Himayədarlığın, qayğıkeşliyin mükəmməl örnəyi
Dünya dövlətləri kimi, Azərbaycan da qlobal pandemiya şəraitindədir. İqtisadiyyatdakı geriləməyə baxmayaraq, dövlətin sosial siyasətində dəyişiklik yoxdur, yəni böhrana baxmayaraq heç bir sosial layihə təxirə salınmır, əksinə, keçən illə müqayisədə bu il daha geniş miqyasda həyata keçirilir. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrə dövlət qayğısı hər zamankı kimi ön plandadır. Yəni qlobal böhran dövründə də əhalisinin sağlamlığı, sosial müdafiəsinin təmin edilməsi dövlətin qarşısında duran strateji vəzifələrdən biridir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi diqqət və qayğısı, qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır
Xüsusən bu kateqoriyadan olan şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin diqqət və qayğısı hər zaman yüksək olub. Bu diqqət və qayğının bariz nümunəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva göstərir. Onun xidmətlərinin sevinci yüzlərlə şəhid ailəsinin ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, onlara həyat eşqi verib, qəlblərdə işıqlı sabaha inam yaradıb.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən igidlərin ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşmasını, onların sosial problemlərinin həllinə diqqət göstərməsini və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini daim özünün vətəndaşlıq borcu hesab edib.
2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Birinci vitse-prezident tərəfindən dərhal müsbət münasibət bildirilməsi də deyilənlərin bariz təcəssümüdür.
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan hər iki ailə uzun müddətdir ki, çətin şəraitdə, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Qəza vəziyyətində olan evlərinin təmiri ilə əlaqədar ictimai birliyə ünvanlanmış müraciətlə bağlı təşkilat tərəfindən Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verilib. Fondun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.
Mehriban Əliyevanın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.
Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.
Müharibə əlillərinə maddi-mənəvi dəstək
Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara göstərdiyi qayğı genişmiqyaslıdır. Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir.
Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır.
Xatırladaq ki, Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirir. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.
Birinci vitse-prezident ötən il protezlərlə təmin olunan hərbçilərlə görüş zamanı vurğulamışdır ki, dövlət onların fəaliyyətini yüksək qiymətləndirir, belə mərd və cəsarətli oğulların olması ilə fəxr edir. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti hər vaxt bu insanlara dəstək olacağını söyləmişdiı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.
"Ev almayan şəhid ailəsi qalmayacaq”
Dövlətin öz vətəndaşlarına göstərdiyi qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət gündən-günə artır.
Prezident İlham Əliyev verdiyi fərman və sərəncamlarla şəhid ailələri üçün hər cür şərait yaradır. Şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər, Prezident təqaüdü verilir. Bu kateqoriyadan olan ailələrin bir sıra üstünlükləri də var. Onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi dəstək göstərilir.
2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərmanın da şəhid ailələri ilə bağlı olması bunu təsdiqləyən reallıqdır. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.
Ötən il yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi, Prezidentin "ev almayan şəhid ailəsi qalmayacaq” fikrini bəyan etməsi həm ölkə vətəndaşlarını qürurlandırdı, həm də hər kəsə şəhid ailələrinə münasibətin necə olmasının nümunəsini göstərdi. Azərbaycan vətəndaşı, xüsusilə də ən həssas təbəqə olan şəhid ailələri, müharibə əlilləri bir daha gördülər ki, dövlət də, ölkənin lideri də hər zaman onların yanındadır, daim onlara sahib çıxıb və bundan sonra da belə olacaq.
Əslində, Prezident, həmçinin Mehriban xanım Əliyeva mütəmadi olaraq bu kateqoriyadan olan insanlarla görüşür, onları dinləyir və hər dəfə də yeni himayədarlıq nümunəsi nümayiş etdirirlər. Onu da vurğulayaq ki, şəhid, o cümlədən məcburi köçkün ailələri və müharibə əlilləri ilə Prezidentin hər görüşü səmimi ovqatı, xoş ünsiyyəti ilə əlamətdar olur, rəsmiyyətçilik məhdudiyyətini tamamilə aşır.
Bu il şəhid ailələrinə rekord sayda - 1500 mənzil veriləcək
Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəlir.
