İqbal MƏMMƏDOV, Milli Məclisin deputatı: - Azərbaycanın uğurlu sosial siyasəti var
Ötən il Azərbaycan Ordusu tarixi zəfərə imza atdı, Qarabağ torpağı işğalçılardan təmizləndi, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə terror aktları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı, Ermənistana layiq olduğu yer göstərildi. Bu parlaq qələbəni xalqımıza yaşadan isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, siyasi iradəsi oldu.Döyüşlər başa çatandan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunması qarşıya mühüm vəzifə kimi qoyuldu.
Ötən müddətdə bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilib. Şəhid ailələri və müharibə əlillərinin avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilib. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. İyulun 14-də isə Prezident İlham Əliyevin iştirak etdiyi şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində isə daha 50 müharibə əlili və onlara bərabər tutulan şəxsin istifadəsinə avtomobil verilib. Yeri gəlmişkən, 2019-cu ildə əlilliyi olan 600, keçən il 400 şəxs avtomobillə təmin olunub. Bu ilin ötən aylarında isə ümumilikdə, 150 avtomobilin verilməsi nəzərdə tutulub.
Şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da daim diqqət mərkəzində saxlanılır. İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində bu kateqoriyadan olan şəxslərə mənzillərin verilməsi də bu qayğının bariz ifadəsidir.
Göründüyü kimi, şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə daim yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərək, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı daha sonra şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksinin inşa edilməsinin təsadüfi xarakter daşımadığını, bunun ölkəmizdə şəhid ailələri və müharibə əlillərinə dövlət siyasətində prioritet istiqamət kimi yanaşılmasının məntiqi nəticəsi olduğunu xatırladıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu il yanvarın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı da həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürü kimi mühüm önəm daşıyır.
Xatırladım ki, adı çəkilən sənəddə 2020-ci ildə ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyənləşdirilən şəxslərin də mənzil və ya fərdi evlə təminatı nəzərdə tutulub.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər də artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
Göründüyü kimi, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradır. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdə isə vətəndaşların mənafeyi öndə gəlir.
30-05-2020, 11:02
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
10-09-2020, 14:47
16 şəhid ailəsi və Qarabağ əlili evlə təmin olunub
11-01-2021, 10:22
2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib
16-12-2020, 11:29
Lənkəranda şəhid və qazi ailələri üçün təsərrüfatlar yaradılıb
24-12-2018, 13:38
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsinə görə şəhid anaları adından Prezidentə təşəkkür edirəm
25-06-2020, 11:36
Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsi pulsuz simsiz rabitə ilə təmin olunub
12-08-2026, 15:13
Azərbaycanda zəlzələ olub
12-08-2026, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
12-08-2026, 15:03
Çingiz Əlioğlu vəfat etdi
12-08-2026, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
12-08-2026, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı