“Çörəyin üstünə elə asqırdı ki...” – Açıq çörək satışının öldürücü TƏHLÜKƏSİ
Sosial
Oxunub: 405
14 Nis 2020 | 21:13
“Çörəyin üstünə elə asqırdı ki...” – Açıq çörək satışının öldürücü TƏHLÜKƏSİ "Özüm görmüşəm dəfələrlə. Zavod çörəyi mağazalara açıq şəkildə, maşınlarda gətirilir. Mağazaların, marketlərin yanında taxta yeşiklər yerə qoyulub, içərisinə çörək yığılır. Sonra altı yerə dəyən həmin taxta yeşiklər üst-üstə qoyulur və əli, üstü çirkli çörəkdaşıyan onu qucağına alıb, marketə daşıyır.
Bir dəfə səhər işıqforda dayanmışam. Mağazanın qarşısında bir kişi "Jiquli"-nin yük yerindən (baqaj) təndir çörəyini karton yeşiyə yığdı. Qucağına alıb 2 addım atmışdı ki, asqırdı. Günəş qarşı tərəfdən düşdüyü üçün çörəklərin üstünə səpələnən hər “damla”nı aydınca gördüm...
Olmazmı ki, bütün çörək və un məmulatları istehsalçıları bu məhsulları tam qapalı kağız və ya selofan torbalarda satışa çıxarsın? Digər çörək markaları kimi..."
Bu sözləri tanınmış sosial şəbəkə istifadəçilərindən biri öz hesabında paylaşıb. Lent.az uzun müddətdir, bu məsələ ilə bağlı araşdırma və reportajlar hazırlayır. Koronavirus pandemiyası elan olunandan sonra isə qida, xüsusilə çörəyin istehsalı və satışının gigiyenik tələblərə uyğunluğu məsələsi kifayət qədər aktuallaşıb.
Yaxud, başqa bir misal. Məşhur marketlər şəbəkəsinin mağazalarından birindən uzun müddətdir çörək alırdım. Çörək mağazanın özündə bişirilir və məhsulu yarıya qədər örtən kağız torbaya qablaşdırılır. Sonra taxta rəflərə qoyulur. Həmin rəflər isə o qədər ayaq altında və alçaqdandır ki, gələn müştəri, bir yaşlı uşaq olsa belə, rahatca əllərini çörəyə vura bilər. Dəfələrlə kənardan müşahidə edirdim ki, rəflərin yanından o yan bu yana gedən müştərilərin geyimləri çörəklərə toxunur. Satıcıya iradımı bildirsəm də heç bir faydası olmurdu. Elə ki, koronavirus bəlası çıxdı və açıq çörək satışı qadağan olundu, marketdə çörəklər tamam örtüldü, rəfin önünə isə qırmızı lent çəkildi və müştərinin həmin əraziyə girişi qadağan olundu.
Bunu əvvəldən etmək çox çətin idi? Bu başqa bir söhbətin mövzusudur ki, bir vərəmli xəstə gün ərzində neçə insanı yoluxdura bilir. Hələ heç koronavirus təhlükəsini demirik.
İndi ortaya çıxan problemlərdən biri də çörəklərin paketlənməsinin bəzən sadəcə gözdən pərdə asmaq məqsədindən kənara çıxmaması ilə bağlıdır.
Çörəklər o paketə girənə kimi hansı yollardan keçir, kimlər ona toxunur və s. Yenə adlı-sanlı marketlərdən birinə axşam saatlarında çörək üçün getmişdim. Arxayınlıqla paketlənmiş çörəyi götürüb qayıdırdım ki, marketə çörək gətirildi.
Çörək necə gəldi açıq formada, müştərilərin hər gün yüz cür mal yığdığı arabada ortaya qoyuldu. Məlum idi ki, bayırda maşından boşaldılıb buraya yığılmışdı. Çörək gətirən tez çalışanlardan birini çağırdı "gəl çörəyi paketlə, vaxtım azdı". Xanım da əlindəki hər iş gördüyü əlcəyi çıxarmadan çörəkləri götürüb paketə salmağa başladı. Bir müştəri kimi paketlənmiş çörəklə bağlı təsəllim də suya düşdü. Bu mövzunu dəfələrlə qabartmışıq ki, çörəyin hazırlanması ilə yanaşı daşınmasında da ciddi problemlər var. Mağazaya gəlib çıxana qədər o çörəyə kim əlini vurur? Necə hazırlanır və hansı şəraitdə paketə qoyulur, heç birimiz bilmirik. Buna görə də müştəri avtomatik formada paketlənməmiş bütün çörək və çörək məhsullarından şübhəli qalır və ya qalmalıdır.
Bu mövzu indi hər kəsi narahat edir. Bəs çıxış yolu nədədir? Çörək hansı şəraitdə qablaşdırılmalı və müştəriyə çatdırılmalıdır?
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi Lent.az -ın suallarını cavablandırarkən bir sıra məqamlara toxundu.
Agentliyin sektor müdiri Ramazan Nəbiyev çörəyin necə saxlanılması məsələsinə aydınlıq gətirib. O bildirib ki, çörək və bulka kimi istifadədən öncə heç bir termiki və təmizlənmə prosesdən keçirilməsi mümkün olmayan məmulatlar xüsusi vitrin arxasında saxlanmalı və istehlakçılardan təcrid edilməlidir. Bu məhsullar yalnız gigiyenik vasitələrlə təmin olunmuş satıcı tərəfindən verilməlidir.
Qurumdan o da bildirilib ki, AQTA xüsusi karantin rejimi ilə bağlı ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər aparır: "İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər".
Görünür, ticarət müəssisələrinin sahiblərinin buna əməl edib-etməməsi də ayrıca monitorinq olunmalıdır.
Bəs daşınma qaydalarına əməl olunmayan məhsul dedikdə nələr nəzərdə tutulur?
Bu sualımıza Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Huseynov aydınlıq gətirib. AİB sədri bildirib ki, çörək satışı ilə bağlı il ərzində istehlakçılardan hər gün quruma müraciətlər daxil olur: "Çörəyin daşınması, bükülməsi, isti çörəyin daşınması və s. ilə bağlı hər zaman zənglər olur. Koronavirus təhlükəsinin olduğu indiki vəziyyətdə isə zənglər daha çox çörəyin açıq şəkildə satılması ilə bağlıdır. Xüsusilə, koronavirusun hava ilə yayılma faktı doğrudursa, çörəyin açıq satılması yolverilməzdir. Ümumiyyətlə, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən çörəklər bağlı olmalıdır. Üzərində buraxılma və son istifadə tarixləri, istehsalçı şirkətin rekvizitləri olmalıdır. Lakin biz görürük ki, bazarda təxminən 15-20 faizə qədər açıq çörək satılır. Üstəlik, böyük marketlərin içində açıq təndir çörəyi satılır və s.".
E.Hüseynovun sözlərinə görə, bu gün quruma daxil olan məlumatda hansısa humanitar məqsəd üçün aparılan çörəyin böyük maşında, sürücülər oturan yerdə ayaq altına yığılıb daşındığı bildirilib, bununla bağlı foto da göndərilib: "Çörəyin bu şəkildə daşınması koronavirusdan daha təhlükəli xəstəliklərə səbəb ola bilər. Böyük istehsalçıların bir qisminin açıq çörək satmasının bir səbəbi də istehlakçıların səhvən isti çörəyə meylli olmasıdır. Əhali bilməlidir ki, isti çörək yemək zərərlidir və mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Əhali meylli olduğu üçün istehsalçı onu isti-isti qablaşdıra bilmir. Bu səbəbdən məcbur qalıb, marketlərə açıq çıxarırlar. Halbuki, bayaq qeyd etdiyim qərara görə, marketlər həmin çörəyi satışa qəbul etməməlidirlər. Market sahibi ilə açıq çörək istehsalçıları arasında iqtisadi razılaşma var. Bu, satıcılara sərf etdiyi üçün satışa çıxarırlar. Məlumdur ki, açıq satılan çörəklərə insanlar əl vurur, dəyişir, çörək yerə düşür və s. Marketlər birmənalı şəkildə açıq çörəkləri qəbul etməməlidir. Marketin içində təndirlərdə çörək bişirilməsinə son qoyulmalıdır. İstehsalçılar çörəyi mütləq bükməli, istehlakçılar isə açıq çörək almamalıdır. Bilməlidirlər ki, açıq çörəklər təkcə koronavirus yox, digər xəstəliklərin də mənbəyi ola bilər.
Çörəyin hazırlanması, bükülməsi və daşınması ilə bağlı normativlər var. Görürük ki, bu cür çörəklərin əksəriyyəti necə gəldi-avtomobillərin yük yerində və başqa antisanitar vəziyyətdə daşınır. İnsanlar bu cür çörəklərə tələbat yaratmamalı və bu məsələ tezliklə həll olunmalıdır".
Göründüyü kimi, çörəyin açıq şəkildə satılmaması ilə bağlı bir sıra qərar və normativlər olsa da, bu problem hələ də qalır. Bu problemin ortaya çıxmasında əhalinin yaratdığı tələbat da qeyd olunur. Bəzi insanlar düşünə bilər ki, nə edək, məcbur qalıb alırıq. Halbuki insanların seçimi də var. Heç bir insan əli dəymədən avtomatik qablaşdırılmış məhsullara üstünlük vermək. Məsələn, bu gün ölkə bazarında N1 markası ilə satılan çörək və çörək məhsullarını istənilən marketlərdə əldə etmək olar. Bu zavodun məhsuluna istehsal olunduğu məkandan tutmuş, ta marketlərə və alıcıya çatana qədər əl dəymir. Bu cür məhsullara üstünlük verməklə əhali digər istehsalçıları da bazara daha sağlam və təhlükəsiz çörək çıxarmağa məcbur edə bilər.
14-04-2020, 11:13
Bakıda icazəli çörək daşıyan sürücü cərimə edilib
29-01-2020, 12:31
Afaq Aslandan səs-küy yaradan addım: “Cəsur qadın sözü birbaşa deyir“ - FOTO
28-01-2019, 12:33
Bakıda ərzaq mağazasında xoşagəlməz görüntü - VİDEO
29-11-2018, 14:36
Xumar Qədimova toyda yerə yıxıldı - VİDEO
12-11-2018, 12:48
Rumıniyada sürücü avtomobili insanların üstünə sürdü, xəsarət alanlar var
5-11-2018, 18:49
Şəki, yoxsa Bakı pitisi? - REPORTAJ
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı
28-07-2026, 22:54
Müəllimini güllələyən şagirdə hökm oxundu
28-07-2026, 22:53
Ronaldo serialda rol alacaq
28-07-2026, 22:51
İran Ukraynaya hücuma hazırlaşır
28-07-2026, 22:50
“Qarabağ”dan ayrıldı, bu kluba keçdi
28-07-2026, 22:27
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu