İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə
Mədəniyyət
Oxunub: 364
26 Ara 2018 | 14:10
İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə
İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 25-də Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlanmış “Ölüm həsrəti” tamaşasının premyerasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, premyerada tanınmış elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın direktoru, şair-dramaturq İftixar Piriyev bildirib ki, İrəvan teatrı həmişə milli-vətənpərvərlik mövzularını diqqətdə saxlayıb: “Xocalı soyqırımı nəticəsində erməni əsirliyində amansız işgəncələrə məruz qalan azərbaycanlı qadının həyat dramını əks etdirən “Ölüm həsrəti” pyesi isə teatr tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə səhnələşdirilib. Əsər pyesin ideya və məqsədini aydın şəkildə tamaşaçıya çatdıra bilir. “Xocalıya ədalət!” sülh çağırışıdır. Biz də öz tərəfimizdən sülhsevər dünya ictimaiyyətinə çatdırmaq istəyirik ki, Azərbaycan xalqı olaraq yaşadığımız bu soyqırımın bir daha dünyanın heç bir yerində təkrar olunmasına yol verilməsin”.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış ediblər.

Xocalı soyqırımından 26 ildən çox bir zaman keçməsinə baxmayaraq xalqımız bu faciənin ağrısını, dəhşətlərini hələ də yaşamaqdadır. Xocalıda baş verənlər istər təsviri sənət, istər poeziya, istərsə də nəsr əsərlərimizdə geniş işıqlandırılıb. “Ölüm həsrəti” tamaşasında isə müəllifin baş verənlərə orijinal münasibəti özünü göstərir. Əsərdə faciənin dəhşətlərini tamaşaçıya çatdırmaq üçün həm maraqlı səhnə tərtibatı, həm də fərqli bir süjet xətti var. Tamaşa başlayan andan hər bir izləyici özünü baş verən hadisələrin içində hiss edir. Səhnədə baş verənləri təkcə aktyorlar yaşamır, sanki hər bir izləyici o hissə köklənir. Bu, həm müəllifin, həm də rejissorun böyük uğurudur.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Sabir Şahtaxtı teatrın yaradıcı kollektivinin əməyini yüksək dəyərləndirib. Bildirib ki, belə səhnə əsərləri tariximizin unudulmamasına, gənclərin xalqımızın başına gətirilən müsibətlərdən xəbər tutmasına və insanlarda işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına böyük inam hissi yaradır.

Qeyd edək ki, yazıçı-publisist Sabir Şahtaxtının YAP icra katibliyinin təşəbbüsü ilə hazırlanmış “Xəzəl oldu Xocalının Xəzəngülü” kitabı 2006-cı ilə işıq üzü görüb. Kitaba erməni əsirliyində əzablı günlər yaşamış Xocalı sakinlərinin yazdıqları acı xatirələr daxil edilib. Kitabda “Ölüm həsrəti” pyesi də yer alıb. Ötən müddət ərzində fars və türk dillərinə çevrilən pyesin dünyanın bir çox yerlərində təqdimatı keçirilib.
23-12-2018, 16:18
Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub
15-12-2018, 14:27
“Qəribə adam” İrəvan Teatrının səhnəsində
8-12-2018, 14:26
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd edilib
5-12-2018, 15:53
Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçilib
28-11-2018, 13:23
“ƏSA” teatrının kollektivi Naxçıvana yola düşüb
Dün, 22:05
"Trabzonspor" Türkiyə kubokunun finalına yüksəlib
Dün, 22:01
Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar
Dün, 21:58
İtinizi anlamaq üçün nə etmək lazımdır?
Dün, 21:51
Poqbanın yeni işi var: başqa sahənin ulduzuna çevrilə bilər
Dün, 21:43
“Mercedes” bu avtomobillərin istehsalını davam etdirəcək
Dün, 21:39
Zorlanan qadının ailəsi cinayətkarın evini yandırdı
Dün, 21:36
Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı
Dün, 21:32
Bakıda qəza tıxac yartdı
Dün, 21:29
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
8-05-2024, 15:13
Çimərlik şəhərciyində çılpaq toylarkeçiriləcək
8-05-2024, 15:09
Bakı sakini küçədə bıçaqlandı
8-05-2024, 15:01
Bakıda bu ərazilərdə qaz olmayacaq
8-05-2024, 14:52
Şagirdinə nalayiq mesajlar yazan müəllim işdən çıxarıldı
8-05-2024, 14:40
Müsavat parlament seçkilərinə qatılacaqmı?
8-05-2024, 14:36
"Borussiya" ÇL-in finalına yüksəldi
8-05-2024, 14:35
Kim Kardaşyan büsqaltersiz gəzdi
8-05-2024, 14:25
9-cu mərtəbədən yıxılıb sağ qaldı
8-05-2024, 14:21
Külli miqdarda rüşvət alan polkovnikə 14 il HƏBS CƏZASI
8-05-2024, 14:13
Tiktok-da saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
6-05-2024, 20:57
Dostunu diri-diri yandırdı: 20 dollara görə
6-05-2024, 20:46
Bakıda kişi özünü turnikdən asdı
6-05-2024, 20:42
Sərnişinin xuliqanlığına görə metroda qatarların hərəkəti yubandı
6-05-2024, 20:35
"Barselona"nın keçmişq baş məşqçisi vəfat edib
6-05-2024, 20:30
Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı
6-05-2024, 20:25
Dörd bürcü uğursuzluq və məyusluq gözləyir – XƏBƏRDARLIQ
6-05-2024, 15:03
Madonna çimərlikdə 1,6 milyon insana pulsuz konsert verdi
6-05-2024, 15:00
“Bayer” “Benfika”nın rekordunu təkrarladı
6-05-2024, 14:59
Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü
6-05-2024, 14:50
“6 ay ayaqlayın gəzmişəm”- Çingiz Mustafayev
6-05-2024, 14:47
Qar, leysan, güclü külək - Sabahın HAVASI
6-05-2024, 14:42
Azərbaycanda Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYACAQ
5-05-2024, 19:14
Küçədə qadının boğazını kəsib öldürdü
5-05-2024, 19:11
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir
5-05-2024, 19:09
Trampın qızı mini ətəkdə ictimaiyyət qarşısına çıxdı
5-05-2024, 19:06
Runi futbol əfsanələri ilə işləyəcək
5-05-2024, 19:02
Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb
5-05-2024, 18:58
Hacıqabulda FACİƏ: 17 yaşlı qız qlzılcadan öldü
5-05-2024, 18:55
Başı örtülü model geyimi ilə hamını təəccübləndirdi
5-05-2024, 18:53
“Qarabağ”da yeni müqavilə