Lev Tolstoyun qızının erməni vəhşilikləri haqqında YAZDIQLARI
Cəmiyyət
Oxunub: 324
19 Ekm 2020 | 11:13
Lev Tolstoyun qızının erməni vəhşilikləri haqqında YAZDIQLARI Dövlət Tərcümə Mərkəzi erməni vandalların 1915-ci ildə Türkiyənin Van şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımın canlı şahidi olmuş dahi rus yazıçısı Lev Tolstoyun qızı – yazıçı-publisist Aleksandra Tolstayanın xatirəsini əks etdirən “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” adlı sənədli material hazırlayıb.
Mərkəzdən Lent.az -a verilən məlumata görə, ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilən materialın dünyanın aidiyyətli mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında və sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Dahi rus yazıçısı Lev Tolstoyun kiçik qızı Aleksandra Tolstaya (1884–1979) məşhur Yasnaya Polyana muzeyinin və Tolstoy Fondunun yaradıcısı olmaqla bərabər bədii və publisistik əsərlər müəllifi kimi də tanınır.
1915-ci ildə Aleksandra Tolstaya Rusiya imperiyasının təmsilçisi qismində Qırmızı Xaç Cəmiyyətinin xətti ilə Türkiyənin Van şəhərinə göndərilir və orada erməni yaraqlılarının türklərə qarşı törətdikləri vəhşiliklərin canlı şahidi olur, gördüklərini gündəliyində qeyd edir.
“...Yerlə yeksan olmuş Van şəhəri... Bizim gəlişimizə qədər bu şəhərdə ermənilərlə türklər arasında dəhşətli döyüşlər baş vermişdi.
Türklər ermənilər tərəfindən zəbt edilən dağüstü qalanı mühasirəyə almışdılar. Ermənilər qalanın müdafiəsi üçün vəhşi kimi vuruşurdular. Qadınlar gecələri gündüzlərə qataraq mərmilər düzəldir, türklərə atırdılar. Onlar bu vəziyyətə çox tab gətirə bilməzdilər, ərzaqları bitmişdi, silah-sursat, barıt ehtiyatı tükənmək üzrəydi. Əgər bizim kazaklar vaxtında onların köməyinə yetişməsəydi, şübhəsiz, ermənilər təslim olacaqdı. Hər iki tərəfdən xeyli sayda insan tələfatı ilə nəticələnən qanlı döyüşlər oldu. Ölənlərin meyitlərini gölə atırdılar...
Türk əsgərləri şəhəri tərk edəndə, təxminən 1000 nəfər Vandan çıxa bilmədikləri səbəbdən əsir götürüldü...”
​​​* * *
“...Ermənilər şəhərin türklər yaşayan ərazisinə od vurdular, gil tikililər çətin alışdığından onları ayrı-ayrı yandırdılar...”
* * *
“...Məni burada görəcəyim işlərlə bağlı təlimatlandırmışdılar...
İki böyük məktəb binası. Tamamilə bomboş qalmış iri otaqlarda nə çarpayı, nə stul var. Döşəmədə üstləri əsgi-üsgüylə örtülmüş çirkli, cansız bədənlər. Türklərdir... kişilər, qadınlar, qocalar, cavanlar, uşaqlar...
Körpələrin iniltisi, hönkürtü səsləri, sayıqlamalar... Bəzilərinin sifətində şübhəli ləkələr var.
Bu nədir? Cüzam?..
Çirkli, çəlimsiz əllər bizə tərəf uzanır... Qadınlar ağlaya-ağlaya: “Xanım, xanım!” – deyə yalvara-yalvara bizdən imdad diləyirlər...
Gözüm, bir küncə qısılmış, qolları, sanki ölmüş kimi qəribə şəkildə yanlarına düşən bir qadına sataşdı. Onun lap astadan gələn iniltisi güclə eşidilirdi...
Mənim sual dolu baxışlarıma cavabında mister Yarrou vəziyyəti izah etdi:
– Onun qollarını dartıb kökündən çıxarıblar.
– Bunu kim edib? Nə səbəbə?
– Ermənilərlə qarşıdurmalar zamanı...
– Ermənilər edib? Niyə axı onlar sadə bir qadına belə işgəncə veriblər? – heyrətlə soruşdum. – Amma qəzetlərdə oxumuşdum ki, burada vəhşiliklər törədən, erməniləri kəsib-doğrayan türklərdir. Heç nə anlaya bilmirəm...
– Qırğın hər iki tərəfdən olub. Təbii ki, hərbi qarşıdurmada başqa cür ola da bilməz. Türklərlə ermənilər arasında düşmənçilik əsrlər boyu davam edir.
Amma burada – Vanda biz ermənilərin, insanlıq adına ləkə olan vəhşiliklərinin şahidi olduq. Ermənilər qadınların döşlərini kəsir, qollarını, əllərini dartıb çıxarır, ayaqlarını sındırırlar... Bu qeyri-insani vəhşilikləri, günahsız qurbanları mən öz gözlərimlə görmüşəm...”
10-06-2020, 12:08
Aqşin Babayev vəfat edib
28-05-2020, 12:41
Azərbaycanlı ananın, ərəb atanın qızı... - Məşhur serialın sevilən obrazı
25-11-2018, 12:51
Sloveniya yazıçısının Mehdi Hüseynzadəyə həsr etdiyi kitab Fərhad Abdullayevin tərcüməsində
26-12-2018, 14:10
İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə
29-09-2020, 12:01
Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı
4-10-2020, 10:03
Dünən cəbhədə 2 dinc sakin həlak olub, 7-i yaralanıb - RƏSMİ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı