“AZERGOLD”DA MİLYONLUQ YEYİNTİ İDDİALARI… – Və yaxud Zakir İbrahimovun oğlu hansı şirkətlərdən “xərac” toplayır…
Siyasət
Oxunub: 223
9 Haz 2022 | 18:30
“AZERGOLD”DA MİLYONLUQ YEYİNTİ İDDİALARI… – Və yaxud Zakir İbrahimovun oğlu hansı şirkətlərdən “xərac” toplayır…


“AzerGold” QSC-nin sədri Zakir İbrahimovla bağlı redaksiyamıza növbəti məktub daxil olub. Zülfüqar Zülfüqarlı adlı vətəndaş tərəfindən göndərilən məktubu, qarşı tərəfin cavab haqqı olduğunu da xatırlatmaqla, olduğu kimi dərc edirik:

“Daha əvvəl də “AzerGold” QSC-nin sədri Zakir Zaur oğlu İbrahimovun yol verdiyi yeyintilər barədə sizə məlumat vermişdim. Oğlunun və ailəsinin digər üzvlərinin də bu prosesdə yaxında-uzaqdan rol aldıqları bildirilmişdi. Hətta bacanağı olan, gördüyü işlər və apardığı siyasətdə göstərdiyi şəffaflıq və sadiqliyi şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən yüksək qiymətləndirilən Mikayıl Cabbarova da xəyanət etməkdən çəkinməyib, dolayısı ilə ondan oğurluq etməsi belə “AzerGold” QSC-nin sədrini narahat etməmişdi.

Oğlu Zaur İbrahimi öz yeyinti işlərinə cəlb edərək “Buta Construction” QSC-yə rəhbər gətirmiş və bütün tenderlərin həmən şirkət tərəfindən udulmasını təmin edən Zakir İbrahimov, bu məlumatların mətbuatda öz əksini tapmasından və Mikayıl Cabbarovdan gələn tənbehedici zəngdən sonra (deyilənə görə Mikayıl Cabbarov Zakir İbrahimova zəng edərək oğlunun orda nə işi olduğunu və təcili ordan uzaqlaşdırmaq tapşırığını verib), oğlunu şirkətdən rəsmən xaric etdirərək 2 aylıq istirahətə göndərmişdir. Lakin oğlunun təzyiqlərindən sonra, bu barədə Mikayıl Cabbarova məlumat vermək ehtiyacı belə bilmədən qeyri-rəsmi oğlunu geri qaytartmışdır.

Bu dəfə toxunmaq istədiyimiz məsələ daha qlobal xarakter daşımaqla, “AzerGold” QSC-nin sədri Zakir Zaur oğlu İbrahimovun cəmiyyətlə əməkdaşlıq edən şirkətləri necə incitməyi, onlardan necə xərac, aylıq haqq alması, deyilən pulu verməyənlərlə necə rəftar etməsi barədədir.

Belə ki, bundan öncə cəmiyyətin sədri Zakir İbrahimov oğlu Zaur İbrahimi öcədən adı “Buta Construction” QSC olmuş, daha sonra Zaur İbrahimin kobud səhvləri nəticəsində adı dəyişərək “AZCD Group” QSC olan quruma rəhbərlik edirdisə, mətbuatdakı işıqlandırmalar və Mikayıl Cabbarovun “qulaqburması”ndan sonra oğlunu 2 aylıq uzaqlaşdırmaqla “təmizlik” aparan Zakir İbrahimov, oğunun kriminal bacarığını nəzərə alaraq, bu dəfə təkcə “AZCD Group” QSC-ə qeyri-formal rəhbər kimi yox, həm də tenderlərdə qalib gələrək “AzerGold” QSC ilə əməkdaşlıq edən şirkətlərdən haqq yığmaq prosesini də ona tapşırmışdır. Bunun üçün isə oğlunun sərəncamına keçmiş fəaliyyətləri qaranlıq olan, özünü Zakir İbrahimovun dostu kimi tanıdan Rüfət Cabbarovu da verir.

Rüfət Cabbarova bu işlərin tapşırılmasının bir çox səbəbləri var. Belə ki, mətbuatda da yazıldığı kimi, sədrin oğlu Zaur İbrahimin, psixoloji problemləri var. Zaur şiddətə meylli (hətta avtomaşınında silah gəzdirdiyi belə məlumdur), danışığında küçə sözlərinə böyük yer verən biri olduğundan insanlarla ünsiyyət qurmaq problemi var. Problemin həlli olaraq isə Zakir İbrahimov oğluna qismən də olsa qulaq asıb, nəzarət edə bilən (əslində isə tam əksidir) şəxs kimi Rüfət Cabbarovu öz mütəşəkkil dəstələrinə cəlb etmişdir. Rüfət Cabbarov və Zaur İbrahim hər ikisi də de-yure sahibi Rüfət Cabbarov olan “Alltegrity Group” MMC-də rəhbər vəzifələrdə işləsələr də, de-fakto Zakir İbrahimovun maraq dairəsində olan şirkətlərin nəzarəti bu iki adamdadır. Sxem forması təxminən belə görünür – Zakir İbrahimov (“AzerGold” QSC-nin sədri) – Zaur İbrahim (Zakir İbrahimovun oğlu) – Rüfət Cabbarov (bildirdiyi qədər Zakir İbrahimovun ailə dostu və Mikayıl Cabbarova qohumluğu var). Özlərini 90-ci illərin reketləri kimi aparan bu iki adam Zakir İbrahimovun tapşırığı ilə “AzerGold” QSC-dən tender udan şirkətlərə baş çəkir (bu prosesi əsasən Rüfən Cabbarov aparır), onlardan tender dəyərinin 10%-i miqdarında məbləğin Zakir İbrahimovun dediyi şirkətin bank hesabına köçürülürməsini tələb edirlər. Bundan əlavə, həmin şirkətlər tender davam edən müddət ərzində də hər “AzerGold” QSC-dən köçürülən məbləğin də 10%-ni tələb edirlər. Əgər tenderdə qalib gələn şirkətin apardığı layihə uğurlu alınarsa, gəlir vermək faizi artarsa Zakir İbrahimov yuxarıda adı çəkilən adamı həmən şirkətə elçi göndərərək şirkətin müəyyən hissəsinin Zakir İbrahimovun dediyi adamın adına keçirilməsini tələb edir. Əks halda layihə icra olunaraq yekunlaşdığı təqdirdə belə “AzerGold” QSC tərəfindən qəbul edilməyəcəyi və cərimələr tətbiq olunacağı bildirilir.

Əldə olunmuş yeni məlumata görə, bu ay Zakir ibrahimovun oğlu Zaur ibrahimin “Buta Palace”-da toyu olacaq. Bu səbəbdən siyahıda olan şirkətlərə baş çəkən Rüfət Cabbarov xəracın faiz dərəcəsini qaldırıb. Bildirib ki, Zakir müəllimin oğlunun toyudu, bu səbəbdən də çoxlu pul lazımdır.

Zakir İbrahimovun əməkdaş şirkətlərdən sıxışdırılaraq əldə etdikləri pullar əsasən YTS kimi tanınan “Yol Tikinti Servis” MMC-nin hesabına köçürülür. Ora köçürülən məbləğ isə YTS şirkətinin rəhbəri Muxtarov Zülfüqar tərəfindən qanunsuz yolla nağdlaşdırılaraq, nağd şəkildə Zakir İbrahimovun oğlu Zaur İbrahimə təhvil verilir. Sözsüz ki, göstərilən xidmətdən dolayı YTS-in sahibi Muxtarov Zülfüqar “AzerGold” QSC tərəfindən daimi milyonlarla məbləği olan tenderlərdən başqa, Zakir İbrahimovun gözlərindən qaçan kifayət qədər böyük faizlər də əldə edir.

Zakir İbrahimovun yuxarıda göstərilən ssenari üzrə etdiyi həmlənin növbəti qurbanı kimi “PKF Audit Azerbaijan” MMC-ni misal göstərmək olar. Uzun sürən mübarizədən sonra, Zakir İbrahimov külli miqdarda haqqlarının verilməsinə imza atmadığı üçün, sonuncu haqqlı olaraq məhkəmə instansiyalarına müraciət etmişdir. Zakir İbrahimov imkanı olan bütün əlaqələri ilə “PKF Audit Azerbaijan” MMC-nin rəhbərliyinə təsir etmək istəsə də bu da bir nəticə vermədiyini görüncə, əl çəkmişdir. Lakin gedən mübarizə “AzerGold” QSC-nin qapılarını “PKF Audit Azerbaijan” MMC-nin üzünə əbədi bağlamışdır.

“Azergold” QSC ilə böyük məbləğli müqavilə bağlayan şirkətlərlə Rüfət Cabbarov görüşür, Zakir müəllimin nəzarət üçün adam göndərdiyini deyərək bir şəxsi işə götürmək üçün təzyiq edir. İmtina edildiyi təqdirdə isə hədə qorxu gəlir.

Sonuncu belə söhbətlərin birində Rüfət Cabbarov Mikayıl Cabbarovun sentyabr-oktyabr aylarında ya vitse-prezident, ya da baş nazir təyin olunacağını, Zakir İbrahimovun SOCAR-a rəhbər təyin olunacağını, özünün isə “Azergold” QSC-yə sədr təyin olunacağını bildirir. Buna görə də dediklərini müzakirəsiz icra etməyi tələb edir.

//asiya.az
30-11-2020, 10:16
“Ağyoxuş” qızıl yatağı istismara verildi
4-02-2022, 09:07
“AzerGold” QSC-də ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
12-07-2020, 14:59
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu
10-05-2020, 12:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
18-08-2020, 16:09
Zakir Həsənov: Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var
30-11-2018, 13:27
İlham Əliyev Gürcüstanın yeni prezidentinə məktub ünvanladı
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı