Dünyada yeni iqtisadi böhran gözləntisi
Gündəm
Oxunub: 521
5 Kas 2018 | 14:33
Dünyada yeni iqtisadi böhran gözləntisiİqtisadçı-alim bunu real hesab eləmir, çünki...
Çin iqtiadiyyatında baş qaldıran böhran əlamətləri bütün dünyanın diqqət mərkəzindədir. Bu hadisə dünya mətbuatında qlobal əhəmiyyətli bir iqtisadiyyatı gözləyən aqibət barədə çoxsaylı analitik materialların yayılmasına səbəb olub. Nüfuzlu beyin mərkəzləri getdikcə daha tez-tez dünyanın ikinci böyük iqtisadiyyatındakı real vəziyyət barədə analitik icmallarla çıxış edirlər. Başa çatan oktyabr ayı ərzində belə materialların sayı ona yaxın olub.

Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) valyuta müharibələri müşaviri Ceyms Rickardsın Cində mümkün böhran gözlənilməsi barədə xəbərdarlığı isə ən çox müzakirə olunan açıqlamadır. Xatırladaq ki, “The Daily Reckoning” mətbu orqanındakı məqaləsində Rickards bildirir ki, 2019-cu ildə dünyanı böyük iqtisadi böhran gözləyir və buna Çin iqtisadiyyatında baş qaldıran problemlər səbəb olacaq. Onun fikrincə, Çini böhrana sürükləyəcək əsas amil borc problemidir.

Qeyd edək ki, Çində qeyri-maliyyə sektorunun borcları ölkənin 12 trilyon dollar təşkil edən Ümumi Daxili Məhsulunun 261,2 faizinə gəlib çatıb. S&P agentliyi isə Çinin rəsmi açıqlanan dövlət borcunun reallığı əks etdirmədiyi, əyalətlərdə toplanmış 5,8 trilyon dollarlıq borcun rəsmi statistikaya daxil edilmədiyini bəyan edib.

Çində gözlənilən iqtisadi proseslər, ABŞ-la ticarət müharibəsinin ona təsirləri barədə “Yeni Müsavat”a danışan iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, ABŞ-la Çin arasındakı ticarət müharibəsi ikincidə iqtisadi artım tempinin aşağı düşməsinə səbəb olub: “Bu, bir reallıqdır. Bu iki böyük dövlət arasındakı ticarət müharibəsi bütövlükdə dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Çində bu il üçün gözlənilən iqtisadi artım 6,5 faiz olacaq, gələn il isə 6,2 faizə düşəcək. 2023-cü ildə isə Çindəki artım tempinin 5,6 faizədək azalacağı gözlənilir. Bu, Çin iqtisadiyyatı ilə bağlı ən bədbin proqnozlardır. Dünya Bankı isə hesab edir ki, bu il Çində 6,5 faiz, 2019-cu ildə 6,3 faiz, 2020-ci ildə isə 6,2 faizlik iqtisadi artım olacaq. Qeyd edim ki, 2014-cü ildə Çində iqtisadi artım faktiki olaraq 7,3 faiz olub. 2010-cu ildə isə 10 faizdən yuxarı idi. Yəni illər üzrə baxdıqda görünür ki, Çin iqtisadiyyatında artım tempinin azalması 7-8 ildir gedən prosesdir. Buna görə də düşünmürəm ki, builki azalma da sırf ABŞ-la olan ticarət müharibəsindən irəli gəlir”.

Ekspertin fikrincə, Çin üçün ən cüzi azalma da ciddi xarakter daşıyır: “Nəzərə almaq lazımdır ki, bu ölkə dünyanın ikinci böyük iqtisadiyyatına malikdir. Oradakı 0,01 faizlik azalma belə çox böyük rəqəmlərlə ifadə olunur. Amma Çin iqtisadiyyatı çox şaxələnmiş iqtisadiyyatdır. Çində özəl istehlak artımı digər ölkələrlə müqayisədə daha çoxdur. Çünki Çinin əhalisi artır ki, bu da Çinə idxalı artırır. Bu gün Çinə çox mal ixrac edən ABŞ-dan da daha çox Avropadır. Eyni zamanda Rusiya, Hindistan, Avstraliya Çin bazarında böyük miqdarda mal satır. Və Çin bazarında baş verən dəyişikliklər qlobal səviyyədə müəyyən dəyişiklikləri şərtləndirə bilər. Çünki Çin bazarının xüsusilə də özəl istehlak artımı digər ölkələrə nisbətən daha çoxdur. Söhbət ondan gedir ki, ABŞ-da istehlakçı olaraq 330 milyon nəfər yaşayırsa, Çində, Avropada, Rusiyada, ümumiyyətlə, o zonada təxminən 4 milyard əhali yaşayır. Dünya iqtisadiyyatının bir güc mərkəzi olaraq Çin və onun ətrafındakı ölkələrdə gedən proseslər qlobal böhrana gətirib çıxara bilər. Hazırda ABŞ hakimiyyəti də bunu görür və buna görə də Çinlə son danışıqlar daha yumşaq tonda getməyə başlayıb. Çinlə müharibə ABŞ iqtisadiyyatında da problemlər yaranıb. Son aylarda ABŞ-da kənd təsərrüfatı məhsullarının azalması məhz bu müharibənin nəticəsidir. Eyni zamanda bu savaş qiymətli kağızlar bazarına da təsir edir”.

