Rusiyada çeçenlərə savaş elan edən azərbaycanlı avtoritet kimdir? - DOSYE
Siyasət / Hadisə / Cəmiyyət
Oxunub: 332
9 Tem 2022 | 23:21
Rusiyada çeçenlərə savaş elan edən azərbaycanlı avtoritet kimdir? - DOSYE
Rusiyanın şimal-qərbində ən böyük pərakəndə və topdan ticarət bazarı olan Neva meyvə-tərəvəz bazası yaxud digər adı ilə “Sofiysk” bazarı Sankt-Peterburq şəhərinin və bütövlükdə Leninqrad vilayətinin kriminal xronikasında tez-tez hallanan ərazidir.

Frunze rayonunu sənaye zonasında yerləşən bazar 60 min kvadrat metr ərazini əhatə edir. 200-dən çox şirkət və biznesmenin çalışdığı bazar hər gün 2 minə qədər yük maşını qəbul edir, burada xaricdən gətirilərək sonradan Rusiyanın qalan ərazilərinə paylanan meyvə-tərəvəzin 60%-ə qədəri cəmləşib.

Qeyri-rəsmi olaraq azərbaycanlıların nəzarəti altında olan bazarın ərazisində son illərdə çoxsaylı qətllər, atışmalar, qarətlər və kütləvi davalar, hədə-qorxu yolu ilə pul tələb etmələr, adam oğurluğu və s. zorakı cinayətlər baş verib.
“Sofiysk” bazarına nəzarət uğrunda azərbaycanlı klanlar arasında gedən savaş və həmin klanlardan birinin lideri olan Novruz Məmmədovun kriminal fəaliyyətinə nəzər salır.
Rusiyada çeçenlərə savaş elan edən azərbaycanlı avtoritet kimdir? - DOSYE
“Sofiysk” bazarı azərbaycanlı “qanuni oğru”lar Lotu Quli (Nadir Səlifov) və Rövşən Lənkəranski (Rövşən Caniyev) arasında transmilli müharibənin ocaqlarından biri idi. Amma bazarda baş verən qətllərin çox az qismi onların mübarizəsinin nəticəsi idi.

Belə ki, “Sofiysk” bazarında öz müstəqil siyasətlərini aparan və məqsədləri yolunda heç bir cinayətdən çəkinməyən 2 klan savaşırdı. 2010-cu ilə qədər bazar uğrunda Vüqar Hüseynovun və Novruz Məmmədovun klanları arasında savaş gedirdi. Amma bu mübarizə 2010-cu ildə Vüqar Hüseynovun və dəstə üzvlərinin həbsi ilə başa çatdı. Hüseynov idmançı həmyerliləri Laçın Məmmədov və Rafael Qurbanovla mütəşəkkil cinayətkar dəstə yaradaraq bazardakı azərbaycanlılardan satdıqları hər 1 kiloqram göyərtiyə görə ona 5 rubl haqq ödənilməsini tələb edirdi. Amma iş adamı Valeh Məmmədov qanunsuz pul tələbi ilə razılaşmayaraq ödənişlərdən imtina edir.

İstintaq Vüqar Hüseynovun Paşayev adlı həmyerlisinə 100 min rubl pul və qaz tapançası verərək opponetini öldürmək göstərişini verdiyini müəyyən edib.

Məhkəmə Vüqar Hüseynovu qanunsuz silah saxlama, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, qətl və s. ağır cinayətlərdə təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum edib. Onun əlaltılarından Laçın Məmmədov 4 il həbs, Rafael Qurbanov isə 5 illik şərti həbs cəzası alır. Əsas rəqibi həbs düşdükdən sonra Novruz Məmmədov “Sofiysk”də hakimiyyəti tam olaraq öz əlinə alır.

