDEO
5-11-2018, 18:38
"Qəbələ" - "Qarabağ" matçının başlama vaxtı bilindi
5-11-2018, 14:32
İbrahim Tatlisəsə soyadını verən sənətkar dünyasını dəyişib...
5-11-2018, 14:30
Vətəndaşın yaşadığı ev özünün xəbəri olmadan banka girov qoyulub
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır