Ermənistanda seçkilərə 17 gün qalıb - Paşinyan Parisdə kömək axtarır
Ermənistanda ölkə daxili vəziyyət gərgin olaraq qalır, seçkilərə isə cəmi 17 gün qalıb. Son baş verən hadisələr isə Ermənistanda siyasi dairələr arasında əsl müharibənin getdiyini isbat edir.Belə ki, Paşinyan hakimiyyətə gəlməsində əsas ideologiyası Ermənistanı iqtisadi güclü, sabit bir ölkəyə çevirmək idi. Erməni cəmiyyətini də bunlara inandırmağa çalışırdı. Hətta Azərbaycanla müharibədə acı məğlubiyyətin yaralarını bu vədlərlə sağaltmağa çalışır: "Müharibədə məğlub olduq, amma bundan sonra iqtisadi sabit Ermənistan olacaq!"
Lakin sərhəddəki təxribatlar erməni cəmiyyətində fikirləri dəyişib. Əgər ötən ilin bu vaxtı erməniləri maraqlandıran ölkənin iqtisadiyyatının güclənməsi, sabitləşməsi idisə, bu il ermənilər təhlükəsizliyə görə narahatdırlar. Xüsusən də müharibədəki məlğubiyyət, cəmiyyətə planlı şəkildə aşılanan azərbaycanafobiya bu fikirlərin yaranmasına gətirib çıxarıb. Ermənilər düşünür ki, bir nömrəli məsələ ölkənin təhlükəsizliyidir.
Paşinyanda bu təxribatlarda qazancsız deyil. O bu yolla sərhədlərin müəyyənləşdirilməsini uzadır, məqsəd isə azalmış nüfuzunu daha da aşağı salmamaqdır. Seçkiöncəsi yeni bir ərazinin daha Azərbaycana təhvil verilərsə, günahkar Nikol olacaq.
Paşinyan isə bu baş verənlərin fonunda Fransada kömək axtarır, seçkilərdə qələbəni təmin etmək üçün Makronun və Fransada olan erməni diasporunun yardımına güman edir. Paşinyanın bu yardım istəyi öz növbəsində Fransaya da sərf edir. Fransa regionda itirdiyi mövqeyi Ermənistan vasitəsilə bərpa etməyə çalışır.
Fransa ölkə başçısının Ermənistana sərf edən açıqlamaları, “Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmalıdır” deməsilə regionda mövqeyini daha da itirmiş olur. Faktiki olaraq ATƏT Minsk qrupunun heç bir mahiyyətinin olmadığının isbatı Makronun bu açıqlamasıdır.
Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov belə hesab edir ki, Fransa prezidenti Emmanuel Makron ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu və onun Qarabağ tənzimlənməsi prosesinə hər hansı bir formatda qayıtması perspektivi üzərindən xətt çəkdi. Bu anadək Fransanın ermənipərəst mövqeyi müzakirə mövzusu idisə, indi artıq bu, real siyasət formatına yüksəlib. Fransa xarici siyasətinin həqiqi üzü birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş olundu. Fransa artıq bundan sonra ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil və təşkilat bu strukturu buraxmalıdır. Məhz prezident Makron ATƏT Mİnsk qrupunun qatili kimi tarixə daxil olacaq.
Yerli və xarici ekspertlərin proqnozları onu göstərir ki, Ermənisantın regionda vəziyyəti gərginləşdirmək cəhdləri davam edəcək. Bunun isə müxtəlif səbələri var - ilk növbədə erməni cəmiyyəti son yarım əsrdə türklərə, azərbaycanlılara nifrətlə tərbiyə olunub.
Hazırki vəziyyətdə isə Ermənistanda məqsəd sərhədlərin müəyyənləşdirilməsini maksimum uzatmaqdır. Rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko belə düşünür ki, Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsini istəmir. Təxribatçı qrupların bu cür hərəkəti, dövlət sərhədini keçmək kimi fəaliyyətlər müdafiə nazirliyi, baş qərargah səviyyəsində qərarlaşdırılır. Bu cür təxribatın hətta Paşinyanla razılaşdırılmasını da istisna etmirəm. Bu, Paşinyanın seçki ərəfəsində azalmaqda olan reytinqinin yüksəldilməsi üçün zəruri idi.