Pandemiya şəraitində yaşasaq da, ölkədə müharibə əlilləri və veteranları ilə yanaşı, şəhid ailələrinin mənzillə təminatında heç bir problem yaşanmır. Dövlət bu istiqamətdə sosial layihələrini reallaşdırmaqdadır.
İyulun 6-da Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra televiziya kanallarına verdiyi müsahibəsində bu məsələyə ətraflı şəkildə toxundu.
Bəlli oldu ki, qlobal böhrana baxmayaraq, aztəminatlı ailələrə göstərilən yardımlar davam edəcək və həssas təbəqəyə aid vətəndaşların mənzillərlə təmini prosesi reallaşacaq. Bu il şəhid ailələri və məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək. Belə ki, 7 mindən çox məcburi köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək, şəhid ailələrinə rekord sayda - 1500 mənzil veriləcək. Adətən il ərzində bu rəqəm 700-800 olub. Həmçinin 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzil təqdim ediləcək.
Əlavə edək ki, bu ilin may və iyun aylarında şəhid ailələri və müharibə əlillərinə 300 mənzil verilib. Daha sonra isə 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək. Xatırladaq ki, ötən il bu təbəqəyə aid vətəndaşlara 934 mənzil və fərdi ev təqdim edilib.
Həmçinin bu il müharibə əlilləri və onlara bərabər tutulanlara 100 avtomobil verilib. Cari ildə 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.
Göründüyü kimi, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsgər və hərbi qulluqçuların ailələrinin, milli ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına həmişə xüsusi qayğı göstərirlər və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
29-06-2020, 17:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
29-01-2019, 12:35
Şəhidin həyat yoldaşı: Azərbaycanda şəhid ailələrinə qayğı dövlətin diqqət mərkəzindədir
24-12-2018, 13:38
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsinə görə şəhid anaları adından Prezidentə təşəkkür edirəm
24-12-2018, 13:37
Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib
Dün, 14:40
Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat
Dün, 14:30
ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
Dün, 14:09
Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
Dün, 14:06
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
Dün, 14:01
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin edildi
Dün, 12:57
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Dün, 12:54
Azərbaycan Mərkəzi Bankı (AMB) qızılın iyulun 2-nə olan rəsmi qiymətini açıqlayıb.
Dün, 12:37
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Dün, 12:35
İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə
Dün, 12:19
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Dün, 12:17
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşdü
1-07-2026, 12:19
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
1-07-2026, 11:06
Fransada prezident seçkiləri bu tarixdə keçiriləcək
1-07-2026, 11:03
Türkiyə və Suriya arasında mühüm müzakirə
1-07-2026, 10:42
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
1-07-2026, 10:40
Azərbaycan nefti ucuzlaşdı
1-07-2026, 10:07
Ukraynanın dron alması üçün vəsait ödəndi
1-07-2026, 10:06
Göyçayda maşın kanala düşdü
1-07-2026, 10:04
Müharibədə yeni mərhələ: Zelenskinin 40 günlük planı
1-07-2026, 09:56
Çində təhsil müəssisələrində süni intellekt məcburi fənn olacaq
1-07-2026, 09:53
Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?
1-07-2026, 09:50
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
1-07-2026, 09:47
Qalibaf İranın “qırmızı xətti“ndən danışdı
29-06-2026, 11:30
Müctəba Xamenei çağırış etdi - “Xalqının qarşısında duran ən vacib məsələ...”
29-06-2026, 11:28
Evdən qadın meyiti tapıldı
29-06-2026, 11:27
Çində güclü zəlzələ olub - Xəsarət alanlar var
29-06-2026, 11:25
Ərzaqlıq buğdanın yeni dövlət tədarük qiyməti müəyyən edildi
29-06-2026, 11:23
Britaniya aviaşirkətinə məxsus təyyarə tüstülənmə səbəbindən Erfurtda yerə enib
29-06-2026, 11:10
İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı.
26-06-2026, 11:58
İran Sinqapur yük gəmisinə hücum etdi
26-06-2026, 11:56
Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI
26-06-2026, 11:54
Almaniya Ekvador millisinə uduzdu
26-06-2026, 11:53
Yaponiyada yenidən güclü zəlzələ oldu
26-06-2026, 11:50
İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
26-06-2026, 11:47
Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ
26-06-2026, 11:31
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
25-06-2026, 12:36
Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq
25-06-2026, 12:35
"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu
25-06-2026, 12:21
Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar