Alimdən Azərbaycanda vurulan vaksinlə bağlı AÇIQLAMA: 100 faiz qarşısını alır
Sosial
Oxunub: 366
19 Şub 2021 | 13:40
Alimdən Azərbaycanda vurulan vaksinlə bağlı AÇIQLAMA: 100 faiz qarşısını alır Azərbaycanda tətbiq olunan Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndi tibdə bugünə qədər uğur qazanmış inaktiv peyvəndlər qrupuna daxildir. Bu peyvəndin isə hələ ki, 2-ci fazada edilən tədqiqatının nəticəsi elmi ədəbiyyatda çap edilib. 3-cü fazanın son nəticələrinin də əsas hissələri elmi tədqiqat şəklində dərc edildikdən sonra onunla hər kəs tanış ola biləcək.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, "CoronaVac" peyvəndi də Çin istehsalı olan və bir neçə ölkələrdə artıq istifadə olunan "Sinopharm"ın "Vero" peyvəndi kimi inaktiv SARS-CoV-2-dən hazırlanır:
“İnaktivləşməsində əsasən beta-propiolaktondan və vaksinin təsir gücünü artırmaq üçün isə aluminium-hidroksiddən istifadə olunduğu bildirilir. İnaktiv peyvəndlər tibbdə uğur qazanmış peyvəndlər qrupuna daxildir, ona görə bu dəfə də uğur qazanacağı istisna deyil.
Sadəcə Avropa və Amerikada inaktiv üsulla peyvəndin hazırlanmamasının səbəblərindən biri bu peyvəndin allergik reaksiya vermə ehtimalı idi. Amma istehsalçı şirkət bu günə qədər olan tədqiqatlarda allergik reaksiyanın gözlənilən kimi olmadığını sübut edə bilib. Bu peyvəndin gen texnologiyası ilə hazırlanan peyvəndlərdən üstünlüklərindən biri də qısa zaman ərzində təsiretmə gücünə malik olmasıdır.
Digər tərəfdən inaktivləşdirmənin müəyyən antigenlərdə dəyişiklik edə bilməsi və bəzi anticisimlərin virusu tanımaqda çətinlik çəkməsi gözləniləndir. Bütün bunlara baxmayaraq, inaktivləşmiş viruslarla bağlı bu günə qədər aparılan elmi tədqiqatların nəticələrinə baxsaq görərik ki, onların effektivliyi kifayət qədər yaxşıdır və bunlar çap ediləcək növbəti tədqiqatın nəticəsində də öz əksini taparsa, bu, böyük bir uğur deməkdir.
Buraya "Sinopharm"ın da 3-cü faza nəticələrini də aid etmək olar. Yanvar ayında onun effektivliyinin rəsmi olaraq 86% olduğu bildirilib və xəstəliyin ağır formasının qarşısını 100% ala bildiyi söylənilib. "CoronaVac" haqqında isə tibbi müalicə tələb edən xəstəliyin peyvəndin ikinci dozasından sonra 83,7 % az rast gəlindiyi və ölüm hallarının, eləcə də xəstəxanada müalicə alacaq səviyyədə olan xəstəliyin ağır formasının qarşısının 100% alındığı rəsmi olaraq bildirilib. Bir daha vurğulayıram ki, rəsmi səsləndirilən bu fikirlər həm də çap olunan tədqiqatda yer alarsa, bu böyük bir uğur sayıla bilər.
Bütün peyvəndlərin yan təsirlərinə əsasən, onun allergik reaksiya vermə ehtimalı diqqətdə saxlanılır. Ona görə də əvvəllər allergik reaksiyalarla rastlaşan şəxslər peyvəndi aldıqdan sonra mütləq həkim nəzarətində olmalıdır”.
26-10-2020, 10:24
Əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər - XƏBƏRDARLIQ
19-09-2020, 10:29
Virusun yeni dalğası gəlir – MÜTƏXƏSSİS HAZIRLIQ TƏDBİRLƏRİNİ AÇIQLADI
5-08-2020, 12:00
Professordan SENSASİON açıqlama: “Vaksinlərin yaradılmasına milyardlarlar xərclənir”
31-05-2020, 13:21
Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA
20-04-2020, 12:06
Bill Qeyts ELAN ETDİ: koronavirus peyvəndi bu tarixdə hazır olacaq və hər kəsə...
16-04-2020, 18:13
Azərbaycanlı həkimlərdən yeni model: COVID-19-a gizli yoluxanları saymaq mümkün olacaq
Dün, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
Dün, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
Dün, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Dün, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
Dün, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
Dün, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Dün, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
27-07-2026, 17:47
Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?
27-07-2026, 17:42
Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
27-07-2026, 17:41
Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia
27-07-2026, 17:39
Bu şəxslər 7 min manatadək cərimələnəcək
27-07-2026, 17:36
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
27-07-2026, 17:33
AB-dən iranlı hakimlərə sanksiya..
27-07-2026, 17:30
Qarsa yeni baş konsul təyin edildi
27-07-2026, 17:21
Günəşdə güclü alışma baş verib
27-07-2026, 17:18
Sərnişin təyyarəsi zolaqdan çıxdı - Qorxulu anlar
23-07-2026, 16:04
Neft bahalaşmaqda davam edir
23-07-2026, 16:03
Britaniya diplomatlarını İrandan çıxardı
23-07-2026, 15:59
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
23-07-2026, 15:57
Türkiyədə güclü zəlzələ
23-07-2026, 15:54
Türkiyədə həyat İFLİC OLDU
23-07-2026, 15:49
Nabranda dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı
23-07-2026, 15:47
Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
23-07-2026, 15:45
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
23-07-2026, 15:41
Bu ərazilərdə qaz olmayacaq
21-07-2026, 15:36
Portuqaliyalı hücumçudan "Qarabağ"a gözlənilməz cavab
21-07-2026, 15:35
3000 erməni bir anda İrana axışdı - Səbəbi bu imiş
21-07-2026, 15:32
Azərbaycanlılar bu ölkədən deport olundu
21-07-2026, 15:30
Rusiyada benzin gizlədənlərin "ovuna başlanıldı"