2015-ci ilə qədər Novruz Məmmədov və qardaşları “Sofiysk” bazarına tam nəzarət edir, şəxsi restoranında Sankt-Peterburqun nüfuzlu polis rəislərinə ziyafət təşkil edirdi. Onun silahlı dəstəsinin üzvləri Sankt-Peterburq küçələrində bahalı avtomobillərdə və əlində silah gəzirdi. Amma belə gəzintilərdən biri ciddi problem yaradır. Belə ki, silahlı dəstə üzvləri Peterburqun məşhur “Music Bar 11” adlı məşhur gecə klubunda çeçenlərlə toqquşur. Atışma zamanı 1 çene öldürülür, 2 inquş milliyyətindən olan şəxs isə xəsarət alır. Atışmada iştirak edən 4 azərbaycanlıdan yalnız biri, Novruz Məmmədovun şəxsi mühafizəçisi Samir Cəfərov həbs olunur. İnsident çeçenlərlə ciddi qarşıdurma doğura bilsə də, N. Məmmədov bundan çəkinmədiyini dilə gətirir.

Rusiya mediası onun bu məsələ ilə bağlı “istənilən söhbətə çeçenlərdən on dəfə çox adam yığaram”, - deyə öz ətrafına dediyini yazıb. Amma 2015-ci ildə Novruz Məmmədovun başının üstünü qara buludlar alır. Belə ki, Sofiysk bazarında ticarətlə məşğul olan iş adamı Vüsal Əsgərov həmyerliləri tərəfindən oğurlandığını, azad olunması üçün ailəsinin Novruz Məmmədova haqq ödədiyini bildirir.

2015-ci ci ilin iyununda Novruz Məmmədov və onun dəstə üzvləri Elvin Əhmədovla İsrail Abdullayev həbs olunur. Onların 2012-ci ilin iyun-iyul aylarında Vüsal Əsgərovdan 3 milyon rubl pul tələb etdikləri, daha sonra isə əlavə 1 milyon rubl istədiklərini müəyyən edib. O bununla razılaşmadıqda oğurlandığı, evlərdən birində girov saxlanıldığı və ailə üzvlərindən ödəniş alındıqdan sonra azad edildiyi müəyyənləşib.

Nəticədə Məmmədov və 5 yaxın adamı cinayət işi ilə bağlı həbs olunur və bir neçə il həbsə qalır. 2021-ci ilin dekabrında Sankt-Peterburqun hüquq-mühafizə orqanları “Sofiysk” bazarına növbəti reys edərək Novruz Məmmədovun qardaşı Mübarizi və onun adamlarını həbs edir. Novruz Məmmədov isə 2008-ci ildə Rahib Abdullayev adlı azərbaycanlının qətlində ittiham olunaraq təkrar axtarışa verilir. Belə ki, azərbaycanlı klanlar arasında “Sofiysk” bazarı uğrunda gedən savaş zamanı 2007-ci il aprelin 19-da Novruz Məmmədovun qruplaşmasına daxil olan iş adamı Valeh Məmmədov Sankt-Peterburqun Zaqreb bulvarında odlu silahdan açılan atəşlə qətlə yetirilir.

Tezliklə Rusiya polisi cinayətdə əli olan Pərviz və Uğur adlı şəxsləri həbs edir və onlara hökm oxuyur. Amma yaxının ölümü ilə barışmayan Novruz Məmmədov cinayətin sifarişçisini tapmaq üçün tapşırıq verir.

Novruz Məmmədov həmin cinayəti törədən şəxslərdən birinin qardaşı - Rahib Abdullayevi oğurlayaraq özlərinə məxsus “Starıy qorod” (Köhnə şəhər) restoranına gətirir. Burada çoxsaylı şahidlərin gözü önündə ona ağır işgəncələr verirlər. Daha sonra isə “killer qardaşımızı öldürüb, indi də biz onun qardaşını öldürürük”, - deyərək Rahib Abdullayevi edam edirlər. Onun cəsədi Leninqrad vilayətində meşəlik sahədə basdırılır.

13 il əvvəl törədilən cinayət barədə çoxlu sayda insan məlumatlı olsa da, Sankt-Peterburq İstintaq Komitəsi yalnız 2021-ci ildə faktla bağlı cinayət işi açması da məsələdə sual doğuran digər məqamdır.

Lakin yeni cinayət işi Novruz Məmmədov üçün heç bir təhlükə yaratmır. Belə ki, o 2015-ci ildə həbs olunduqdan sonra bir neçə il həbsdə yataraq azad olunur və qısa müddət sonra doğma Şəmkir rayonunu Şiştəpə kəndinə qayıdır. Rusiya mediası hazırda Novruz Məmmədovun məhz Şiştəpədə yaşadığını, amma çoxsaylı qohumları və tanışları vasitəsilə “Sofiysk” bazarındakı proseslərə rəhbərlik etdiyini iddia edir.
29-03-2022, 12:41
“Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda tutuldu - FOTO
7-01-2022, 12:22
Tanınmış kriminal avtoritet Qazaxıstana uçdu, etirazçılar qarşısında çıxış etdi
5-12-2021, 21:51
Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - AKTUAL
19-11-2021, 05:26
Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanılıb
26-08-2020, 16:27
Rusiyanın bu vilayətləri Qulinin qardaşının nəzarətinə keçir
18-01-2019, 16:10
Azərbaycanlı biznesmenin mağazası partladı - Rusiyada
15-06-2026, 18:24
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
15-06-2026, 18:21
Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək
15-06-2026, 18:16
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
15-06-2026, 18:13
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI
15-06-2026, 18:05
Putinə görüş təklif edib
15-06-2026, 17:59
Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir
15-06-2026, 11:52
Köçəryan ölkədən qaçmaq istədi
15-06-2026, 11:20
Şimali Koreya nüvə silahından imtina etməyəcək
15-06-2026, 11:12
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
15-06-2026, 11:04
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
13-06-2026, 11:22
6 gün leysan olacaq - XƏBƏRDARLIQ
13-06-2026, 11:19
Azərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
13-06-2026, 11:12
Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
13-06-2026, 10:59
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək
13-06-2026, 10:37
Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb
13-06-2026, 10:35
Şuşada bu işləri görmək qadağan edilir
13-06-2026, 10:31
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
13-06-2026, 10:29
Səhhəti pisləşdi, konsertləri təxirə salındı
13-06-2026, 10:27
Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN
31-01-2026, 19:05
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi
31-01-2026, 19:02
Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək
31-01-2026, 19:01
“Azərbaycanfilm” ləğv ediləcək?
31-01-2026, 18:58
Rəsulzadənin anadan olmasından 142 il ötür
31-01-2026, 18:56
Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi
31-01-2026, 18:54
ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə
31-01-2026, 18:52
Hacıqabulda palçıq vulkanı püskürdü
31-01-2026, 18:46
DYP sürücülərə müraciət etdi
31-01-2026, 18:44
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
31-01-2026, 00:19
Bu hallarda media subyektləri məsuliyyət daşıyacaq - Yeni qərar
31-01-2026, 00:11
Bu nazirlikdə CİDDİ NÖQSANLAR aşkarlandı - RƏSMİ
31-01-2026, 00:05
Dövlət teatrlarında vakant yerlərə direktor təyinatları olacaq
30-01-2026, 23:49
İlham Əliyev bu gəncləri mükafatlandırdı - SİYAHI
30-01-2026, 23:40
Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq
30-01-2026, 23:35
“Azərbaycanfilm” ləğv ediləcək?
30-01-2026, 23:30
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT
29-01-2026, 13:10
Zelenski Putinə birbaşa görüş təklif etdi
29-01-2026, 13:06
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – SƏRƏNCAM
29-01-2026, 13:02
“Hadi İnşaat” MMC-nin icra başçıları ilə tender oyunu
29-01-2026, 12:51
Elektron formada sübut hesab olunacaq məlumatlar müəyyənləşir