Vətəndaşın yaşadığı ev özünün xəbəri olmadan banka girov qoyulub
Redaksiyamıza müraciət edən Şirvan sakini, 1957-ci il təvəllüdlü Valeh Cahangirov qızının və onun ailəsinin başına gətirilən fəlakətlərdən danışıb. O, bildirib ki, qızının qaynı Abıyev Şamil Famil oğlu 2014-cü ilin mart ayında, illik 20 faiz olmaqla, 36 ay müddətinə 50.000 (əlli min) manat məbləğində “Expressbank” ASC-nin Şirvan filialından kredit götürüb. Bütün müsibətlər isə bundan sonra baş verib. Kredit müqaviləsinin şərtlərinə əsasən Günel Abıyeva ilə həyat yoldaşı Vüqar Abıyevin birgə mülkiyyəti olan Şirvan şəhəri, Xaqani küçəsi 3, ev 124 ünvanında yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulub.
Belə ki, Şamil qardaşı Vüqarı inandıraraq, ona 2012-ci ildə kredit borcunun tam ödəndiyi üçün onun adına girov qoyduğu evin sənədlərini qaytarmaq məqsədilə tərtib edilən sənədlərə qol çəkməsini istəyib. Qardaşı isə Şamilin dediklərinə inanıb, səhlənkarlıq edərək sənədləri oxumadan imzalayıb. Evin digər pay sahibi hesab olunan Vüqar Abıyevin həyat yoldaşı Günel Abıyeva isə bu məsələdən xəbərsiz olub.
Bir neçə aydan sonra Abıyev Şamil krediti ödəyə bilməyib və evin bank tərəfdən alınma təhlükəsi yaranıb. Günel qaynının kredit götürüb, əvəzində evinin girov qoyulmasından xəbər tutanda artıq iş-işdən keçmişdi. Uzun müddət banka ödəniş edilmədiyi üçün 50.000 (əlli min) manatın üzərinə faiz gələrək 7.000 (yeddi min) manat da əlavə olunub. Bundan sonra Şamil kreditin ümumiyyətlə öhdəsindən gələ bilməyəcəyini görüb, krediti ödəməkdən imtina edib.
Çarəsiz qalan Valeh Cahangirov qızının, onun həyat yoldaşının düşdüyü bu vəziyyətdən çox nigaran olduğunu və evin əllərindən çıxacağı təqdirdə, qızı və özünə qəsd edəcəyini bildirdi: "Banka pul təminatı olaraq verilən ev qızımla həyat yoldaşının birgə mülkiyyəti hesab edilir. İpoteka müqaviləsi rəsmiləşdirilərkən qızım Günel Abıyevanın da razılığı alınmalı idi, o da həmin müqaviləni imzalamalı idi. Amma qızım nə müqavilənin bağlandığı Şirvan şəhəri 1 saylı Notariat Kontorunda, nə də ipoteka götürülən “Expressbank”da olmayıb, bu müqavilənin bağlandığından da tamamilə xəbərsiz olub. Qızımın qaynı Şamil Abıyev hansı yollasa qızımın şəxsiyyət vəsiqəsini ələ keçirib və Notariat Kontorunda saxta etibarnamə tərtib elətdirib. Həmin saxta “etibarnamə” isə notarius Daxil Kərimov tərəfindən təsdiqlənib.
Etibarnamədə isə, guya qızım Günel Abıyeva həyat yoldaşı Vüqar Fərman oğlu Abıyev tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, istənilən qiymətə və istənilən müddətə, istənilən bank qarşısında İPOTEKA qoyulmasına, onun tərəfindən istənilən vaxt ipoteka şərtlərinin dəyişdirilməsinə və təkrar ipotekalara yüklü edilməsinə icazə verir.
Qızımın qaynı Şamil Abıyev kredit borcunu ödəmədiyinə görə 2017-ci ilin 29 iyununda Ziya Müqərrəm oğlunun sədrliyi keçirilən məhkəmədə iddiaçı qismində “Ekspessbank” ASC, Abıyev Vüqar Famil oğlu və Abıyeva Günel Valeh qızına qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması iddiası üzrə qətnamə çıxarılmasını xahiş edilib.
Buna qədərsə məhkəmədən bildiriş alan qızım Günel Abıyeva Şirvan şəhər Məhkəməsinə müraciət edərək, onun adından tərtib edilən etibarnamənin saxta olduğunu bildirib və ekspertizaya göndərilmisini tələb edib. Nümunələr yoxlanılıb və aydın olub ki, qızımın imzası həqiqətən saxtalaşdırılıb. Amma bu dəfə də hakim Ziya Əliyev bizə qarşı məntiqsiz qərar verdi. Hakim bildirdi ki, iddia ərizəsi indi qəbul edilə bilməz, çünki iddiaçı 2014-cü ildə onun adından saxta ərizə tərtib edilməsi ilə bağlı şikayət ünvanlamalı idi məhkəməyə, indi isə artıq gecdir".
Aidiyyatı qurumlara müraciət edən Valeh Cahangirov xahiş edir ki, bu işdə əli olan günahkarlar haqlı cəzasını alsın, qızının ailəsi halal zəhmətlə qurulan yuvalarından didərgin salınmasın: “Onu da deyim ki, qızıma və onun ailəsinə nəsə olsa, mən də həyatıma qəsd edəcəyəm. Çünki balamın, nəvələrimin yoxluğuna dözə bilmərəm.
Bu məsələ ilə bağlı əks tərəfin də fikrini öyrəndik. Abıyev Şamil Famil oğlu hazırda işinin məhkəmədə olduğunu və nə qərar verəcəklərsə, ona uyğun olaraq addım atacağını bildirdi: "Bu mənim ilk kreditim deyil. İşlərimlə əlaqədar bundan əvvəl də kredit götürmüşəm və qəpiyinə kimi ödəyib bitirmişəm. Həmin vaxtı da evi girov qoymuşduq. Krediti bitirən kimi ikinci krediti götürmək üçün yenidən pul təminatı olaraq, bankdan girov üçün məndən mülk istənildi. Mən də qardaşımla danışdım, həll etdik. Bankdan qardaşımın yoldaşı Günel xanımın da imzasını istəyəndə onun hazırda burda olmadığını, Bakıda xəstəxanada olduğunu bildirdik və 1-ci kreditdə onun da razılıq imzasının olduğunu göstərdik. Bundan sonra bank mənə istədiyim məbləği ödədi. Dağıstandan yeyinti məhsulları gətirib Şirvan şəhərində dükanlara satıb, pul qazanırdım. Krediti götürəndən sonra Dağıstandan ərzaq gətirmək çətinləşdi və durumum pis vəziyyətə düşdü. Hazırda krediti ödəmək gücündə deyiləm və işim məhkəmədədir. Ödəmədən imtina da etməmişəm, sadəcə, məhkəmədə bankla razılığa gəlib, xırda-xırda bu məbləği ödəyib, krediti bitirməyi düşünürəm”.
Şikayətçinin ittiham etdiyi qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Elçin Əkbər,
capar.info
5-11-2018, 15:07
Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
5-11-2018, 14:33
Dünyada yeni iqtisadi böhran gözləntisi
5-11-2018, 14:32
İbrahim Tatlisəsə soyadını verən sənətkar dünyasını dəyişib...
5-11-2018, 14:25
İlham Əliyev Ağdama getdi – Açılış
5-11-2018, 14:24
Samir Şərifovdan manat açıqlaması: Təzyiqlər artır...
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır