Prezident İlham Əliyev peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi
Anar Məmmədov,millət vəkili
Bir il əvvəl pandemiyaya çevrilən koronavirus infeksiyası hələ də yayılmaqda davam edir. Bu müddət ərzində ölkələrdə həyata keçirilən sərt karantin rejimləri sayəsində COVID-19-un yayılmasında müəyyən azalmalar hiss olunsa da, yumşalmalar zamanı virus yenidən sürətlə yayılmağa başlayıb. Hazırda da dünya üzrə vəziyyət ürəkaçan deyil və gündəlik olaraq yüz minlərlə insan koronavirusa yoluxur.
Məlum olduğu kimi, ötən ilin payızı dünyada COVID-19 pandemiyasının ikinci dalğasının başlaması və yoluxma sayının sürətli artımı ilə yadda qaldı. Lakin ilin sonlarına yaxın vaksinlərlə bağlı əldə olunan uğurlar insanlığın pandemiyanı məğlub edəcəyinə ümidləri artırdı. Bir sıra ölkələrdə peyvəndlər sınaqdan keçirildi.
Prezident İlham Əliyev nitqlərində hər zaman vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Bu zamana qədər ölkə başçısının rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib və bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb. Dövlət rəhbərimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsi idi.
Ötən il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasında İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bəşəri problemin aradan qaldırılması istiqamətində daha bir uğura isə bu yaxınlarda imza atıldı. Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.
Beləliklə, Azərbaycan koronavirusun ortaya çıxdığı ilk zamanlardan etibarən ona qarşı operativ şəkildə qabaqlayıcı tədbirlər həyata keçirən ölkələrdəndir. Belə ki, pandemiya dövründə Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirmişdi. Ölkəmizdə 13 modul tipli xəstəxana inşa edilmişdi ki, bununla da formalaşan xəstəxana fondu xəstəliklə bağlı bütün məsələlərin həll olunmasına tam imkan verirdi. Eyni zamanda, pandemiyaya qədər Azərbaycanda 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilirdi. Bu gün isə laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Təsadüfi deyil ki, bu günə qədər 2.8 milyondan çox test keçirilib. Bütövlükdə pandemiya dövründə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən atılan addımlar onun necə prinsipial mövqe tutduğunu isbatlayır. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu. Sirr deyil ki, dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu.
Bu gün artıq Azərbaycanın pandemiyaya qarşı hərtərəfli mübarizəsi və zamanında gördüyü işlər ölkədə pandemiyanın fəsadlarının minimum səviyyədə olmasına zəmin yaradıb. Lakin əfsuslar olsun ki, koronavirus Yer üzündən yox olmayıb və yeni mutasiyaları ilə insanların sağlığını təhlükə altında saxlayır. Belə olan təqdirdə isə bu virusla mübarizədə hökumət tərəfindən həyata keçirilən tədbirlərin daha effektiv olması biz vətəndaşların ehtiyatlı olmasından, pandemiya qaydalarına məsuliyyətlə əməl etməsindən birbaşa asılıdır.
17-11-2020, 10:50
Azərbaycanda yoluxma pik həddə çatdı - SMS icazə bərpa edilir?
17-09-2020, 12:52
ÜST-dən sınaqdan keçirilən COVİD-19 peyvəndləri ilə bağlı açıqlama
16-06-2020, 13:27
Koronavirusun yeni növü aşkarlandı, sürətlə yayılır
24-09-2020, 10:29
COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırıldı
28-06-2020, 14:03
"Dünya müharibəsi ilə müqayisə olunan şəraitdə həmrəyliyə ehtiyac var" - Prezidentin köməkçisi
26-10-2020, 10:24
Əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər - XƏBƏRDARLIQ
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı