Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçilib
Sosial
Oxunub: 607
5 Ara 2018 | 15:53
Azərbaycan nümayəndəsi CEPEJ-in prezidenti seçilibTəməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, hakimlərin Avropada ən mütərəqqi və şəffaf seçim qaydası müəyyən edilib, məhkəmə sisteminin özünüidarə səlahiyyətləri ilbəil genişləndirilib.

Həyata keçirilən islahatlar zamanı Avropa Şurası və onun mühüm hüquq təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə sıx işgüzar əlaqələr qurulub. 2014-cü ildə CEPEJ-in plenar iclası ilk dəfə olaraq Strasburqdan kənarda - Bakıda təşkil olunub.

Hakimlərin seçimində ölkəmizin müsbət təcrübəsi CEPEJ tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilib. Həmçinin məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni unikal infrastrukturunun yaradılması sahəsində Azərbaycanın öncül dövlət olduğu vurğulanıb. Təsadüfi deyil ki, ötən il ölkəmiz məhkəmə sistemindəki uğurlarına görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub.

Ölkəmiz, həmçinin Komissiyanın işində fəal iştirak edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov uzun müddət CEPEJ-in Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsi üzrə Komitəsinin eksperti, qurumun Bürosunun üzvü və vitse-prezidenti kimi təmsil olunub. Azərbaycanın nümayəndəsi bir çox Avropa dövlətlərində məhkəmə sistemlərinin qiymətləndirilməsində yaxından iştirak edib, qiymətləndirmə qruplarına rəhbərliyi həyata keçirib, mötəbər beynəlxalq tədbirlərdə, habelə Avropa Şurasının müraciətləri əsasında xarici dövlətlərdə CEPEJ-in fəaliyyətini, xüsusilə ölkəmizin məhkəmə-hüquq sistemindəki müsbət təcrübəsini təbliğ edib, həmkarlarına aşılayıb.

Dekabrın 4-də CEPEJ-in Strasburqda keçirilən növbəti plenar iclasında qurumun prezidentinin, vitse-prezidentinin və Bürosunun iki üzvünün seçkisi keçirilib.

Məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz, habelə ölkəmizin Komissiyanın işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, seçkilər nəticəsində Azərbaycanın nümayəndəsi Ramin Qurbanov CEPEJ-in prezidenti seçilib.

Azərbaycan Respublikasının 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in prezidenti kimi yüksək səviyyədə təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir əyani təzahürüdür.
5-12-2018, 15:51
AŞPA-nın komitə iclasında Azərbaycanda Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülən işlərdən danışılıb
23-11-2018, 13:07
Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olunub
21-11-2018, 13:22
Metropolitenin həbsdə olan polis əməkdaşı məhkəmə qarşısında
21-11-2018, 13:21
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
5-11-2018, 17:09
Bağça müdiri məhkəmə zalında qandallandı: onun müavini də həbsdədir
Dün, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
Dün, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Dün, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
Dün, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
Dün, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
Dün, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
Dün, 17:30
Qarsa yeni baş konsul təyin edildi
Dün, 17:21
Günəşdə güclü alışma baş verib
Dün, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"
21-07-2026, 15:28
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
21-07-2026, 15:18
İrandan Hörmüzlə bağlı xəbərdarlıq
21-07-2026, 15:16
Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır
21-07-2026, 15:14
Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
21-07-2026, 15:12
Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
21-07-2026, 15:09
Ərdoğana qarşı sui-qəsd planı... – General açıqladı
20-07-2026, 13:06
Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
20-07-2026, 12:58
Biləcəridə hoteldə meyit tapılıb
20-07-2026, 12:32
İranda 5 dəqiqədə 2 güclü zəlzələ...
20-07-2026, 12:14
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
20-07-2026, 12:11
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 12:01
Avropaya kəskin istilər gəlir: 50 dərəcəyə çatacaq!
20-07-2026, 11:30
Neft qiymətləri kəskin dönüş etdi
20-07-2026, 11:29
Bu əməliyyatı da rəqs ilə məşhurlaşan “Dr. Gülü” edibmiş
20-07-2026, 11:26
Bakı və Astaranın bir hissəsində işıq kəsiləcək
18-07-2026, 23:21
Bu ölkə tamamən boşaldılır