Asif Mehman
Trend İnformasiya Agentliyi Azərbaycan xidmətinin müdiri
19-02-2021, 13:02
Ermənilər Mir Şahinin Zəngəzurdan çəkdiyi filmə görə hələ də Paşinyanı söyür
9-12-2020, 11:35
Elman Rüstəmov: “Azərbaycanın maliyyə sektoru daha sabit, dayanıqlı olmalıdır”
25-11-2020, 11:48
Ermənistanda istefa dalğası: daha iki nəfər işdən azad edildi
12-11-2020, 13:42
Ermənilər ağlaşır: Paşinyan xəyanətdə, Hovannisyan yalançılıqda ittiham edilir
9-11-2020, 11:09
Paşinyan bu dəfə Baydendən kömək istədi
9-10-2020, 13:24
Paşinyan aqoniyada: Onun siyasətindən narazılıq kütləviləşir
Dün, 15:13
Azərbaycanda zəlzələ olub
Dün, 15:09
Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dün, 15:03
Çingiz Əlioğlu vəfat etdi
Dün, 15:01
“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama
Dün, 14:58
Göylər yerindən oynayır: 12 avqustdan sonra hər şey dəyişir
9-08-2026, 16:47
Ən çox çörək və ət yeyən bölgələr (SİYAHI)
9-08-2026, 16:43
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
9-08-2026, 16:41
Qarpızın üstünə buna görə daş qoyurlar
9-08-2026, 16:37
Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
9-08-2026, 16:30
ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
3-08-2026, 15:58
Repçi Elşad Xose vəfat edib? – İDDİA
3-08-2026, 15:40
Bakıda qətl törədildi
3-08-2026, 15:34
Azərbaycanda sabiq nazir vəfat etdi – FOTO
3-08-2026, 15:15
Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
3-08-2026, 15:05
Kartdan-karta köçürmələrə LİMİT QOYULDU
3-08-2026, 14:52
Süni intellekt oğruları
2-08-2026, 12:35
Sea Breeze yaxınlığında 12 sot torpaq sahəsi satışa çıxarılıb
2-08-2026, 12:28
Çimərlikdə gəzərkən sərvət tapdılar
2-08-2026, 12:23
Bakıda qətl törədildi
1-08-2026, 12:55
Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar
1-08-2026, 12:27
Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu anlaşma memorandumu imzalayıb
1-08-2026, 12:24
Hibrid və Elektromobil sürənlərə PİS XƏBƏR
1-08-2026, 12:20
İki ölkə belə birləşir: Rəsmən təsdiq olundu
1-08-2026, 11:50
“Xaricdə təhsil üçün şirkət seçərkən ilk növbədə şəffaflığa diqqət yetirilməlidir”
1-08-2026, 11:48
Yağış yağacaq – Bu günün havası
1-08-2026, 11:39
Salah seçimini etdi
1-08-2026, 11:35
“Ganjavi Holding” jurnalistlərin peşə bayramını qeyd etdi – FOTO
31-07-2026, 14:34
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı
31-07-2026, 14:30
Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?
31-07-2026, 14:27
Ürək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
31-07-2026, 14:23
Azərbaycanda bu şəxslərin pensiyası ARTIRILIB
31-07-2026, 14:21
İşdən 10 dəqiqə tez çıxan əməkdaşa müdirdən gələn mesaj müzakirələrə səbəb oldu
31-07-2026, 14:17
Sakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
31-07-2026, 14:08
Bakıdakı bu universitet bağlandı
28-07-2026, 23:05
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı
28-07-2026, 23:03
Sabah 40 dərəcə isti olacaq
28-07-2026, 23:02
Bu ərazilərdə 3 gün su olmayacaq
28-07-2026, 23:00
Putin İlham Əliyevə zəng etdi
28-07-2026, 22:56
Hasil Abbasov şöbə müdirini işdən çıxardı