Q.İbadoğlunun fikrincə, proseslərin Çində iqtisadi böhrana gətirib çıxaracağı real deyil: “Amma görünən odur ki, Çin iqtisadiyyatının zəifləməsi prosesi davam edəcək. Bu isə Çinin idxaldan asılılığını getdikcə daha da gücləndirəcək. ABŞ-ın tətbiq etdiyi tariflərə görə Çin məhsullarının ixracatının azalması bütövlükdə Çində iqtisadi artımın səngiməsinə gətirib çıxaracaq. Amma yaxın zamanlar üçün mən dünya iqtisadiyyatında qlobal böhran gözləmirəm”.
5-11-2018, 15:07
Sahil Babayev: Orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək
5-11-2018, 14:31
İtaliya aktyoru Karlo Cuffre vəfat edib - FOTO
5-11-2018, 14:30
Vətəndaşın yaşadığı ev özünün xəbəri olmadan banka girov qoyulub
5-11-2018, 14:25
İlham Əliyev Ağdama getdi – Açılış
5-11-2018, 14:24
Samir Şərifovdan manat açıqlaması: Təzyiqlər artır...
Dün, 14:28
İsrail İrana raket zərbəsi endirdi
Dün, 14:20
Meksikada güclü zəlzələ
Dün, 14:13
Mbappe yekun qərarını verdi
Dün, 14:10
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı
Dün, 14:06
"Səhnədə ölmək istəmirəm" - Zülfiyyə Xanbabayeva
Dün, 14:02
Bu ərazilərə güclü yağış yağacaq - Sabahın HAVASI
Dün, 13:52
Uşaqlar ad günü şərəfinə kişini vəhşicəsinə döydülər
Dün, 13:49
Bakıda yeniyetmə qız binadan yıxıldı
Dün, 13:47
Bakıda evdə PARTLAYIŞ: ölən var
18-04-2024, 16:29
31 yaşlı kişi tövlədə özünü ASDI
18-04-2024, 16:25
Dünyanın ən dağıdıcı tornadosu: 80 min insan evsiz qalıb
18-04-2024, 16:21
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
18-04-2024, 16:17
Azərbaycanlı gənc parkinqə görə adam öldürdü
18-04-2024, 16:15
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
18-04-2024, 16:10
Külli miqdarda rüşvət alan müstəntiq axtarışa verildi
18-04-2024, 16:07
Keçmiş polis rəisinin evləri və bahalı maşını əlindən alındı
18-04-2024, 16:04
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandırır
18-04-2024, 15:56
Ucuz və sağlam qidalanmanın YOLLARI
18-04-2024, 15:55
Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı
17-04-2024, 22:22
Akif Ələkbərov həbsdə öldü
17-04-2024, 22:13
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
17-04-2024, 22:01
Çingiz Abdullayev evə buraxıldı
17-04-2024, 21:51
“Barselona”nın Çempionlar Liqasındakı antirekordu
17-04-2024, 21:49
Həddindən artıq su içib öldü
17-04-2024, 21:46
“Hamıya pul verib toyuna çağırır, məndən pul istəyir” - Xalq artisti
17-04-2024, 21:42
Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17-04-2024, 21:39
Ana və oğlu göldə boğuldular
16-04-2024, 22:03
Klublarımız “Bayer”dən geri qalır: “Qarabağ”ın qapıçısı
16-04-2024, 22:00
Bakı həbsxanasında ÖLÜM
16-04-2024, 21:58
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
16-04-2024, 21:53
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16-04-2024, 21:48
Festivalda "Qırğın" - faciədən sağ çıxan 50 nəfər intihar etdi
16-04-2024, 21:46
Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda poza verdi
16-04-2024, 21:42
Niyə təyyarələr Tibet üzərindən uçmur?
16-04-2024, 21:39
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16-04-2024, 21:31
Bakıda 47 yaşlı kişi özünü EVİNDƏ ASDI
16-04-2024, 18:04
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
16-04-2024, 10:36
Naftalanda narkotik vasitə satan və alan şəxslər saxlanılıblar - FOTO
16-04-2024, 10:33
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır