Moskva Azərbaycan və digər müttəfiqlərindən nə umur? - İNCƏLƏMƏ...

Qazaxıstan prezidentinin Ukraynadakı qondarma respublikaların müstəqilliyinin tanımayacaqları barədə bəyanatı Rusiyanın müttəfiqlərini də hədəfə gətirib. Əvvəl Dövlət Dumasının deputatı Zatulin Rusiyanın müttəfiq olan ölkələri tənqid edib. Onun fikrinə görə, “Rusiya Federasiyasının müttəfiqləri onlara sərfəli olanda əməkdaşlıqda maraqlıdır, yerdə qalan hallarda onlar Rusiyanı dəstəkləmir”.
“Mən şübhə etmirdim ki, bizim MDB, Avrasiya İttifaqı və KTMT üzrə üzdəniraq müttəfiqlərimiz öz vəzifələrini və öz müttəfiqliklərini özünəməxsus anlayırlar. Onlar bütün inteqrasiya birliklərinə İsveç masası kimi baxır - istədiklərini götürür, istəmədiklərindən imtina edirlər. Onlardan heç nə gözləməyəndə, heç olmasa susa bilərdilər”, - Zatulin bəyan edib.
Çeçenistan rəhbəri Ramzan Kadırov isə daha konkret danışıb. O, “Rusiya Qazaxıstanı xilas etdi. Qazaxıstan suverenliyini itirməyə başlayanda kim kömək etdi? Rusiya. Heç kimdən qorxmurdu”, - deyə, hiddətini ifadə edib.
Ramzan Kadırov Ermənistan rəhbərliyinə də Azərbaycanla 44 günlük müharibədə Rusiyanın etdiyi yaxşılığı xatırladıb: “Ermənistanla Azərbaycan arasında müharibə gedəndə Putin əsas rol oynadı”. Çeçenistan lideri hesab edir ki, KTMT-dəki dövlətlərin Rusiya Federasiyasına heç bir faydası yoxdur. O, bu sıraya Belarusu da daxil edib: “Belarusu kim xilas etdi? Rusiya. Ancaq Rusiyaya kömək lazım olanda, hamınız susursunuz - sanksiyadan qorxursunuz. Biz döyüşməyi bacarırıq. Biz bu gün, sabah, birigün Luqansk və Donetsk respublikalarında yaxşı nəticələri sizə göstərəcəyik. Və ardı da gələcək. Biz öz dövlətimizi qoruyacağıq...”
Qeyd edək ki, bu günlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin dostlarının olub-olmadığı barədə sualı cavablandırıb. Kreml sözçüsü bildirib ki, Rusiya üçün ən yaxşı dostlar elə özləridir: “Ən yaxşı dostlarımız özümüzük. Və biz həmrəy və mehriban olmalıyıq. Biz monolit olmalıyıq ki, bu da irəliyə doğru inamlı hərəkətin açarıdır”.
Azərbaycan bu açıqlamalarda konkret hədəf olmasa da, Zatulinin adını çəkdiyi MDB-də varıq. Maraqlıdır, Rusiya müttəfiqlərindən nə gözləyir ki, o dəstəyi görməyib? Qazaxıstana neft daşımaqla bağlı əngəl yaradıldıqdan sonra, Rusiya müttəfiqləri üçün yeni “cəzalar” tətbiq edə bilərmi? Azərbaycanın konkret olaraq Ukrayna siyasətində Moskvanın narazı qalacağı məqamlar varmı?
YAP-çı deputat Hikmət Babaoğlu konkret suallar ünvanladı: “Məsələ ondadır ki, müttəfiqliyin nə olduğunu, Zatulinin dediyi kimi, hər kəsin öz düşündüyü kimi anlamaması üçün dövlətlər bunu hüquqi müstəviyə gətirirlər. Yəni müttəfiqliklə bağlı siyasi iradə hüquqla möhkəmləndirilir. Müttəfiqlik haqqında müqavilə imzalanır. Belə müqavilələr isə tərəflər üçün hüquq və öhdəliklər yaradır. Nə beynəlxalq hüquqda, nə də milli hüquqda işğalçılığın, yaxud separatizmin rəsmən dəstəkləndiyi bir hüququn tanınmasına rast gəlməmişəm. Deməli, belə vəziyyət müttəfiqliklə izah oluna bilməz. Əgər MDB üzvlüyünə qəbulda, yaxud KTMT-də belə bir bənd, ya da öhdəlik varsa, o zaman üzvlərdən biri digərini onu dəstəkləməməkdə ittiham edə bilər. Ancaq bu təşkilatların heç birinin nizamnamə şərtlərində belə bənd yoxdur. O zaman sual yaranır, görəsən, kim müttəfiqliyi İsveçrə süfrəsi hesab edir? Bu, doğrudanmı Qazaxıstandır, yoxsa bir başqa ölkə? Əlbəttə, qoy bu sualın cavabını KTMT müttəfiqləri öz aralarında özləri tapsın. Azərbaycana gəldikdə isə bizim bütün münasibətlərimiz və mövqeyimiz beynəlxalq hüquqa və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa söykənir”.
Politoloq İlyas Hüseynov tarixi Moskva bəyannaməsinə toxundu: “Qazaxıstan prezidentinin Ukraynadakı qondarma respublikaların müstəqilliyini tanımayacaqları barədə bəyanatı son dövrlər siyasi müzakirələrin əsas obyektinə çevrilib və böyük rezonans doğurub. Çünki bu bəyanatın KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü tərəfindən edilməsi həm də Rusiyanın geosiyasi ambisiyalarına böyük zərbədir. Peterburq İqtisadi Forumunun moderatorunun Marqarita Simonyan olması da Qazaxıstanın lideri üçün bir təxribat kimi qiymətləndirilə bilər. Bir müddət öncə Simonyanın həyat yoldaşı Tiqran Keosoyan Qazaxıstanın ünvanına xoşagəlməz ifadələr səsləndirmişdi. Buna baxmayaraq, ölkəsində demokratikləşmə istiqamətində mühüm addımlar atan, referendum keçirən Qazaxıstan lideri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən tədbirdə hazırda müzakirə olunan fikirləri dilə gətirdi. Buna görə də Kremlin millətçiləri və radikal siyasətçiləri şovinist bəyanatlarla çıxış edirlər. Bu cür çıxışlarda da yanvar ayında Qazaxıstana KTMT qüvvələrinin yeridilməsi ilə dövlətçiliyin xilas edilməsi mövzusunda vurğular edilir. Rusiyaya qarşı iqtisadi sanksiyaların və məhdudiyyətlərin tətbiq edilməsi fonunda rəsmi Moskva özünə tərəfdar axtarışındadır. Buna görə də ətrafında ilk növbədə geosiyasi layihələrində iştirak edən dövlətləri görmək arzusundadır. Qazaxıstandan sonra digər dövlətlərə qarşı da təpkilərin davam etməsi gözlənilir. Azərbaycana gəldikdə, deyə bilərik ki, cari ilin fevralın 22-də Moskvada Azərbaycan Prezi denti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən ”Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanmışdır və iki dövlət arasında münasibətləri daha da inkişaf etdirməyə yönəlmişdir. Buna görə də rəsmi Bakı ilə Moskva arasında münasibətlərdə anlaşılmazlıqların aradan qaldırılmasında bu bəyannamə aparıcı rola malikdir".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Rusiyanın durmadan müttəfiqlərlər itirdiyini qeyd etdi: “Əlbəttə, Azərbaycanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi tamamilə haqlı və ədalətlidir. Ən azından ona görə ki, biz özümüz də otuz il işğaldan əziyyət çəkmişik. Ona görə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və eyni zamanda neytrallığımızı qorumağa çalışırıq. Amma bu, Rusiyanın ürəyincə deyil. Moskva istəyər ki, Bakı onu dəstəkləsin. Həm də ona görə ki, Rusiyanın müttəfiqləri getdikcə azalır. Şimal qonşumuzun barmaqla sayıla biləcək qədər dostu qalıb. Yəqin ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərində də bu məsələlər müzakirə olunacaq. Rusiya Qarabağ ”kartından" istifadə edərək Azərbaycana təzyiq etmək barədə düşünə bilər. Hərçənd bu, keçərli variant deyil. Əksinə, indi Moskva Bakının Cənubi Qafqazla bağlı maraqlarının təmin olunmasına çalışmalıdır. Hər halda, indi Kremlin bizə ehtiyacı var. Və artıq Rusiya Azərbaycanla diktə ilə danışa bilməz. Bunu Lavrovun ölkəmizə səfərində də hiss edə bilərik. Dediyim kimi, yaxın gələcəkdə Rusiyanın konkret məsələ ilə bağlı mövqeyimizin dəyişməyindən ötrü bizə təzyiq edəcəyi və ya Qarabağ məsələsi ilə bağlı hansısa irəliləyişin əldə olunmasına çalışması gözləniləndir. Biz bu imkanlardan xeyrimizə istifadə edərək, tələblərimizi daha konkret formada ortaya qoya bilərik. Lakin bu, heç bir halda işğalçını dəstəkləməyiimizlə nəticələnməməlidir".
“Yeni Müsavat”
8-09-2021, 13:08
Dövlət Dumasının deputatı Azərbaycana növbəti dəfə böhtan atıb - NƏ NİŞANGAHA GƏLİR...
7-03-2022, 07:54
Ramzan Kadırov Zelenskiyə görün NƏ TƏKLİF ETDİ?
25-11-2021, 14:08
Çeçen müdafiə gücləri Rusiya bayrağından imtina etdi - Səbəb
23-10-2020, 10:26
Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağda iştirakı planlaşdırılmır - AÇIQLAMA
21-07-2020, 14:12
Ramzan Kadırov ABŞ-ın "qara siyahı"sında
7-01-2022, 12:16
Kremlin Qazaxıstan planı 2020-ci ildə cızılıbmış - İDDİA
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı